1. kim. Adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə. Mendeleyevin elementlərin dövri sistemi. – Yerin təkində bəzi mədənlər bir-birindən ayrı halda yerləşmir. Məsələn, mis yatağı olan yerdə çox vaxt sink, qurğuşun, qalay, mərgümüş və s.
2. fiz. Kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz. Qalvanik element. Quru element.
3. Tamın, bütövün tərkib hissəsi.
// xüs. Hər hansı bir maşının, qurğunun, mexanizmin əsas hissəsi.
4. dan. Adam, şəxs, ünsür.