elmi-ilahi 2021
elmi-kütləvi
OBASTAN VİKİ
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"İqlim" Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
Dalğa Elmi-İstehsalat Müəssisəsi

Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
İqlim Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
İstehsalat
İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. == Ümumi anlayış == Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. == Müasir istehsalat == Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır. 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi

Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
İstehsalat fəaliyyəti
İstehsalat fəaliyyəti — mikroiqtisadiyyatda istifadə olunan, xalis məhsulun texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının məcmuəsini rəsmiləşdirən bir konsepsiya. == Tərifi == Əgər iqtisadiyyatda N {\displaystyle N} məhsul olsa. İstehsal prosesində n {\displaystyle n} mal istehlak olunur. Bu malların vektorunu (xərcləri) x {\displaystyle x} (vektorun ölçüsü n {\displaystyle n} ) ilə qeyd edək. Digər m = N − n {\displaystyle m=N-n} məhsulların zamanla istehsal olunur (vektor m {\displaystyle m} ). Bu malların vektorunu y {\displaystyle y} ilə qeyd edək. Sonra z = ( − x , y ) {\displaystyle z=(-x,y)} (ölçüsü - N {\displaystyle N} ) vektoruna xalis çıxışların vektoru deyilir. Net çıxışların texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının cəmi texnoloji dəsti təşkil edir. Əslində, R N {\displaystyle R^{N}} boşluğunun bəzi alt hissəsidir. == Xüsusiyyətləri == Boşluq: texnoloji dəst boş deyil.
İstehsalat münasibətləri
İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" əsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyyət münasibətləri ilə müəyənləşdirir.
Mayak istehsalat ittifaqı
Mayak İstehsalat İttifaqı (rus. Производственное объединение «Маяк», Proizvodstvennoye obyedinenie «Mayak») — Rusiyada yerləşən bir nüvə müəssisəsidir. Kompleks Yekaterinburqdan 150 km cənub-şərqdə, Ozyorsk şəhəri yaxınlığında, Kaslı və Tatis qəsəbələri arasında yerləşir. Mayak plutonium istehsalat reaktorları və yenidən işləmə zavoduna ev sahibliyi edir və Rusiyanın ən böyük nüvə obyektlərindən biridir. Rus və keçmiş Sovet İttifaqı nüvə silahları proqramının bir hissəsi olaraq əvvəllər Çelyabinsk-40, daha sonra Çelyabinsk-65 olaraq bilinirdi. Tarixin ən böyük nüvə qəzalarından biri olan Kistim nüvə qəzası regionda 1957-ci ildə meydana gəlmişdir.
Teleradio İstehsalat Birliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İB-yi Respublikada radio-televiziya yayımını, Radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən yeganə dövlət müəssisəsidir. Hələ XX əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur. XX əsrin 80-cı illərin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə Radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Amma, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxarırdı. Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqram AzTV 2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən Radio-TV yayımın inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı.
MKT İstehsalat Kommersiya
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə