enli
enliağız
OBASTAN VİKİ
Enli lentqurd
Enli lentqurd (lat. Diphyllobothrium latum) — Pseudophyllidea dəstəsinə aid olan lentşəkilli qurddur. Enli lentqurd yaxşı bişirilməmiş yoluxmuş balıqla və ya durna balığının çiy kürüsü ilə qidalanma zamanı insanda parazitik xəstəlik olan difillobotrioz xəstəliyini törədir. == Quruluşu == Enlilent qurdun uzunluğu 9–20 m-dir. Bədəni təşkil edən buğumların sayı 4000-dən çox olub, rəngi ağımtıl, boz və ya sarımtıldır. Baş yumurta formasında olub, uzunluğu 2,5 mm, eni isə 1 mm-dir. Skoleks ön tərəfdən dəyirmi, yan tərəflərdən isə basıqdır. Başın ventral və dorzal səthində bir dərin şırım (botri) vardır. Bu şırımı başın en kəsiyində aydın görmək olur. Başın arxa hissəsi daralaraq 15 mm uzunluğu olan boyuna keçir.