Ensiklopediya

yun. enkuklapaideia – biliklər dairəsi 1) biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan milli ensiklopediyası, Tibb ensiklopediyası; 2) bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur; 3) lüğət formasında elmi sorğu vəsaiti; 4) məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.
Ensiklopedist
Entuziast
OBASTAN VİKİ
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az-əbcəd. قاموس‎) Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir. Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur. Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir. Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub. Qamus sözü ərəb dili vasitəsilə (ərəb.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Molla Nəsrəddin (ensiklopediya)
Ensiklopediya (Fransa XVIII əsr)
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Viruslar haqqında ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Vikipediya. Virtual ensiklopediya (kitab)
Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab. 2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş bəhs edilir, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir. “Vikipediya.
Cudaika Ensiklopediyası
Cudaika Ensiklopediyası-(ing. Encyclopaedia Judaica) 26 cildlik ingilis dilində Yəhudilər və onların inancları barədə ensiklopediyadır.Ensiklopediya ilk dəfə on altı cilddə 1971-1972 də Keter nəşriyyatı tərəfindən Yerusəlimdə və Məkmillan şirkəti tərəfindən Nyu-Yorkda nəşr olunub.Iyul 2003-cü ildə Tomson Qeyl, Cudaika ensiklopediyasının ikinci çapının nəşr etmək hüquqlarını əldə etdiyini elan edib.22 cildlik iş 30 dekabr 2006-cıildə nəşr və 2007-ci ilin yanvar ayında buraxılmışdır.İkinci çap mükəmməllik üçün bir neçə böyük mükafatlar o cümlədən Amerika Kitabxana Assosiasiyası tərəfindən verilən istinad nəşriyyat işi sahəsində ən nüfuzlu mükafat olan 2007 Dartmouth medalın almışdır.
Cəlil Məmmədquluzadə Ensiklopediyası
Cəlil Məmmədquluzadə Ensiklopediyası — Anar və b. müəllifi olduğu və Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına dair məqalələrdən ibarət olan ensiklopediya. Cəlil Məmmədquluzadə Anar Anar, və b. Cəlil Məmmədquluzadə Ensiklopediyası (PDF). Şərq-Qərb. 2008. səh. 320. ISBN 978-9952-448-26-9. İstifadə tarixi: 2014-12-17.
Dilçilik ensiklopediyası
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan "Dilçilik ensiklopediyası" indiyə qədər analoqu olmayan bir layihədir. Burada hər bir linqvisitik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə transkripsiyası verilmiş, sonra terminlərin Azərbaycan dilində açıqlanması özünə yer almışdır.. Bölgüyə əsasən A, Б, B, Г, Д, Е, Я hərflərilə başlayan sözləri E. Əliyeva, Ж, 3, И, K, T, Ш, Щ, У hərflərilə sözləri Z. Əsgərova, И, H, О, П, Р, С, З hərflərilə sözləri С. Babayev və Л, М, Ф, X, Ц, Ч, К) hərflərilə başlavan sözləri Z. Əliyeva düzmüş. onların alman, ingilis və fransız dillərində ekvivalentlərinin tapılıb yerinə qoyulmasına köməklik göstərmişlər. Bundan sonra terminlərin Azərbaycan dilində açılışı verilmişdir. Ensiklopediyada verilmiş sözlərin almanca qarşılığının dəqiqləşdirilməsinə və digər texniki məsələlərin həllinə öz köməyini əsirgəməyən əməkdaşımız M. Seyid-Rzayevi də xüsusi qeyd etmək lazımdır. Ensiklopediyada rus dilinin ilkin mənbə kimi götürülməsi hazırda bizim Respublikamızda əsas informasiyanın bu dildə yayılması ilə bağlıdır. Bizdə yaşlı nəsil dilçiləri əsasən rus dilindən informasiya alır. həm də hələlik kitab bazarında bizə gəlib çatan yeni nəşrlər əsasən rus dilindədir. Alman, ingilis və fransız dillərində oxumaq və məlumat almaq imkanı çox az miqdarda adamlara məxsusdur.
Ensiklopediyalar
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az-əbcəd. قاموس‎) Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir. Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur. Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir. Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub. Qamus sözü ərəb dili vasitəsilə (ərəb.
Erməni Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974-1987-ci illərdə nəşr edilmişdir.
Ermənistan Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974-1987-ci illərdə nəşr edilmişdir.
Esperantoda Ensiklopediyalar
Esperantoda Ensiklopediyalar (esp. Enciklopedio de Esperanto) — Bütün Esperanto mövzularında ensiklopediya yaratmaq üçün bir neçə fərqli cəhd edilmişdir. Müasir bir Esperantist ensiklopediyaya Vikipedio (Esperanto dilli Vikipediya) və ya "Enciklopedio Kalblanda" aiddir. 1913-cü ildə Petro Stoyan, hər mövzu üçün ayrı monoqrafiyalarla davamlı nəşr olunacaq bir "Universal Monoqrafiya Ensiklopediyası"nı (esp. Universala Slipa Enciklopedio) təklif etmişdi. O zamanda ilk beş monoqrafiya ("Ensiklopediya və Onun Gələcəyi" (esp. La Enciklopedio Kaj Ĝia Estonteco), "Zamandakı Kinematik Nəzəriyyə" (esp. Kinematic Teorio Ĝustatempe), "La Espero" Himni, "Xüsusi Adların Transkripsiyası" (esp. Transskribo De Propraj Nomoj) və "Yığıncaq" (esp. Renkontiĝo), Levenzonun bir şeiri) nəşr olundu.
Eston Sovet Ensiklopediyası
Eston Sovet Ensiklopediyası (est. Eesti nõukogude entsüklopeedia) — Sovet dövründə Estoniyada eston dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1968–1976-cı illərdə nəşr edilmişdir.
Fəlsəfə Ensiklopediyası
Fəlsəfə Ensiklopediyası — 1960—1970-ci illərdə akademik F. V. Konstantinovun redaktorluğu ilə Böyük Rusiya Ensiklopediyası nəşriyyatında çıxan 5 cildli sahəvi sovet ensiklopediyası. Nəşriyyatın ən əsas məqsədi "fəlsəfə tarixi və sosiologiya, dialektik və tarixi materializm, psixologiya və müasir təbiətşünaslığın fəlsəfi məsələləri, məntiq, etika, estetika, din tarixi və ateizm məsələləri üzrə sistematik billik toplusunun verilməsi" idi. Hər məqalə müəllifinin inisialı, soyadı və yaşadığı şəhərin (və ya ölkənin) adı qeyd olunmuşdur, elmi rütbəsi və dərəcəsi göstərilməmişdir.
Gürcü Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Gürcüstan Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin "Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər" (1577) və Fransız Giye de Sen-Jorjun "Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti…" (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Həyat Ensiklopediyası
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Latviya Sovet Ensiklopediyası
Latviya Sovet Ensiklopediyası (latış. Latvijas padomju enciklopēdija‎) — Sovet dövründə Latviyada latış dilində nəşr olunmuş 11 cilddən ibarət universal ensiklopediya. 1981–1988-ci illərdə nəşr edilmişdir.
Litva Sovet Ensiklopediyası
Litva Sovet Ensiklopediyası (lit. Lietuviškoji tarybinė enciklopedija) — Sovet dövründə Litvada litva dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1976-1985-ci illərdə nəşr edilmişdir.
Milleniya Ensiklopediyası
Encyclopedia Millenia World Atlas - Türkiyədə "BOYUT YAYIN GRUBU" tərəfindən nəşr olunan ensiklopediya-kitab, atlas. Rejissor Bülent Özükan Müdür Nilgün Özükan Sənət rejissoru Murat Öneş Yayım editorları Nil Yüzbaşıoğlu Burçin Ünlü Mısra Öncel Qrafik dizayn Ümit Vurgun İbrahim Yılgaz Proyektin inkişafı koordinatoru Çağatay Özgür Elektronik montaj Özcan Yıldız Rəng ayrımı Şenol Şenoğlu Fotoqraflar ©Bünyad Dinç ©Refik Ongan ©ABC agentliyi ©Corel Corparation ©Creative Collection ©Getty İmages ©Hemera Technologies İnc.
Moldova Sovet Ensiklopediyası
Moldova Sovet Ensiklopediyası (mold. Енчиклопедия советикэ молдовеняскэ) — Sovet dövründə Moldovada moldav dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1970–1981-ci illərdə nəşr edilmişdir.
Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb. Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır. Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi. Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı. Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi". Birinci cild.Aarne — Qavrilov 1962. İkinci cild.
Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası
Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası — Nəsiman Yaqublunun müəllifi olduğu və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin həyatı, yaradıcılığı və əsərləri haqqında geniş məlumat toplandığı ensiklopediya. 18 may 2013 tarixində Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirib. “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın müəllifi və Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu ensiklopediyanın bu günlərdə çapdan çıxdığını bildirib. O, əsərin 504 səhifə həcmində olduğunu söyləyib. Müəllifin dediyinə görə ensiklopediya Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Polşa dövrləri daxil olmaqla, bütün dövləri tam şəkildə əhatə edir. Ensiklopediya sosial şəkəbələrdə yerləşdirilə biləcək şəkildə hazırlanıb. Belə ki, orada 300-ə qədər sənədin özü və fotosu hazırlanıb, 200-ə qədər məktub, yazışmalar əksini tapıb. Bundan əlavə, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə hazırlanan qəzet və jurnalların biblioqrafiyası tərtib edilib. Biblioqrafiyaya Məhəmməd Əmin Rəsulzadənin sağlığında nəşr etdirdiyi 1150 məqalə və 27 kitabın adı daxil edilib. “Bu ensiklopediya M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin qurulmasının ideoloq və baş memarı olmasının təsdiqidir və XX əsrdə ikinci belə şəxsiyyət olmayıb”, - deyə N.Yaqublu ensiklopediyanın nəşrinin mahiyyətinə toxunub.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.

Digər lüğətlərdə