evin xanımı (ev sahibəsi)

lady of the house хозяйка дома
evim yıxıldı
evin kişisi olmaq (evə rəhbərlik etmək, qadın haqqında)
OBASTAN VİKİ
Böyük evin kiçik sahibəsi
Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir. Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar.
Mehmanxana sahibəsi
Mehmanxana sahibəsi — rejissorlar Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov və Tariyel Vəliyev tərəfindən 1978-ci ildə ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Zərnigar Ağakişiyeva, Rafael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq İbrahimov, Sevil Xəlilova və Əsgər Məmmədoğlu ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr Mirondalinanın mehmanxanasında cərəyan edir. Mehmanxana sahibəsi Mirondalina gözəl və ağıllı xanımdır. O bütün müştərilərinə həssaslıq və mehribanlıqla yanaşır. Günlərin birində mehmanxanaya gələn Kavaler Ripovratta öz rəftarı ilə Mirondalinada ikrah hissi oyadır. Mehmanxana sahibəsi Kavalerin eqoizmindən, kobudluğundan möhkəm əsəbləşir və bunun intiqamını almağı düşünür. Beləliklə, Mirondalina əvvəlcə Kavaleri özünə aşiq edir, daha sonra ondan öz intiqamını alır. Sonda isə azad ruhlu, şan-şöhrətə əhəmiyyət verməyən Mirondalina ətrafında ona aşiq olanlardan birini, atasının vəsiyyət etdiyi xidmətçi Fabrisionu seçir.
Azərbaycanın birinci xanımı
Azərbaycanın birinci xanımı — Azərbaycan Respublikasının Prezidentinin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini Azərbaycanın prezidentinin xanımı yerinə yetirir, bəzən bu titulu o qadın ki, sahib olur ki, o, dövlət başçısının həyat yoldaşı deyil. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da qadın hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Birinci xanımın ofisi prezident icrası ofisinin budağıdır. Qeyd: Azərbaycan SSR-in başçıları olmuş Mir Teymur Yaqubovun və İmam Mustafayevin xanımları haqqında heç-bir məlumat yoxdur. Son 100 ildə Azərbaycan tarixində elə dövrlər olmuşdur ki, ölkənin birinci xanımı olmamışdır, bu yer boş qalmışdır və bunun da öz obyektiv səbəbləri vardır. d. — Doğum tarixi ö.
Baş nazirin xanımı
İndoneziyanın Birinci Xanımı
İndoneziya tarixində Birinci xanım (ind. Ibu Negara) və ya Birinci cənab (ind. Bapak Negara) adı İndoneziya prezidentinin həyat yoldaşı və ya ərinə müraciət etmək üçün istifadə edilmişdir. İndoneziyanın Konstitusiyasında Prezidentin həyat yoldaşları haqqında bir şey yazılmasa da İndoneziya cəmiyyətində əhəmiyyətli təsir göstərməyə davam edir. Mövzunun mövcud sahibi indiki prezident Coko Vidodonun həyat yoldaşı İriana Coko Vidododur. Prezident Meqavati Sukarnoputrinin əri Tofiq Kiemas bu günə qədər yalnız olan Birinci Cənabdır. İbu Neqaranın rolu ilk İndoneziya konstitusiya konvensiyaların inkişafında dəqiq deyildi. İlk prezident Sukarno 1945-ci ilin avqustunda prezident olanda üçüncü həyat yoldaşı Fatmavati ilə evləndi. Sukarno Hartini ilə 1953-cü ildə Fatmavatinin icazəsi ilə evləndi. Hartini İstana Boqorda yaşayaraq prezidentin rəsmi dövlət vəzifələrinə yola salınması və xaricdə səfər etməsində müşayiət etdi.
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Saatlı evin sirri
Saatlı evin sirri (ing. The House with a Clock in Its Walls) — 1973-cü ildə John Bellairsin eyniadlı romanı əsasında rejissor Eli Rothun çəkdiyi 2018-ci il Amerika fantastik komediya filmidir. Baş rolları Jack Black, Cate Blanchett, Owen Vaccaro, Renee Elise Goldsberry, Sunny Suljic və Kyle MacLachlan canlandırıb. Film qapıları cırıldayan köhnə bir evdə əmisi Jonathanla yaşamağa göndərilən Lewis adlı gənc oğlandan bəhs edir. Tezliklə bir zamanlar pis sehrbazın yaşadığını öyrənir. Universal Pictures filmi 21 sentyabr 2018-ci ildə ABŞ-da nümayiş etdirdi və film dünya üzrə 131 milyon dollardan çox gəlir əldə etdi. Filmin aktyor heyətini yüksək qiymətləndirərək, lakin filmin öz potensialına tam cavab vermədiyini söyləyən tənqidçilərdən əsasən müsbət rəylər aldı. 1955-ci ildə valideynləri avtomobil qəzasında ölən on yaşlı Lyuis Barnavelt Michigan ştatının New Zebedee şəhərində əmisi Jonathanla yaşamağa gəlir. Ailəsindən qalan yalnız ona hədiyyə etdikləri Magic 8-Ball və ailə şəklidir. Yeni evinə girdikdən sonra Jonathanın qonşusu və ən yaxşı dostu Florens Zimmermanla tanış olur.
Evin kişisi (film, 1978)
Mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. Film yazıçı İsi Məlikzadənin povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu operator Kənan Məmmədovun bədii kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Rejissor: Əşrəf Mamayev Montaj: Tamara Nərimanbəyova Geyim rəssamı: A. Əliyev Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistentləri: Adil İsmayılov, Ş. Əliyeva Operator assistentləri: T. Əlizadə, A. Dadaşov İşıq ustası: Məhəmməd Hacıyev Redaktor: Çingiz Qaryağdı Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Nəriman Axundov Elza Beaşimova — Əntiqə Fərhad İsrafilov — Rövşən Ömür Nağıyev — Pənah Barat Şəkinskaya — Rövşənin anası Sadıq Hüseynov S. Rəsulova Məlik Dadaşov Əliağa Ağayev Sofa Bəsirzadə Əliabbas Qədirov — Mansur M. Sadıxov Zemfira Sadıqova — Ana Hacı İsmayılov — balıqçı B. Əliyev M. Kərimov A. Quliyev Ötkəm İsgəndərov Mərkəzi Televiziya (Moskva) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
Tənha evin yaşlı qadını
Tənha evin yaşlı qadını (一つ家の鬼婆, Hitotsuya no uba) və ya Asaciqahara ifritəsi (浅茅ヶ原の鬼婆, Asaciqahara no onibaba) – Yaponiya folklorunda əfsanə. Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular. Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü. Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. Adadovşanlarının böyük, oval bədənləri var.
Ev heyvanları
Əhliləşdirilmiş heyvan — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Ev öküzü
Günbəzli ev
Günbəzli ev — XVI–XIX əsrlərdə Gəncə şəhərində geniş yayılmış yaşayış binaları. Dövrümüzə çatmış ən qədim nümunələri XVII–XVIII əsrlərə aid olan bu cür yaşayış binası memarlığına Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Ənənəvi Gəncə evləri adətən küçədən izolyasiya edilmiş şəkildə və ya kar divarı küçə istiqamətində yerləşməklə inşa edilirdi. Küçələrdən çıxan dalanlara isə evlərin kiçik qapıları və ya həyətə açılan oxvari və ya yarımdairəvi tağla çərçivələnmiş böyük taxta darvazalar açılırdı. Şəhər ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir. Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər. Günbəzli evlərin interyerlərində istifadə edilən kompozisiya həlləri, həmçinin polixromiyanın incə şəkildə tətbiq edilməsi xalq memarlarının peşəkarlığı ilə yanaşı həm də yüksək zövq sahibi olduqlarını nümayiş etdirir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.