FƏDA

Ərəbcədir, “özünü qurban verən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FEYZYAB OLMAQ
FƏHLƏ
OBASTAN VİKİ
Fəda Rəhimov
Fəda Rəhimov (1957, İsmayıllı rayonu) — Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 1957-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. Evlidir, 3 övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1979-cu ildə BDU-nu bitirib. 1985-ci ildə "Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara cıxma anları üçün limit teoremləri" mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildə "Həyacanlanmış təsadüfi dolaşmanın qeyri-xətti funksiyaları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == AMEA-nın RMİ-da və 1990-cı ildən BDU-nun "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasında çalışır. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əlavə fəsilləri", "Ardıcıl statistik analiz" fənlərini tədris edir 50-dən çox məqalə,2 kitabın müəllifidir, == Tədqiqat sahəsi == Təsadüfi proseslər üçün sərhəd məsələləri nəzəriyyəsi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Daşkənd(Özbəkstan)-2005 == Seçilmiş əsərləri == Рагимов Ф.Г. Об асимптотическом поведении одного класса моментов первого выхода за границу в многомерном случайном блуждании // Теор. вероят.
Bəhram bəy Fədai
Bəhram bəy Əsəd bəy oğlu Vəzirov və ya Bəhram bəy Fədai (23 dekabr 1857, Mirzəcamallı, Şuşa qəzası – 1921, Qaryagin, Qaryagin qəzası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının üzvü, şair, hüquqşünas. == Həyatı == Bəhram bəy Əsəd bəy oğlu Vəzirov 23 dekabr 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olub. Sonra Şuşa şəhərinə köçüblər. Şuşa Realni Məktəbini bitirdikdən sonra Sankt Peterburq Dövlət Univerisitetinin Hüquqşünaslıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra Qarabağa geri dönmüş və hüquq sahəsində çalışmağa başlamışdır. O, Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, İttihad Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Parlamentdə İttihad fraksiyasına daxil olub. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışıb. Bəhram bəy sovet dönəmində gizli İttihada daxil olub və həmin vaxtdan gizli fəaliyyətə keçib.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Fədail Nadirov
Fədailər
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fədaiyan-i İslam
Fadā'iyān-e İslam (fars: فدائیان اسلام, həmçinin Azərbaycan dilində "Islam fədailər" yazıldığına), bir xarizmatik 21 yaşlı İlahiyyat tələbə Nəvvab Səfəvi adına tərəfindən 1946-ci ildə İslam fundamentalist gizli cəmiyyət olarak, İranda təsis edilib.
Fədakar (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov === Rollarda === Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov === Filmdə iştirak edənlər === Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Mirzə Məhəmməd Fədai
Mirzə Məhəmməd Qayıb oğlu Fədai (d. Aşağı Salahlı, Qazax sultanlığı - ö. XIX əsr, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası) — XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş şair. == Həyatı == Müasir Qazax rayonunun Aşağı Salahlı kəndində dünyaya gəlmişdir. Atasının Qayıb olmuşdur. O, Azərbaycanın siyasi-mədəni həyatında mühüm rol oynamış Qayıbovlar ailəsinin banisi hesab edilir. == Yaradıcılığı == Mirzə Məhəmməd yaradıcılığının əksər hissəsini Azəbaycan türkcəsində yazmış və bu şeirlərində Fədai təxəllüsündən istifadə etmişdir. O, Qazax sultanları nəslindən gələn Kazım ağa Saliklə dostluq etmiş və olar bir-birilərinə qəzəllər həsr etmişdirlər: Salikin Mirzә Mәhәmmәd Qaib oğluna yazdığı bir qәzәl: == Həmçinin bax == Qayıbovlar == İstinadlar == == Mənbə == Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. 1998.
Niqol (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
İslam fədailəri
Fadā'iyān-e İslam (fars: فدائیان اسلام, həmçinin Azərbaycan dilində "Islam fədailər" yazıldığına), bir xarizmatik 21 yaşlı İlahiyyat tələbə Nəvvab Səfəvi adına tərəfindən 1946-ci ildə İslam fundamentalist gizli cəmiyyət olarak, İranda təsis edilib.
İşxan (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Fədakaranı Millət Cəmiyyəti
Fədakaranı Millət Cəmiyyəti (türk. Fedakâran-ı Millet Cemiyeti) — Osmanlı imperiyasında İkinci Məşrutiyyət dövründə fəaliyyət göstərmiş siyasi partiya. Bu, həm də qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərirdi. == Tarixi == İkinci Məşrutiyyət elan edildikdən sonra 12 avqust 1908-ci ildə Sultanəhməd meydanında keçirilən mitinqdə onun yaradılması qərara alınmışdır. Avnullah Kaziminin sədrliyi ilə yaradılmışdır. Qərargahı İstanbulda yerləşirdi. Partiyanın qurucularıII Əbdülhəmidin dövründə sürgün edilmişdilər, eyni zamanda "Gənc türklər"ə müxalif idilər. 1908-ci ildə keçirilən seçkilərdə iştirak etməmişdi. 31 mart üsyanından sonra siyasətdən çəkilərək bağlanmışdır. Digər üzvlər Əli Vəfa, Əli Saib, Nəcib Qədir, Əbdülqədir Qədri, Hacı Camal, Asitanəli Bəhçət və Ərtoğrul Şakir idi.
Səddam fədailəri
"Səddam fədailəri" (ərəb. فدائيي صدام‎) — BƏƏS Partiyasına və İraqın keçmiş prezidenti Səddam Hüseynə məxsus hərbi təşkilat. Bu, İraq Silahlı Qüvvələrinin bir hissəsi deyildi, lakin birbaşa Respublika Prezidenti ilə əlaqəli idi və onun liderləri prezident Səddamın əmrlərini oğlu Udey Hüseynin vasitəsilə yerinə yetirirdi. "Səddam fədailəri" 1995-ci ildə Səddam Hüseynin böyük oğlu Uday Hüseyn tərəfindən BƏƏS rejiminə qarşı daxili təhlükələri aradan qaldırmaq məqsədi ilə yaradılmışdır. Onların vəzifəsi Səddamın şəxsi düşmənlərini məhv etmək və üsyanları yatırmaq idi.

Digər lüğətlərdə