feod 2021
feodal-burjua
OBASTAN VİKİ
Feodal
Dərəbəyi, Feodalizm dövründə torpaq mülkiyətçisi idi. Qərbdə feodallar krallar, hersoqlar, qraflar, baronlar, markizlər, vikontlar və sadəcə cəngavərlər sayılırdı. Şərqdə analoji olaraq xaqanlar, şahlar, xanlar, bəylər, məliklər və b. feodallara aid idi. Dini rəhbərlik olan monastırlar və vəqflər də kollektiv feodal sayılırdı.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə — kral vassallarının vassalları dururdular — baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Feodalizm
Feodalizm və ya Dərəbəylik (lat. feudum) – torpaq mülkiyyəti. == Feodalizmin mahiyyəti == 18-ci əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq elmi "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyətinə xas olan, və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar.
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.

Digər lüğətlərdə