FOLKLORÇU
FOLKLORŞÜNASLIQ
OBASTAN VİKİ
Folklorşünas
Folklorşünaslıq — folkloru (xalq yaradıcılığını) öyrənən elm. Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olur. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlamışdır, Azərbaycanda folklorşünaslıq XX əsrin I yarısında inkişaf etmişdir. Folklorşünaslıq bəzən etnoqrafiyanın, ədəbiyyatşünaslığın, musiqişünaslığın bir sahəsi hesab edilsə də, müasir dövrdə müstəqil elm sahəsi kimi formalaşmış, onun tədqiqat metodları işlənib hazırlanmışdır. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun peşəkar ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Şifahi ənənəli musiqi yaradıcılığı nümunələri — xalq mahnıları, rəqsləri və s. toplanıb nəşr olunmuş və tədqiqata cəlb edilmişdir. == Xarici keçidlər == Paşa Əfəndiyev.
Elçin Abbasov (folklorşünas)
Hüseyn İsmayılov (folklorşünas)
İsmayılov Hüseyn Ələsgər oğlu (10 dekabr 1952, Ağbulaq, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun direktoru (2003–2011). == Həyatı == Hüseyn İsmayılov 1952-ci il dekabrın 10-da Ermənistan SSR, Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmiş, 1970-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1974-cü ildə təhsilini tamamlamışdır. 1974-cü ildə Ermənistan SSR Ararat rayonunun Şirazlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1975-ci ilin may ayından 1976-cı ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. İrəvan Dövlət Pedaqoji İnstitutunda 1976-cı ilin oktyabr ayından 1988-ci ilin sentyabrınadək Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında müəllim işləmişdir. Azərbaycan, rus, xarici ölkələr ədəbiyyatından mühazirələr oxumuşdur. 1986-cı ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1989-cu ilin aprel ayından 1997-ci ilin fevral ayınadək M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Azərbaycan dili kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1995-ci ilin aprel ayından 1998-ci il yanvar ayına qədər Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyətə başlayan "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində elmi işlər və filiallar üzrə direktor müavini işləmişdir. 1998-ci ilin yanvar ayından indiyə qədər "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (2003-cü ildən AMEA Folklor İnstitutunun) direktorudur. Səhhətində baş verən xəstəliklə əlaqədar 2011-ci ildə AMEA Folklor İnstitutunun direktoru vəzifəsindən azad olunmuşdur.
Rüstəm Rüstəmzadə (folklorşünas)
Rüstəmzadə Rüstəm Bayraməli oğlu (27 mart 1930, Poylu – 20 oktyabr 2014, Poylu, Ağstafa rayonu) — şair, folklorşünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964), əmək veteranı (1989), filologiya elmləri doktoru (1989), professor (1990). Rüstəm Rüstəmzadə 1930-cu il martın 27-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. Burada ilk təhsil alsa da, Bakı şəhəri 132 saylı orta məktəbi bitirmişdir. Qazax Müəllimlər İnstitutunu başa vurandan sonra Ağsu rayonunun Pirhəsənli (1950–1951), Masallı rayonunun Təhləli kəndlərində orta məktəbin dərs-hissə müdiri işləmişdir (1952–1953). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirmişdir (1953–1957). Poylu stansiyası səkkizillik məktəbində dərs hissə müdiri olmuşdur (1953–1961). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan kəndli hərəkatı haqqında qəhrəmanlıq nəğmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1966), institutun xalq yaradıcılıq şöbəsində baş elmi işçi kimi çalışmışdır (1967). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent olmuşdur (1967–1988). "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür (1989).
Folklorşünaslıq
Folklorşünaslıq — folkloru (xalq yaradıcılığını) öyrənən elm. Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olur. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlamışdır, Azərbaycanda folklorşünaslıq XX əsrin I yarısında inkişaf etmişdir. Folklorşünaslıq bəzən etnoqrafiyanın, ədəbiyyatşünaslığın, musiqişünaslığın bir sahəsi hesab edilsə də, müasir dövrdə müstəqil elm sahəsi kimi formalaşmış, onun tədqiqat metodları işlənib hazırlanmışdır. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun peşəkar ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Şifahi ənənəli musiqi yaradıcılığı nümunələri — xalq mahnıları, rəqsləri və s. toplanıb nəşr olunmuş və tədqiqata cəlb edilmişdir. == Xarici keçidlər == Paşa Əfəndiyev.

Digər lüğətlərdə