Fotokamera
Fotoaparat (fotokamera, danışıq dilində şəkilçəkən adı ilə tanınır) — real süjetin statik təsvirini əks etməsini həyata keçirmək üçün qurğu.
Gündəlik həyatımızda sevimli məşğuliyyətimizdən biri də şəkil çəkdirməkdir. Maraqlı şəkillər çəkib müxtəlif programlar vastəsi ilə onu "fotoşop" edərək öz zövqümüzə uyğun dəyişirik. Elm və texnologiya inkişaf etdikcə, bu prosesləri etmək daha da asanlaşır və biz bunu fotoaparat olmadan mobil telefonlar vasitəsilə də həyata keçiririk. Bugünkü gündə iki-üç saniyəyə çəkilən fotoları keçmişdə əldə etmək elə də asan deyildi. Fotoaparat ixtira olunana qədər insanlar, sadəcə, əl rəsmləri çəkə bilirdilər. Təxminən, 30.000 il bundan öncə, mağara divarlarında cızılan ilk rəsmlər insanların yaşadıqları anı, tarixin izində itib-batmaması üçün göstərilən ilk cəhd kimi götürmək olar.
E.ə. dördüncü yüzillikdə Aristoteles "Problem" adlı təcrübəsində iynə deşiyi də adlandırılan kiçik deşikdən əldə etdiyi görüntünü izah etməsi ilə fotoaparat qurğusunun atası sayılan "camera obscura"nı (latıncadan camera otaq, obscura isə qaranlıq deməkdir) ixtira etmişdir. "Camera obscura"nın çox asan işləmə qaydası vardı: Divarında kiçik bir deşiyi olan qaranlıq otaqda deşikdən girən işıq, qarşısında olan divarın üzərinə çöldəki mənzərənin tərs görüntüsünü əks etdirir.