Fraktur
frankieren
OBASTAN VİKİ
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frank Dreyk
Frank Donald Dreyk (ing. Frank Donald Drake; 28 may 1930[…], Çikaqo, İllinoys – 2 sentyabr 2022, Aptos[d], Kaliforniya)- amerikalı astronom. Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.
Frank Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank Kessye
Frank Yannik Kessye (fr. Franck Yannick Kessié; 19 dekabr 1996) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi . Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur. 2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. . 2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frank Norris
Bencamin Franklin Norris (ing. Benjamin Franklin Norris; 5 mart 1870[…], Çikaqo, İllinoys – 25 oktyabr 1902[…], San-Fransisko, Kaliforniya) — Amerikan yazıçısı, jurnalisti və romançısı. Frank Norris 5 mart 1870-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Onun atası Çikaqolu biznesmen Bencamin, anası Qertrude Qlorvina Doqqet isə olmuşdur. 1890-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuş, 1894-cü ildə oranı bitirmişdir. Yaradıcılığında fransız yazıçısı Emil Zolyanın təsiri olmuşdur. 1892-ci ildə romantik poemaları "İnterval, Feodal Fransası nağılı" (ing. Yvernell, A Tale of Feudal France" romantik poemasını nəşr etdirmişdir. "Vandover və heyvan" (1895; nəşri 1914), "Maktiq" (1893-1897, nəşri 1899) romanlarında Amerika həyat tərzi tənqid olunur. Yaradıcılığının zirvəsi sayılan "Qaniçən" (1901, tamamlanmış "Taxıl eposu" trilogiyasının 1-ci hissəsi) tarixi romanında amerikan xalqının imperialist inhisarlara qarşı mübarzəsi təsvir olunur.
Frank Oyarand
Frank Qastambid
Frank Gastambid (Fransızca : [fʁɑk ɡastɑbid]), 31 oktyabr 1978-ci ildə anadan olub) fransız aktyoru, rejissoru, ssenaristi və prodüseri. 2009-cu ildə Canal +, ''Kaira Shopping'' adlı ilk veb seriyalını yaratdıqdan sonra məşhurlaşdı . Daha sonra televiziyada göstərilən və 2012-ci ildə filmlərə inteqrasiya edilən Qastambid, Pepsi markasını reklam etdi. "Taksi 5" filmində əsas rolunu oynadı.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Frank Raykard
Franklin Edmundo "Frank" Raykard (30 sentyabr 1962, Amsterdam),Surinam əsilli Hollandiyalı baş məşqçi ve keçmiş futbolçu.
Frank Riberi
Frank Riberi (fr. Franck Bilal Ribéry, fransız deyilişi [fʁɑ̃k ʁibeʁi]; 7 aprel 1983[…], Bulon-Sür-Mer) — Fransa futbolçusu. Fransa millisinin və "Bayern" (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçimiş və Qızıl topa əsas namizədlərdən biri Frank Riberidir. 1983-cü ildə anadan olub. İki yaşında avtomobil qəzası keçirib. Qəza vaxtı maşının pəncərəsindən atılan Riberinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. İndi onun bədənində həmin qəzanın nişanələri hələ də qalır. 1996-cı ildə 13 yaşında olarkən Lill Futbol Akademiyasına daxil olur, lakin nəzəri bəhslərə marağı olmadığından 3 il sonra akademiyadan qovulub. Məqalədə onun necə müsəlman olması barəsində də məlumat var. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.
Frank imperiyası
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank krallığı
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Hans Frank
Hans Frank (alm. Hans Frank‎; 23 may 1900[…], Karlsrue – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — 1920–1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyası üçün fəaliyyət göstərmiş alman vəkil.
Maqda Frank
Maqda Frank Fişer (tam adı: Maqda Frank, mac. Magda Frank; 20 iyul 1914, Kluj-Napoka – 23 iyun 2010, Buenos-Ayres) — Macarıstan-Argentina heykəltəraşı. Maqda Frank Transilvaniyada Kluj-Napoka şəhərində anadan olmuşdur. Həmin dövrdə Macarıstanın ərazisi olsa da, 1918-ci ildə şəhər Rumıniyanın tərkibinə daxil edilmişdir. Faşist təqibi səbəbi ilə Maqda Frank Macarıstanı tərk etmiş və İsveçrədə məskunlaşmışdır. İllər sonra Jülian Akademiyasında təhsil almaq üçün Parisə köçmüşdür. 1950-ci ildə Argentinanın Buenos-Ayres şəhərinə gəlib həyatda qalan yeganə ailə üzvünü - qardaşını ziyarət etmişdir. O, burada professor təyin olunmuş və Pizarro Qalereyasında əsərlərini nümayiş etdirmişdir. Buenos-Ayres Premio Palanzaya qatılmışdır. Eduardo Sivori Muzeyində Benito Kinkela Martin mükafatı almış və Argentina Senatı tərəfindən təltif olunmuşdur.
Robert Frank
Robert Frank (ing. Robert Frank; 9 noyabr 1924[…], Sürix – 9 sentyabr 2019[…]) — 20-ci əsrin ikinci yarısının ən böyük fotoqraflarından biri, müasir bir Amerika-İsveçrə fotoqrafı, kinorejissor və operator, sənədli fotoqrafiya ustası. Robert Frank yəhudi ailəsində anadan olub — atası Almaniya memarı, anası İsveçrə vətəndaşı idi. Atası və qardaşı ilə birlikdə 1935-ci ildə Almaniya vətəndaşlığından məhrum edilmiş yəhudi idi. 1945-ci ildə ona İsveçrə vətəndaşlığı verildi. 1940-cı ildə Sürixdə gimnaziyanın sonunda 1941–1942-ci illərdə eyni yerdə fotoqrafiya və qrafika sənəti öyrəndi. 1942–1945-ci illərdə öyrəndi və sonra Sürix və Cenevrədə müxtəlif film studiyalarında çalışdı. 1941-ci ildən 1947-ci ilə qədər Surix və Cenevrədə bir fotoqraf kimi çalışdı, sonra Nyu Yorkda qalın jurnalların sifarişlərini icra etdi. 1948–1954-cü illərdə İspaniya, İtaliya, Boliviya, Peru, Fransa, Böyük Britaniyada mətbuat üçün fotoşəkil sifarişlərini nümayiş etdirirdi. Eyni zamanda Ervitt Elliott kimi sənətkarlıq ustalası ilə görüşür.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Yosip Frank
Yosip Frank (serb-xorv. Jосип Франк, Josip Frank; 16 aprel 1844[…], Osiek[d] – 17 dekabr 1911[…], Zaqreb, Transleytaniya) — Xorvatiya vəkili, hüquqşünas və siyasətçi, Xorvatiya parlamentində Hüquq Partiyasının (1861—1929) tanınmış nümayəndəsi və Avstriya-Macarıstanda xorvat milli maraqlarının müdafiəçisi. Yəhudi ailəsində anadan olmuşdur. Osiyek gimnaziyasında oxumuşdur. 1872-ci ildə Vyana Universitetində hüquq təhsilini bitirdikdən sonra Zaqrebə köçdü və hüquqşünas kimi işləməyə başladı. Frank Hüquq Partiyasının rəhbəri olanda, siyasi proqramda serbofobiyanı kəskin şəkildə artırdı. Frank ardıcıl olaraq xorvat xalqını Avstriya-Macarıstanın Balkanlarda dayağı, serbləri isə əsas düşmənləri kimi təqdim etməyə çalışırdı. 1900-1902-ci illərdə Frank tərəfdarları Zaqreb, Karlovats və Slavonski-Brodada bir neçə serb qırğınları təşkil etdilər.
İlya Frank
İlya Mixayloviç Frank (10 (23) oktyabr 1908, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 22 iyun 1990[…], Moskva) — sovet fiziki. SSRİ Elmlər Akademiyasının akademiki (1968), Nobel mükafatı laureatı (1958), İki Stalin mükafatı (1946, 1953) və SSRİ Dövlət mükafatı (1971) laureatı. 1908-ci il 23 oktyabrda Sankt-Peterburqda riyaziyyatçı (sonralar professor) Mixail Lüdviqoviç Frank və Nijni Novqoroddan Sankt-Peterbura köçmüş tibb bacısı (sonralar pediatriya həkimi olan) Yelizaveta Mixaylovna Frankın (qızlıq soyadı Qratsianova) ailəsində anadan olub. İlya Frankın atası Moskva şəhərinin məşhur yəhudi ailəsindən idi — onun babası Moisey Mironoviç Rossiyanski 19-cu əsrin 60-cı illərində Moskvada yəhudi icmasının qurucularından biri olmuşdu. İlya Mixayloviçin babası Lüdviq Semyonoviç Frank (1844–1882)- Moskva Universitetinin 1872-ci il məzunu, 1863-cü il Polşa üsyanı zamanı Vilna quberniyasından Moskvaya köçmüşdür. Hərbi həkim kimi 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsində iştirak etmiş və Müqəddəs Stanislav və Zadəganlar ordeni ilə təltif edilmişdir. Atanın qardaşı (İlya Mixayloviç Frankın əmisi) — rus dini filosofu Semyon Lüdviqoviç Frank; digər qardaşı rəssam, heykəltaraş, səhnə tərtibatçısı və kitab illüstratoru Leon (Lev Vasilyeviç) Zak (təxəllüsü Leon Rossiyanski, 1892–1980), 1910-cu illərdə eqo-futurist hərəkatının ideoloqlarından biri (poetik təxəllüsü Xrisanf ilə) idi. Ana tərəfdən babası Mixail Yakovleviç Qratsianov məmur idi. Nənəsi, Olqa Petrovna, mənəvi bir ailədən gəlmişdi. Onun atası keşiş Petr Makaroviç Krasovski "Adi insanlar üçün təlimlər" kitabının müəllifidir.
Frank Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Adam Frank
Adam Frank (1 avqust 1962, Nyu-York, Nyu-York ştatı) — Amerikalı fizik, astronom və yazıçıdır. Onun elmi tədqiqatları ulduzların meydana gəlməsi və inkişafının son mərhələlərinə diqqət yetirməklə hesablama astrofizikasına yönəlmişdir. Onun fəaliyyətinə həm də ekzoplanet atmosferi və astrobiologiya üzrə tədqiqatlar daxildir. O, ekzo-sivilizasiyalar haqqında məlumatlar toplamağa çalışmışdır. Onun əsərlərində bir çox elmi məsələlərə diqqət yetirilmişdir. Mövzulara aşağıdakılar daxildir: iqlim və insan gələcəyi, texnologiya və mədəni təkamül; şüurun təbiəti və təcrübə; elm və din. O, Milli İctimai Radioda (NPR) yaranan 13.7 Kosmos və Mədəniyyət Bloqunun həmtəsisçisidir və o, NPR-nin Hər Şey Nəzərdən keçirilməsi bloquna da müntəzəm olaraq efirdə töhfə verir. O, vaxtaşırı New York Times qəzeti üçün də yazır. Frank 1 avqust 1962-ci ildə Nyu Cersi ştatının Belleville şəhərində anadan olub. O, bakalavr təhsilini Kolorado Universitetində və dissertasiya işlərini isə Vaşinqton Universitetində müdafiə edib, Hollandiyanın Leiden Universitetində və Minnesota Universitetində çalışıb.
Frank Farian
Frank Farian (18 iyul 1941, Kirn[d], Üçüncü Reyx – 23 yanvar 2024, Mayami, Florida, ABŞ) — Boney M. pop qrupunun yaradıcısı. Keryerası boyu 850 milyondan çox səsyazma satıb, 800 qızıl və platin sertifikata layiq görülüb. Frank 1961-ci ildə "Frankie Farian und die Schatten" qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Əsas papulyarlığı 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən pop musiqiyə diqqət yetirməyə başlayıb. "Boney M" qrupunun "Rasputin" və "Daddy Cool" kimi hitlərinin müəllifidir. Bundan əlavə, "Farian", "Eruption", "Precious Wilson", "Far Corporation", "Milli Vanilli", "La Bouche" daxil olmaqla bir neçə başqa pop layihələrini qurub. 23 yanvar 2024-cü il tarixidə dünyasını dəyişib.
Frank Herbert
Frank Şvabe
Frank Şvabe (alm. Frank Schwabe‎; 12 noyabr 1970, Valtrop[d], Şimali Reyn-Vestfaliya) — Almaniya siyasətçisi, 2005-ci ildən Şimali Reyn-Vestfaliya əyalətindən Bundestaq üzvü, Sosial Demokrat Partiyasının üzvü. Parlament işinə əlavə olaraq, Şvabe 2022-ci ildən kansler Olaf Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyində Qlobal Dini Etiqad Azadlığı üzrə hakim vəzifəsində çalışır. Şvabe ilk dəfə 2005-ci ildə Almaniya federal seçkilərindən sonra 1-ci Recklinghausen bölgəsini təmsil edərək Bundestaqın üzvü oldu. Parlamentdə Şvabe ilk dəfə 2005-ci ildən 2021-ci ilə qədər Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsində çalışıb. O, İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin (2014-cü ildən), Xarici Əlaqələr Komitəsinin (2021-ci ildən) və Beynəlxalq İqlim və Enerji Siyasəti üzrə Alt Komitənin (2022-ci ildən) üzvüdür. Hazırda parlament qrupunun insan hüquqları və humanitar yardım üzrə sözçüsü vəzifəsində çalışır. Sosial Demokrat Partiyasının parlament qrupunda Şvabe solçu hərəkata aid olunur. Komitə tapşırıqlarına əlavə olaraq, Şvabe 2014-cü ildən Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Assambleyada işlədiyi komitələr: Siyasi Məsələlər və Demokratiya Komitəsi; Avropa Şurasının Üzv Dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitə (Monitorinq Komitəsi); Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi; Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi; Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitə.
Drakula Frankenşteynə qarşı (film, 1971)
Drakula Frankenşteynə qarşı (ing. Dracula vs. Frankenstein) — 1971-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula Frankenşteynə qarşı — Internet Movie Database saytında.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer (alm. Frank-Walter Steinmeier‎; 5 yanvar 1956, Detmold, Almaniya) - alman siyasətçi, Almaniyanın prezidenti(19 mart 2017-ci ildən). Prezident seçilməmişdən öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləmiş, 2007-2009-cu illər isə vitse kansler olmuşdur. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.
Frank (musiqi albomu)
Frank — Emi Uaynhausun birinci albomu.
Frank Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Frank de Bur
Frank de Bur (nid. Frank de Boer; 15 may 1970[…]) — Niderlandlı keçmiş futbolçu, Niderland millisinin baş məşqçisi. Frank de Bur "Ayaks" futbol məktəbinin yetirməsidir. O, "Ayaks"da on il çıxış edib. Bu klubun heyətində 5 dəfə ölkə çempionu 2 dəfə isə ölkə kubokunun qalibi olub. Frank de Bur "Ayaks"ın heyətində həmçinin mümkün ola biləcək beynəlxalq turnirlərin hamısının — Çempionlar Liqası, UEFA Kuboku, UEFA Superkuboku və Qitələrarası Kubokun qalibi olub. 1998-ci ildə Frank İspaniyanın "Barselona" klubuna transfer olunub, ancaq burada "Ayaks"da olduğu kimi yüksək nailiyyətlərə nail ola bilməyib. Frank de Bur "Barselona"dan 2003-cü ildə qalmaqalla ayrılıb, beləki ki onun dopinq qəbul etdiyi ifşa olunub. Daha sonralar Frank əkiz qardaşı Ronald de Bur ilə birlikdə Türkiyənin "Qalatasaray", Şotlandiyanın "Reyncers", Qətərin "Əl Rəyyan" və "Əl Şamal" klublarında çıxış edib. Frank de Bur karyerasını 2006-cı ildə Qətərdə başa vurub.
Frank de Vit
Frank de Vit (13 fevral 1996) — Niderlandlı cüdoçu. Frank de Vit Niderlandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Frank de Vit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 81 kq çəkidə, 1/16 final mərhələsində Bolqarıstanın nümayəndəsi İvaylo İvanov ilə üz-üzə gəldi. Həmin görüşdə Frank de Vit rəqibinə 0:110 hesabı ilə uduzdu.
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.

Digər lüğətlərdə