fələstinlilər

fələstinlilər
fələstinli
fəllah 2021
OBASTAN VİKİ
Fələstinlilər
Fələstinli ərəblər və ya qısaca fələstinlilər, Fələstin bölgəsi köklü[mənbə göstərin] ərəb xalqı. Dünyada təxmini 12 milyon fələstinli ərəb vardır və bunlardan təxminən yarısı bir dövlətin vətəndaşlığına malikdir. == Populyasiya == Fələstinlilər, başlıca Fələstindəki öz tabeliyində olan ərazisində, İsraildə, İordaniya, ərəb ölkələrində yaşayırlar. Orta Şərq daxilində ən çox fələstinli təxmini yarım milyon insan ilə Çilidədir. İsrail əhalisinin 16 % müsəlman, 2 % xristian fələstinlilərdən təşkil olunub. == Din == Fələstinlilər çoxu sünni, müsəlmandır. Bundan əlavə az miqdarda xristian bir qrup da vardır. Xristian fələstinlilər çoxsu Fələstin daxilindəki bölgələrdə yaşayırlar. == Dil == Fələstinli ərəbcənin Fələstin ləhcəsini istifadə edirlər. İsrail vətəndaşı olan fələstinlilərin çoxsu ivritcə və ərəbcə olmaq üzrə iki ana dilə malikdir.
Nikaraqua fələstinliləri
Nikaraqua fələstinliləri (ərəb. فلسطينيو نيكاراغوا‎; isp. palestino-nicaragüense) - Şimali Amerika qitəsində yerləşən Nikaraquada məskunlaşmış fələstin əsilli əhali. Nikaraqua fələstinliləri, ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunur və sayları 2.000 nəfərə yaxındır. == Tarixi == 1890-ci ildən, 1940-cı ilə qədər Nikaraquada yaşayan ərəb əsilli vətəndaşların ölkəyə gəlməsini məhdudlaşdıran müxtəlif qanunlar mövcud olsada, zamanla bir çoxu ləğv edilmişdir. Nikaraquada konkret nə qədər fələstinlilin yaşadığı məlum deyil. Əsas bilinən hadisələrdən biri Birinci Dünya Müharibəsinin sonlarına yaxın Osmanlı imperiyası nəzarətindəki ərazilərdə yaşayan 40 fələstinli ailənin ölkəyə gəlməsidir. 2000-ci ilin məlumatına görə Nikaraquada 500 ərəb əsilli ailə yaşayır və bu ailələrin mütləq əksəriyyəti fələstinlilərdən ibarətdir. Nikaraquaya gələn fələstinlilərin əksəriyyəti xristian dininə mənsub olan insanlar olmuşdur. İcmanın kiçik bir hissəsi müsəlmanlardan ibarətdir.