Fələstinli
Fələstinlilər (ərəb. الفلسطينيون, əl-Filəstiniyyun; ivr. פָלַסְטִינִים, Faləstinim) və ya Fələstin xalqı (ərəb. الشعب الفلسطيني, əş-şəb əl-Filəstini), həmçinin Fələstin ərəbləri və ya fələstinli ərəblər (ərəb. العرب الفلسطينيون, əl-ərəb əl-Filəstiniyyun) — minilliklər boyu Fələstin regionunda məskunlaşmış, indiki dövrdə mədəni və linqvistik baxımdan ərəb olan xalqlardan törəmiş etnomilli qrup.
Müxtəlif müharibələrə və mühacirətlərə baxmayaraq, dünyadakı Fələstin əhalisinin təxminən yarısı indiki İsraili, Fələstinin Qərb sahili və Qəzzə zolağının ərazilərini əhatə edən keçmiş Fələstin mandatı ərazisində yaşamağa davam edir. İsraildə fələstinlilər ölkənin ərəb vətəndaşlarının bir hissəsi olaraq əhalinin demək olar ki, 21 faizini təşkil edir. Onların bir çoxu fələstinli qaçqın və ya məcburi köçkün fələstinlilərdir. Odur ki, onlar arasında bir milyon çox fələstinli Qəzzə zolağından, təxminən 750,000 nəfəri İordan çayının qərb sahilindən və təxminən 250,000 İsrailin özündəndir. Fələstin diasporunun yarıdan çoxu heç bir ölkədə qanuni vətəndaşlığı olmayan apatrid şəxslərdir.