Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Qövr
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. == Cəza hüququna görə tərif == Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. == Cəzanın məqsədləri == Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adıŞəfa Hüseynova — azərbaycanlı müğənni.Kişi adıŞəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.TəxəllüsŞərafət Şəfa — jurnalist, şairəDigərŞəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Cismani cəza
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur.Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi.XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədi ilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir. ABŞ-da qulların qaçmasının və üsyanlarının qarşısını almaq məqsədi ilə işlənilirdi. === Etiraf === İşgəncə tarix boyu saxlanılanlardan etiraf əldə etmək üçün işlənilirdi.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Məmməd Səfa
Məmmədsəfa Məmmədəli oğlu Qasımov (Məmməd Səfa) (25 iyul 1960, Dəvəçi rayonu) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Hazırda Yuğ Teatrının aktyorudur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Professsordur. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.Evlidir, iki övladı var.
Səfa Abasov
Abasov Səfa ( tam adı Səfa İslam oğlu Abasov; d.10 iyun 1946; Azərbaycan, Bakı) — Azərbaycan kimyaçısı, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Heterogen kataliz" laboratoriyasının müdiri, kimya elmlər doktoru (1993), professor (2009). == Həyatı == Səfa Abasov 1946-cı il iyunun 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdi. Metanın dehidrotsikloheksabirləşmə və karbohidrogenlərin izomerləşməsində istifadə edilən yüksək dispersli Pt və Pt/Re katalizatorların xemosorbsiya və katalitik xassələri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunda böyük elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən “Hetrogen kataliz” laboratoriyasına rəhbərlik edir. S.İ.Abasovun bir sıra beynəlxalq konqreslərin və konfransların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur, 150-dən artıq elmi məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru və 3 nəfər elmlər namizədi işini müdafiə etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları katalizatorların və onların iştirakı ilə gedən proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı rayonu, Azərbaycan SSR – 1992, Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir. === Ailəsi === Evli idi, iki oğlu yadigar qaldı. == Döyüşlərdə iştirakı == 1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi.
Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. == Fəaliyyəti == Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib. O, həm də cəmiyyətin xəzinədarı idi. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı.
Səfa Mirzəhəsənov
Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəhəsənov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Hüseyn-Səfa Mirzəhəsənov 27 iyun 1959-cu il Balakən rayonunda anadan olmuşdur. == Mükafatlar == Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014-cü il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017-ci il, 9 may 2018-ci il, 10 may 2019-cu ildə, 7 may 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il == Filmoqrafiya == Zirzəmi (film, 1990) Nə gözəldir bu dünya...
Səfa Mirzəyev
Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu. == Həyatı == Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. == Kitabları == Mirzəyev S.A. Qanunçuluq və hüquq qaydaları. — Bakı, 1980.
Səfa Qaraxanov
Səfa Yenişər oğlu Qaraxanov (22 fevral 1994, Xələc, Salyan, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa Qaraxanov 22 fevral 1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub. 2001-2012 illərdə orta məktəbdə oxuyub. 2012-cu ildə əsgərliyə çağırılıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. Oktyabrın 1-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Səfa Qaraxanov Səlyanda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.
Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır.1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Opera səhnəsində Qəndab Quliyeva ilə "Leyli və Məcnun" operasında Məcnun rolunda çıxış etmişdir.
Səfa İsazadə
Səfa Əmirxan oğlu İsazadə (d. 17 may 1999; Xaçmaz, Oğuz rayonu, Azərbaycan — ö. 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Madagizin azad edilməsində qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vəfa Allahyarova
Vəfa Allahyarova-Cəfərova (14 may 1965, Bakı) — qrafik, miniatürist, karikarurist. == Həyatı == Vəfa Allahyarova 14 may 1965-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildən respublika və beynəlxalq müsabiqələrdə,“ Bacarıqlı əllər” və digər verlişlərdə rəssam kimi iştirak edib. 1980-1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1984-1990- cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1991 ildən - Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyətə başladı. 1990- SSRİ Rəssamlar İttifaqin üzvü oldu. 2006- cı ildən Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Karikaturaçılar Birliyin sədr müavini kimi çalışdı. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasında müəllim kimi çalışdı. 2004 – 2010- cu illərdə baş müəllim kimi fəaliyyət göstərib.
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Vəfa Hüseynova
Vəfa Hüseynova (10 noyabr 1988) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Vəfa Hüseynova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Vəfa Muradzadə
Vəfa Əlövsət qızı Muradzadə (d.19 iyul 1968, Azərbaycan, Bakı ş.) — ATİB-in və ASK-nın üzvü, "İş Qadınlarına Dəstək İctimai Birliyi"nin sədri, ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu. == Həyatı == Muradzadə Vəfa Əlövsət qızı 1968-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. 1985-ci ildə 7 saylı orta məktəbi bitirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olaraq oranı əla qiymətlərlə bitirib. 2004-cı ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirib. == Fəaliyyəti == Vəfa Muradzadə iki il vəkil kimi fəaliyyət göstərib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Kollecində və xarici şirkətdə işləyib. Hər zaman kənar biznes fəaliyyətilə də məşğul olub. 2006-cı ildə ilk Azərbaycan brendi- “Made in Azerbaijan” markası ilə ev tekstili fabriki yaradıb.
Vəfa Quluzadə
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri. == Həyatı == Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur. Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi. Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır. O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir. === Uşaqlığı === İkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür. Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub. Quluzadə nənəsin ona böyük təsirini belə izah edir: Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir". Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır. === Təhsili === 1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.
Vəfa Qurban
Vəfa Qurban — (1975-ci il, Bakı) - Tarixçi == Həyatı == 1975-ci ildə Bakıda anadan olmuşdur.Ailəlidir. 2 övladı var: Tural və Tunay == Təhsili == 1993-1998-ci illərdə Egey Universitetində Ədəbiyyat fakültəsinin Tarix bölməsinin məzunu olub. 1998-2000-ci illərdə eyni adlı universitetin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində magistr təhsilini alıb. Elmi işi “XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda torpaq mülkiyyəti" (türkcə) adlanırdı. Təhsilini davam etdirərək Egey Universitetinin Sosial Elmlər İnstitutu Türkiyə Cümhuriyyəti Tarixi şöbəsində doktorantura təhsili alır. “1900-1978-ci illərdə Azərbaycanda şəhərləşmə və oturaq həyat" (türkcə) adlı dissiertasiya işini müdafiə edir. 2015-ci ildə Dosent Doktor adını alır. Dokuz Eylül Universiteti və İzmir İqtisadiyyat Universitetində müəllim işləmişdir. == Əsərləri == === Kitabları === Kurban V. Russian-Turkish Relations from the First World War to the Present, Cambridge Scholars Publishing, Cambridge, 2017 Arxivləşdirilib 2017-06-11 at the Wayback Machine Kurban V. Neriman Nerimanov ve Türkiye Politikası. Bakü: Bakü Bilimsel Araştırma Proje Enstitüsü, 2012, 167 s.
Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti. == Həyatı == Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. === Şəxsi həyatı === Ailəlidir, əkiz qızları var. == Mükafatları == 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Teatrın səhnəsindəki rolları == Səltənət bəyim (“Hökmdar və qızı”, İ. Əfəndiyev) Şirinin rəfiqəsi (“Fərhad və Şirin”, S.Vurğun) Aynişan (“Burlaxatun” N.Xəzri) Zöhrə (“Eşq və intiqam” S. S.Axundov), Sona (“Hələ “sevirəm” deməmişdilər…”R. Novruz) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan” İ. Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı”O. İoseliani) Aynişan (“Burlaxatun” N. Xəzri) Zöhrə (“Eşq və intiqam”S.S.Axundov) Sonya (“Cinayət oyunu” N. Dostayevski) Bəyim (“Xurşidbanu Natəvan”İ.Əfəndiyev) Soqa (“Kaş araba aşmayaydı” O. İoseliani) Leyla (“Mesenat” Ə.Əmirli) Zümrüd (“Eloğlu” A.Şaiq) Gəlin (“Uçqun”,T.Cücenoğlu) Qloriya (“Qocanı öldürməliyik”, C. Patrik) Pırpız Sona “Dəli yığıncağı” C.Məmmədquluzadə) və s. == Filmoqrafiya == Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Arzu Adam ol!
Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان‎), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi. == Həyatı == Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır. == Xarici keçidlər == Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı.
Çor
Antrapogen dövr
Antropogen Dövr - Stratiqrafik şkalanın son sistemi və Yerin geoloji tarixinin son dövrü, hazırda davam edir.A.d. üzvi aləmin inkişafında mühüm dəyişikliklər baş vermişdir ki, bu da insan cəmiyyətinin yaranması və inkişafıdır. Müddətinə görə bərabər olmayan iki hissəyə bölünür: Pleystosen və Holosen.Keçmiş sovet geoloji ədəbiyyatlarında Dördüncü dövr (sisitem) kimi işlədilir və başlanğıc 0,7 mln.il qəbul edilmişdir.Dördüncü dövr ərzində Yer səthi, bitki və heyvanat aləmi müasir görkəmini almışdır.İnsanın yaranması və təşəkkülü bu dövrlə əlaqədardır. Yer səthinin çox hissədə xüsusən şimal yarım kürəsində nəhəng qitə buzlaşmalarının inkişafı səciyyəvidir.Bu dövrdə yer qabağında güclü tektonik hərəkətlər baş vermiş, xüsusilə bu hərəkətlər Avrasiyanın alp qırışıqlıq qurşağında, Sakit okeanın kənarlarını əhatə edən cavan qırışıq strukturlarda, Mərkəzi və Orta Asiyanın dağ sistemlərində intensiv vulkanizmin təzahürü ilə özünü göstərmişdir.Qurunun səthində müxtəlif mənşəli (buzlaq, delivüal, allüvial,prolüvial, göl, eol və b.) kontinental çöküntülər üstünlük təşkil edir. Bu çöküntülərin mütləq yaşını təyin etmək üçün paleomaqnit üsullardan istifadə edilir.
Dördüncü dövr
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Dövr (geologiya)
Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir. == Həmçinin bax == Geologiya == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Orbital dövr
Orbital dövr — bir göy cisminin xarici ağırlıq mərkəzi və ya başqa bir göy cismi ilə ümumi olan bir kütlə mərkəzi ətrafında orbitdə tam bir inqilab etdiyi vaxtdır. Göy mexanikasının öyrənilməsi mövzusudur. Orbital dövr göy cisminin ölçüsündən asılı deyil. Kiçik bir təbii ədədə bərabər olan iki (və ya daha çox) göy cisminin orbital dövrlərinin nisbəti orbital rezonansa səbəb olur və cismin orbital dövrünün və onun oxu ətrafında fırlanma dövrünün belə bir nisbəti ilə — spin-orbitala. rezonans. Günəş sistemindəki toz hissəciklərinin orbital dövrü Poyntinq-Robertson effektinə görə azala bilər. == Formula Xülasəsi == Keplerin üçüncü qanununa görə, dairəvi və ya elliptik orbitdə bir-birinin ətrafında fırlanan iki cismin orbital dövrü T (saniyələrlə) T = 2 π a 3 μ {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{\mu }}}} a — orbitin yarım əsas oxudur μ = GM standart qravitasiya parametridir G — qravitasiya sabitidir M — daha böyük cismin kütləsidir. Eyni yarım böyük oxa malik bütün elliptik orbitlər üçün ekssentriklikdən asılı olmayaraq, inqilab dövrü eynidir. μ = GM standart qravitasiya parametridir Əksinə, verilmiş orbital dövrə malik olmaq üçün cismin fırlanmalı olduğu məsafəni hesablamaq üçün formula belədir: a = G M T 2 4 π 2 3 {\displaystyle a={\sqrt[{3}]{\frac {GMT^{2}}{4\pi ^{2}}}}} Məsələn, 100 kq bədən kütləsi ilə hər 24 saatda bir hərəkəti başa çatdırmaq üçün kiçik bir cisim öz kütlə mərkəzindən 1,08 metr məsafədə fırlanmalıdır. Nisbətən kiçik bir cisim dairəvi bir orbitdə hərəkət etdikdə və kütlə mərkəzinin sıxlığından asılı olduqda — p (kq / m³), ​​yuxarıdakı tənlik sadələşdirilir: T = 3 π G ρ {\displaystyle T={\sqrt {\frac {3\pi }{G\rho }}}} .İki cisim bir-birinin ətrafında fırlandıqda orbital dövr T aşağıdakı kimi hesablana bilər (hər iki orbitdəki cismin kütlələri nəzərə alınmalıdır): T = 2 π a 3 G ( M 1 + M 2 ) {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{G\left(M_{1}+M_{2}\right)}}}} == Növlər == ulduz dövrü-hər hansı bir göy peyki cismin ulduzlara nisbətən əsas gövdə ətrafında tam bir inqilab etdiyi müddət.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. == Geomorofloji termin == Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Prenatal dövr
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qövr vilayəti
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. == Həmçinin bax == Altın əsr - Türkmənistanda göl.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Cava (şəhər)
Cava (gürc. ჯავა ; oset. Дзау, Dzaw; rus. Джава Dzhava) Gürcüstanda təxminən 1500 nəfərlik bir şəhərdir (Cənubi Osetiyada). Gürcüstanın hazırkı rəsmi inzibati bölgüsünə görə, Cava Şida Kartli bölgəsinin şimalındakı Cava rayonunun əsas şəhəridir. Cənubi Osetiya tərəfinə görə Dzau rayonunun inzibati mərkəzidir. Şəhər Böyük Qafqazın cənub yamaclarında, Böyük Liaxvi dərəsində, dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Cava, Tsxinvalidən sonra Cənubi Osetiyanın ikinci böyük şəhər yaşayış məntəqəsidir. Avropadakı Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı xaricində, Gürcüstan-Osetiya münaqişə bölgəsinin müəyyən edilmiş sərhədləri - Tsxinvali'nin 15 km radiusundakı bir ərazidir. Bu şəhər 2008-ci ildə Cənubi Osetiya müharibəsində böyük rol oynadı, Gürcüstanın hücumu zamanı Cənubi Osetiya hərbi qüvvələrinin əksəriyyəti orada yerləşirdi .
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Qədim dövr
Antik latınca anticius sözündən götürülmüşdür. Mənası qədim, köhnə olmaqdadır. İnsanlıq tarixinin başlanğıcından orta əsrlərə kimi davam edib (XV-XVI). Şumer mixi yazısının kəşf edilmiş ən köhnə yazı növü olduğuna görə, qeydə alınmış tarixin müddəti təxminən 5.000-5.500 ildir. Genetik dəlillərə görə isə, insanın ilk ortaya çıxışı təxminən 1,5 milyon il əvvəldir. Ayrıca, Homo Sapiensin Afrikanı təxminən 60.000 il əvvəl tərk etdiyinə dair inkişaf edən bir düşüncə və dəlillər vardır. == Antik dünyanın incələnməsi == Antik dünyanın incələməsindəki ən əsas problem, yalnız bir qisminin qeydə alınması və sənədləşdirilmiş olması və bu sənədləşdirilmiş qisimindən yalnız bir hissəsinin günümüzə çatmış olmasıdır. Antik dünyanın sonundan çox sonraya qədər savadlılıq hər hansı bir mədəniyyətə yaygınlaşmamıştır, beləcə tarixi yazma fürsətinə sahib olmuş insan sayı az idi. Yazılmış tarixlər belə yayılmamış, dağılamamıştır, çünki o dövrlərdə mətbəə maşını olmadığı üçün bir əsəri çoxaltmaqın tək yolu əl ilə surətini çıxartmatqdi.Antik Qərbin elm dərəcəsi ən yüksək olan Roma imperiyasının ən dahi və tanınmış alimlərinin əsərlərinin çoxu dövrümüzə gəlib çatmamışdır. Tarixçilərin antik dünyaya dair məlumat əldə etmələrinin iki ana yolu vardır; arxeologiya və əsas qaynaqların araşdırılması.
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Çoxillik dövr
== Çoxillik müşahidə məlumatları == Atmosfer prosesləri o qədər dəyişkən və çoxşaxəlidir ki, müasir iqlimin öyrənilməsində onun müxtəlif xüsusiyyətlərini əks etdirmək üçün onların uzunmüddətli və ya çoxillik dövr ərzində müşahidələrini aparmaq lazımdır. İqlimşünaslıq elmi ilkin material kimi meteoroloji müşahidə məlumatlarını istifadə edir və bu nəticələr zaman və məkan daxilində müqayisə edilir, tutuşdurulur.İqlim barədə təsəvvür əldə etmək üçün qısa dövr ərzində müşahidə məlumatları kifayət etmir.Çoxillik müşahidə məlumatlarından nəticə çıxarmaq üçün onları statistik cəhətdən işləmək lazımdır. Ona görə iqlim xarakteristikaları çoxillik müşahidə sıralarından statistik nəticə çıxarmaqdan ibarətdir. Belə xarakteristikalar müxtəlif meteoroloji kəmiyyətlərin çoxillik orta qiymətindən, illik anomaliyaların orta qiymətlərdən orta meylindən, çoxillik dövr ərzində ayrı- ayrı meteoroloji elementlərin limit qiymətlərindən, bu və ya digər hadisənin təkrarlanmasından, müəyyən meteoroloji hadisələrin son müddətindən və s. ibarət ola bilər. == Çoxillik dövr == Çoxillik dövrdə statistik korrelyasiya metodunun köməyi ilə meteoroloji kəmiyyətlər arasında əlaqələrin olub- olmamasını kəmiyyətcəifadə etmək mümkündür. Hadisələr arasında kəmiyyət əlaqələrini ifadə etmək üçün meteorologiyada çoxillik dövr ərzindəki müşahidələrə əsasən empirik düsturlar işlənir. Deməli meteorologiyada statistik metodlar birinci dərəcəli əhəmiyyətə malikdir ki, bu da çoxillik dpvr ərzində müşahidə məlumatları olmadan tətbiq edilə bilməz.
Çoyr abidəsi
Çoyr abidəsi, Çöyr abidəsi və ya Çoyren abidəsi (ing. The Choir monument) — Monqolustandakı Sansar-Ula dağının cənub ətəklərindəki kurqanlıqda yerləşən, İkinci Göytürk xaqanlığı dövrünə aid məzar daşı olaraq salınmış türkcə abidə.682–691-ci illərə aid olduğu düşünülür. Bəzi fikirlərə görə Çöyr abidəsi türklərə aid ən qədim türkcə mətnlər olaraq qəbul edilən Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrindən daha qədim olub, türkcənin bilinən ən qədim abidəsidir. == Abidə == Abidə Monqolustanda, Çoyrda yerləşən dəmiryolu xəttinin Dornoqovi stansiyasından 15 km uzaqlıqda olan Sansar təpəliklərində aşkar edilmişdir. Abidənin hündürlüyü 153 sm, eni isə 39 sm, qalınlığı isə 46 sm olan insan bədəni şəklində bir daşın ön tərəfinə oyulmuş altı sətirdən ibarətdir. Orxon abidələrinin ən cənubda yerləşənidir.Mütəxəssislərə görə, heykəl daha qədim zamana aiddir və abidə üçün tikili daş olaraq istifadə edilmişdir. Sətirlər insan bədəninin ön qismində, boyunla qarının alt qismi arasında oyulmuşdur. 6 sətirdən 4-ü yuxarıdan aşağı, ikisi isə aşağıdan yuxarıya doğru keçir. 1928-ci ildə əvvəl Jamtsarano Tseeveen və Sendsüren tərəfindən kəşf edilən abidə 1929-cu ildən Ulan-Bator Tarix Muzeyində nümayiş etdirilir. S. E. Malov 1936-cı ildə abidənin mətnini tərcüməsi ilə birgə nəşr etdirmişdir.
Romantik dövr
Romantik dövr- XVIII əsrin sonunda Klassik Roman hərəkatına reaksiya olaraq yaranan və Viktor Hüqo ilə böyük şöhrət qazanan və insanın yaradıcılıq azadlığının qarşısında duran hər şeyə qarşı çıxan hərəkatdır. “Ən yaxşı qayda qaydasızlıqdır” deyən romantiklər insan duyğularını, təxəyyülünü və insanı düzəltməyin cəmiyyəti islah etməklə edilə biləcəyini iddia edirlər. Romantizm müxtəlif ölkələrdə müxtəlif formalarda yaranmışdır. İngilis ədəbiyyatında özünü daha çox poeziyada göstərir. İngilis poeziyasında özünü qalın bir xəttdə göstərən romantizmin ilk adı Uilyam Wordsvortdur. O, təbiətə müqəddəs ehtiram ideyasını mənimsəmiş, şeirlərində təbiəti bəhanəsiz təsvir etmişdir. Həmçinin bu sırada Samuel Taylor Coleridge, Percy Bysshe Shelley və John Keats var. Xəttin ən qalın hissəsi Lord Bayrondur. == Alman ədəbiyyatında romantik dövr == Alman ədəbiyyatında 18-ci əsrin ikinci yarısında "coşqun cərəyanı" ilə inkişaf edir. Bu hərəkatın qabaqcılları Klopstok və Herder romantizmdən xəbər verir.
Ceff
Ceff — ad. Ceff Bezos — Amazon şirkətinin qurucusu, rəhbəri və baş icraçı Ceff Yanq — ABŞ prodüseri və ssenaristidir. Ceff Blu — Amerikalı musiqiçi, mahnıyazan, musiqi prodüseri. Ceff Uoll — Kanadalı fotoqraf, ən böyük şəkilləri və sənət tarixinə dair məqalələri çox yaxşı tanınır. Ceff Uinkott — ABŞ və Kanada döyüş ustası və aktyoru.
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Ceza
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
UEFA
UEFA və ya tam adı: Avropa Futbol Assosiasiyalarının İttifaqı (ing. Union of European Football Associations) — Avropada və Asiyanın bəzi (bir qədər) qərb regionlarında futbolu idarə edən təşkilat. O Avropa ölkələrinin milli futbol assosiasiyalarını birləşdirir. UEFA klubların və yığmaların bütün avropa yarışlarının təşkiliylə məşğul olur, onun tərkibinə daxil olan klubların və milli assosiasiyaların arasında reklamdan və translyasiyalardan gəlirləri bölür. UEFA FIFA-ya daxil olan altı kontinental konfederasiyadan biridir həm də onlardan UEFA ən nüfuzludur və zəngindir. Dünyanın demək olar ki, bütün ən güclü futbolçuları ona görə Avropaya oynayırlar, əsasən nə onda ən böyük maaşlar, xüsusilə İngiltərədə, Fransada, İtaliyada, İspaniyada və Almaniyada. Həmçinin çoxlar UEFA-ı güclü yığmaları dünya təqdim edirlər, nə dünya birinciliklərində bu konfederasiyanın ölkələrinin böyük nümayəndəliyini qabaqcadan müəyyən edir: belə, dünya çempionatında 32 komandadan 2006-cı il 14 UEFA-ı təqdim edirdi. UEFA 15 iyun 1954-cü il Fransanın, İtaliyanın və Belçikanın futbolunun federasiyaları tərəfindən başlanmış konsultasiyalardan sonra Bazeldə (İsveçrə) yaradılmışdır. Əvvəlcə UEFA-a 25 ölkə daxil olurdular, indi bu rəqəm 53-cülərə nail oldu. UEFA-ın qərargahı 1959-cu ilə qədər Parisdə yerləşirdi, nə vaxt ki, o Bernə köçdü.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü - Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Çeva Teoremi
Çeva teoremi - planimetriyada üçbucaqlarla bağlı teorem. Teoremin adı italyalı riyaziyyatçı Ciovanni Çevanın adı ilə bağlıdır. ABC üçbucağı verildiyi təqdirdə qarşı tərəfləri D, E və F-də qarşı tərəflərə qovuşdurmaq üçün AO, BO və CO sətirlərini təpələrdən ortaq O nöqtəsinə (ABC tərəflərindən birində deyil) çəkək. (AD, BE və CF seqmentləri çevianlar kimi tanınır.) Sonra imzalanmış seqment uzunluqlarından istifadə etsək, A F F B ⋅ B D D C ⋅ C E E A = 1. {\displaystyle {\frac {AF}{FB}}\cdot {\frac {BD}{DC}}\cdot {\frac {CE}{EA}}=1.} yazarıq. Başqa sözlə, XY uzunluğu xəttin bəzi sabit istiqamətində X -in Y-nin solunda və ya sağında olmasına görə müsbət və ya mənfi qəbul edilir. Məsələn, AF / FB, F A və B 'arasında olduqda müsbət dəyərə, əksi olsa mənfi olaraq təyin edilir.
Cəbr
Cəbr (ərəb. الجبر‎) — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər.
Kub(cəbr)
Kub — ədədi 3 dəfə özünə vurduqda alınan hasilə deyilir. n3 = n × n × n.Ədədin kubu cədvəli: 0³=0. 1³=1. 2³=8. 3³=27. 4³=64. 5³=125. 6³=216. 7³=343. 8³=512.
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849...Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. == Göstərilmə üsulları == n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} …Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … == Kompleks ədədin kvadratı == Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Relyasiyalı cəbr
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uzunluq (Cəbr)
Uzunluq — cəbrdə verilmiş modulun ölçüsünü göstərir. == Təyini == Əgər A {\displaystyle A} üzüyü üzrə M {\displaystyle M} modulu verilibsə, onda M {\displaystyle M} -in uzunluğu alt modulların cəmindən ibarət olur: 0 = N 0 ⊊ N 1 ⊊ N 2 ⊊ … ⊊ N n = M . {\displaystyle 0=N_{0}\subsetneq N_{1}\subsetneq N_{2}\subsetneq \ldots \subsetneq N_{n}=M.} Buradakı uzunluq çox vaxt ℓ A ( M ) {\displaystyle \ell _{A}(M)} və ya ℓ ( M ) {\displaystyle \ell (M)} ilə işarə edilir.
Xətti cəbr
Xətti cəbr — riyaziyyat elminin bir sahəsidir, vektorları və vektor məkanlarını, xətti köçürmələri və məhdud ölçülərdə xətti tənlik sistemlərini öyrənir. İndiki riyaziyyatda vektor fəzaları vacib bir rol oynayır. Buna görə, xətti cəbr abstrakt cəbrdə və funksional analizdə genişliklə istifadə olunur. Xətti cəbr, həm də, analitik həndəsədə işlənilir, umumləşdirimiş formada xətti cəbri operator nəzəriyyədə görmək olar.