fətir
fəvvarəli
OBASTAN VİKİ
"Qu quşları" fəvvarə kompleksi
"Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir. == Tarixi == Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi. 2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
Anna Zayler fəvvarəsi
Anna Zayler fəvvarəsi (alm. Anna-Seiler-Brunnen‎) İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545–1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki qeyim var. Onun qeyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdir. Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (alm.
Bayraqdar fəvvarəsi
Bayraqdar fəvvarəsi (alm. Vennerbrunnen‎) İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir. 1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Fəvvarələr meydanı (Bakı)
Fəvvarələr meydanı — Bakının ilk mərkəzi meydanlarından biri. Meydan Səbail rayonunun ərazisindəki Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini fəvvarələr kompleksi bəzəyir. Meydan XIX-XX əsrə aid memarlıq abidələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Araz” kinoteatrının binası, İSR Plaza oteli, Müqəddəs Qriqori kilsəsi və s. ilə, əhatə olunmuşdur. Meydanı əhatə edən hər üç küçə nəqliyyat vasitələri üçün bağlıdır.
Günəş fəvvarəsi
Günəş fəvvarəsi (rus. Фонтан Солнце) — "Peterhof" saray-park kompleksinin fəvvarələrindən biridir. == Tarixi == Günəş fəvvarəsi memar Nikolo Mikettinin rəhbərliyi altında 1721-1724-cü illərdə tikilmişdir. 20 su şırıntısı mərkəzi sütunun içərisindən təzyiqlə ətrafa sıçrayır. Fəvvarə kifayət qədər böyük düzbucaqlı hovuzun mərkəzində yerləşir; XVIII əsrdə onun içərisində nərə, qu quşları və ördəklər saxlanılırdı. Əsrin sonunda, memar Felten fəvvarəsi üzmək üçün kiçik hovuza çevirmişdi. Daha sonralar, fəvvarənin içərisinə araba təkərinə bənzəyən və suyun köməyi ilə hərəkətə gələn kiçik bir mexanizm yerləşmişdir. Təkər üstündə 187 dəliyi olan diskli sütunu fırladır. Bu dəliklərdən su şırıntıları hər tərəfə yayılır və fəvvarəni ümumilikdə günəşə bənzədir. Fəvvarənin aşağı hissəsində delfinlərin heykəlləri yerləşir.
Musa fəvvarəsi
Musa fəvvarəsi (alm. Mosesbrunnen‎) İsveçrənin Bern şəhərinin Münsterplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin layihəsi Nikolaus Şprünqli (hovuz və sütun) və Konstantslı Nikolaus Şporrer (fiqur) tərəfindən 1544-cü ildə tərtib edilmişdir. Fəvvarənin adı Musa peyğəmbərin şərəfinə adlandırılmışdır. Musa sol əlində On hökmün əks olunduğu açıq kitab saxlayır, sağ əli ilə isə "özünə büt və kumir yaratma" (alm. Du sollst dir kein Bildnis noch irgedein Gleichnis machen‎) adlı hökmə işarə edir. Musanın fiquru fəvvarədə ilk dəfə 1544-cü ilin yayında quraşdırılmışdır. 1740-cı ildə heykəl çox yararsız vəziyyətə düşmüş və bu səbəbdən onu müvəqqəti çıxarılması barədə qərar alınmışdır. Hazırkı heykəl fiquru isə fəvvarəyə 1791-ci ildə quraşdırılmışdır.
Musiqili alov fəvvarəsi
Musiqili alov fəvvarəsi — Koroğlu metrostansiyası yaxınlığındakı istirahət parkında fəvvarə. Fəvvarə Bakı Olimpiya Stadionunun və Milli Gimnastika Arenasının yaxınlığında yerləşir. 30 sentyabr 2010-cu ildə "Musiqili alov fəvvarəsi" yerləşən parkın ərazisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tanış olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat vermişdir ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Qeyd olunmuşdur ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaqdır. Fəvvarə 500 beton dayaq üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-nin və Almaniyanın "Schott Class", İngiltərənin "Aspinallis" şirkətləri iştirak edəcəkdir. Büllur işlərini İngiltərənin "Wilkinson pls" şirkəti həyata keçirəcəkdir. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər.
Neptun fəvvarəsi
Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir. 1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər.
Palıd fəvvarəsi
Palıd fəvvarəsi (rus. Фонтан Дубок) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.
Riffli fəvvarəsi
Riffli fəvvarəsi (alm. Ryfflibrunnen‎, ([ˈrifːli])) İsveçrənin Bern şəhərinin Aarbergerqasse küçəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Arbalet kapitanın heykəli ilə bəzədilmiş fəvvarənin layihəsi Hans Ginqin köməkçiləri tərəfindən tərtib edilmişdir. Döyüşçüyə silisiumlu tüfənglə silahlanmış kiçik ayı yoldaşlıq edir. Bu fəvvarə XIV əsrə aid və şəhərin mərkəzində yerləşmiş qədim taxta fəvvarənin yerində, 1545-ci ildə ucaldılmışdır. XIX əsrin ortalarınadək fəvvarə Qolatenmattqassbrunnen adı ilə məşhur idi. Fəvvarənin indiki adı isə, çox guman ki, Laupen döyüşü zamanı məqsədönlü şəkildə III Yordanı qətlə yetirmiş əfsanəvi atıcı Rifflinin adından götürülmüşdür. Sakinlər iddia edirlər ki, heykəli yaratmaq təşəbbüsü hələ çox qədim zamanlarda, düşman qoşunlarının Bern qalasını alan zaman yaranmışdı. Bundan başqa digər fərziyyələrə əsasən, heykəlin siması həddindən artıq kapitan Anton Güderə bənzəyir.
Roma fəvvarələri
Roma fəvvarələri (rus. Римские фонтаны) — öz konstruksiya və dizaynına görə «Peterhof» saray-park kompleksində yerləşən iki eyni fəvvarə. Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü. "Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi. 1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır. 1798— 80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu. Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər.
Samson fəvvarəsi
Samson fəvvarəsi (alm. Simsonbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 1527-ci ildə Hans Ginq tərəfindən inşa olunmuş taxta fəvvarə 1544-cü ildə daşla əvəzlənmişdir. Fəvvarənin hovuzu səkkizbucaqlı formaya malikdir. Fəvvarə şirin ağzını yaran məşhur bibley qəhrəmanı Samsonu ifadə edir. XVI əsrdə Samson güc təcəssümü idi və qədim yunan mifologiyasında qəhrəman Herakl ilə eyniləşdirilirdi. Yəqin ki, bu fəvvarə qessab gildiyasının ianələri sayəsində inşa edilmişdir. Əvvəllər fəvvarə Şaalbrunnen adlanırdı (Bern ləhcəsində Schaal - sallaqxana deməkdir); 1687-ci ildə onun adı dəyişdirilərək "Qəssab" (alm. Metzgernbrunnen‎) qoyulmuş və yalnız 1827-ci ildə o özünün hazırkı adını qazanmışdır.
Seringer fəvvarəsi
Seringer fəvvarəsi (alm. Zähringerbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Sitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır. Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq, sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi — qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub.
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Trevi fəvvarəsi
Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir. Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır. Poli sarayının (it. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat.
Uşaqyeyən fəvvarəsi
Uşaqyeyən fəvvarəsi (alm. Kindlifresserbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kornhausplats meydanında fəvvarə. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Əvvəllər fəvvarə "Platsbrunnen" adı ilə tanınırdı, lakin 1666-cı ildə o özünün indiki adını qazanmışdır. Uşaqyeyən fəvvarəsi çılpaq uşağı udan nəhəng-adamyeyəni təsvir edir. O əlində digər uşaqlar ilə dolu bir çanta saxlayır. Nəhəng divin başında Orta əsrlərdə yəhudilər tərəfindən güc yolu ilə geyinilən uzun papaq yerləşir. Bu fakt daha sonralar sakinlər arasında nəhəng-adamyeyən fiqurunun yəhudilərə istinad etməsinə və onların ritual cinayətlərinin xatırlatması kimi bir sıra fərziyyələrə səbəb oldumdur. Başqa nəzəriyyəyə əsasən, fəvvarədəki heykəl Yunan mifologiyasındakı Xronos tanrısını təcəssüm edir. Çox güman ki, bu itaətsiz uşaqları qorxutmaq üçün istifadə edilmiş bir növ mifik fiqurdur.
Vittelsbax fəvvarəsi
Vittelsbax fəvvarəsi (alm. Wittelsbacher Brunnen‎) — Almaniyanın Bavariya torpağında, Münhen şəhərinin mərkəzi rayonu olan Maksforştadtın Lenbaxplats meydanında yerləşən fəvvarə.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Şam ağacları fəvvarəsi
Şam ağacları fəvvarəsi (rus. Фонтан Елочки) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Fəvvarə 3 metal ağacdan ibarətdir. Şam ağacları fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Şam ağaclarının qılığına girmiş fəvvarələrin yanından qonaqlar keçən zaman su birdən ətrafa püskürməyə başlayır və bayram ənənələrinə uyğun geyinmiş insanları isladırdı. Hazırda fəvvarə bütün günü işləyir və parka gələn ziyarətçiləri əyləndirir.
Ədalət fəvvarəsi
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.
Ədalət fəvvarəsi (Bern)
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.

Значение слова в других словарях