Göbələk xəstəliyi
Göbələk xəstəliyi — yüksək antibiotik qəbul etdikdən sonra baş verir.Yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir. Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər və bu zaman infeksiya çox daha ağır simptomlarla irəliləyir. Göbələk xəstəlikləri daha çox dəridə ayaq, dırnaq, qasıq, vajina və saç kimi nahiyələrdə əmələ gəlir. Bununla belə nadir hallarda da olsa, dil və imfa düyünlərini də təsir edə bilir.
== Əlamətləri ==
Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bildiyindən dolayı ən çox müşahidə olunan əlaməti qaşınmadır. Göbələyin əmələ gəldiyi nahiyədə qaşınma hissi yaranır. Dərinin səthinə təsir etdiyi hallarda göbələk xəstəliyi müxtəlif əlamətlərlə özünü büruzə verir. Saç göbələyində baş dərisində soyulma, qırmızı səpgilər və qabarın yaranmasına, saç tökülməsinə və keçəlliyə səbəb ola bilir.