Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnşallah
İnşallah (ərəbcə: انشاءالله) — "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir. Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24) "İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək. "İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil. Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür. Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!
İnşallah xan İnşa
İnşallah xan İnşa (1756–1817)—urdu şairi. == Həyatı == İnşallah xan İnşa (1756-1817) Urdu dilinə son dərəcə hakim biri idi. Farsca, Urduca, Pəncabca, Puştuca, Türkcə (Çığatayca) gözəl bilirdi. “Dərya-ye Lətafət (1802)” adlı Urduca lüğət kitabı yazmışdır . Farsca və Urduca divanı vardı. “Rani Kitki ki Kahani” adlı hekayəsində Ərəbcə və Farsca tək bir kəlmə və tamlama içlətməmişdi . Eynı şəkildə “Silk-e Gauhar” adlı başqa bir hekayəsində də nöqtəli tək bir hərf işlətməmişdi . Bu əsərlər, onun dilə hakimiyətini göstərən ən yaxşı örnəkdilər.
Maşallah Abdullayev
Maşallah Babakişi oğlu Abdullayev (27 may 1950, Kəpənəkçi, Qasım İsmayılov rayonu – 26 oktyabr 2022, Goranboy rayonu) — Goranboy rayon icra hakimiyyətinin başçısı (1992–1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. Ailəlidir.
Maşallah Xudubəyli
Maşallah Xudubəyli (1950 – 2017) — tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Maşallah Xudubəyli 21 fevral 1950-ci ildə Ulu Göyçə mahalının Nərimanlı kəndində, mahalın qüdrətli söz ustadı Xəstə Bayraməlinin ailəsində dünyaya gələn tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli həm də qədim folklorumuzun cəfakeşlərindən biridir. Özünün tədqiqatçılıq, jurnalistlik və publisistik fəaliyyətini bir neçə sahədə davam etdirən M.Xudubəylinin folklorla bağlılığı hələ Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmamışdan da əvvəl, çox erkən çağlarından başlayıb.Həm də musiqi tədqiqatçısı olan M.Xudubəyli dünyanın nadir radio jurnalistlərindən biridir ki, onun kompozisiyaları kompakt-disk şəklində ölkələr dolaşmaqdadır. Müəllifin qardaş Türkiyədə "Haqq yolunda susmazam mən" və "Ya Qarabağ, ya ölüm" kompozisiyalarının kompakt-diski böyük tirajla buraxılıb və Şərqin, Avropanın müxtəlif şəhərlərinə yayılıb. Yüzlərlə ədəbi-bədii, elmi-publisistik yazıların, bir neçə kitabların, o cümlədən dərslik vəsaitlərinin müəllifi olan Maşallah müəllimin mövzuları çoxşaxəlidir, dili şirin və axıcıdır. Universiteti bitirəndən sonra bir müddət "Yazıçı" nəşriyyatında, sonra isə Azərbaycan Dövlət tele-radio verilişləri şirkətində məsul işlərdə çalışıb. Hazırda AMEA Folklor İnstitutunun elmi əməkdaşı olan M.Xudubəyli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 24 fevral 2017-ci ildə xərçəng xəstəliyindən Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəsəbəsində dəfn olunmuşdur. == Əsərləri == "Mənim sazlı-sözlü dünyam". I kitab.
Maşallah Əhmədov
Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — Azərbaycan futbolçusu, SSRİ idman ustası (1986). == Həyatı == Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən Neftçi Bakı klubunda oynayıb. XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi. 1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
İnsanlar
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Bədbəxt insanlar
Bədbəxt insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Reptilian insanlar
Sürünən humanoidlər və ya antropomorfik sürünənlər folklor, bədii ədəbiyyat və sui-qəsd nəzəriyyələrində görünür. == Mifologiyada == Bir çox mədəniyyətdə bir hissəsi insan və bir hissəsi sürünən olan canlılar haqqında əfsanələr vardır. Sürünən humanoidinin insan formasında ilk tarixi təsvirlərindən biri başı timsah başı formasında olan Qədim Misir tanrısı Sobek idi. Təcavüzkarlıq və heyvansevərlik kimi oxşar xüsusiyyətlərlə təsvir edilmişdir. Cənubi Asiya və Cənub-Şərqi Asiya mifologiyasında mövcud olan Naqalar yarı insan və yarı ilan olan yarı ilahi məxluqlardırlar. == Folklorda == İnsani sürünən kriptidlərin görünməsi bataqlıqların çox olduğu Amerika Birləşmiş Ştatlarının cənub hissəsində çoxdur. 1980-ci illərin sonunda Cənubi Karolina əyalətinin Bishopville şəhərində yüzlərlə "Kərtənkələ adamı" görülmüşdür.
Braziliyada LGBT insanlar
Braziliyadakı LGBT insanlar Braziliya əhalisinin təxminən 8.35%-ni və ya təxminən 20.000.000 nəfəri təşkil edir. == Demoqrafik == === Demoqrafik tədqiqat === 2009-cu ildə São Paulo Universiteti tərəfindən aparılan sorğuda 10,4%-lik Braziliyalı kişilərin 7,8%-nin homoseksual, 2,6%-nin isə biseksual olduğu məlum oldu. 6,3%-likqadınlar arasında isə lezbiyanlar əhalinin 4,9%-ni, biseksual qadınlar isə 1,4%-ni təşkil edir.LGBT əhalisinin cins tərkibi aşağıdakı kimidir: 64% kişi və 36% qadın. Tədqiq olunan əhalinin elan edilmiş cinsi oriyentasiyasının tərkibi aşağıdakı kimi bölüşdürülür: 54%-i gey, 28%-i lezbiyan, 17%-i biseksual, 1%-i yuxarıda göstərilənlərin heç birinə uyğun gəlmədiyini bildirib. LGBT əhalisinin təhsili aşağıdakı kimi qeyd edilir: 57% ali təhsil (universitet və ya kollec) bitirmiş, 40% orta məktəb (orta təhsil) bitirmişdir. LGBT əhalinin mənzil şəraitinin tərkibi aşağıdakı kimidir: 52%-i valideynləri və ya qohumları ilə, 22%-i partnyorları ilə, 20%-i tək yaşayır, 6%-i isə dostları ilə yaşayır.2010-cu ildə Braziliya Səhiyyə Nazirliyi tərəfindən aparılan sorğu, Braziliyanın gey əhalisinin heteroseksual əhalidən daha çox gəlir qazandığını göstərmişdir. Homoseksuallar: A və B sinifləri, 26,9%, C sinfi, 49,9%, D və E sinifləri, 23,2%. Heteroseksuallar: A və B sinifləri, 18,2%, C sinfi, 47,8%, D və E sinifləri 34% idi. 2007-ci ildə Insearch tərəfindən aparılan sorğu, Braziliya qeylərinin heteroseksuallara nisbətən asudə vaxtla bağlı əşyalara 40% daha çox pul xərclədiyini aşkar etdi. 84%-i son 12 ay ərzində dörd dəfə Braziliyaya, 36%-i isə son üç ildə xaricə gedib.
Sərbəst insanlar ölkəsində
Sərbəst insanlar ölkəsində — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilmiş əsəri. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilib. Sevda İsmayılova və Zeynal Məmmədli tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda 2001-ci ildə Tutu nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 144 səhifədə, 100 nüsxə tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Üç mədəniyyət == Xarici keçidlər == Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF) ( (az.)). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-25. Bakı Kitab Klubu.
Ayda ilk insanlar (roman)
Ayda ilk insanlar (ing. The First Men in the Moon) — ingilis yazıçı Herbert Uells tərəfindən yazılmış və 1900-1901-ci illərdə seriya şəklində “The Strand Magazine” jurnalında nəşr edilmiş elmi-fantastika romanı. Tam şəkildə ilk dəfə 1901-ci ildə nəşr edilmiş və yazıçının “fantastik hekayələr”indən biri hesab edilmişdir. Roman müflis iş adamı olan Cənab Bedford və alim Cənab Keyvorun Aya səfər etməsindən bəhs edir. Onlar insan cəmiyyətinin cansız planet hesab etdiyi Ayın selenitlər adlanan antropomorf varlıqlar tərəfindən məskunlaşdığını üzə çıxarırlar. == Məzmunu == Klod Allin Şepperson tərəfindən əsərin orijinal 1901-ci il nəşri üçün çəkilmiş illüstrasiyalar Londonlu iş adamı Bedford maddi vəziyyətinin pisləşməsindən sonra kəndə köçərək pyes yazmağa başlayır və bu yolla vəziyyətdən çıxmağı düşünür. Bu məqsədlə o, Kent qraflığındakı Limpn kəndində kiçik ev kirayələyir və sakitlikdə işləməyi planlaşdırır. Lakin, hər gün eyni vaxtda Bedfordun kirayələdiyi evin yanından keçən yaşlı kişi ona mane olmağa başlayır. İki həftə sonra Bedford nəhayət ki, qoca ilə tanış olur və onun Keyvor adlı fizik olduğunu öyrənir. Bedford və Keyvor dostlaşırlar, tezliklə Bedford öyrənir ki, Keyvorun kəşf etməyə çalışdığı yeni material yerin cazibə qüvvəsini sıfıra endirə bilər.
Pişik insanlar (film, 1982)
Pişik insanlar (ing. Cat People) – 1982-ci ildə ABŞ rejissoru Pol Şreder tərəfindən çəkilən, 1942-ci ildə Jak Törner tərəfindən çəkilən "Pişik insan" filminin rimeyki olan fantastik film. Filmdə baş rollarda Nastasya Kinski, Malkolm Makduel və Con Hird çəkilmişlər. Filmin sonundakı ifa edilən mahnı Devid Boui tərəfindən ifa edilmişdir. Filmin büdcəsi 18 milyon, gəliri isə 21 milyon ABŞ dollarıdır. == Məzmun == Filmin əvvəlində, gənc qızların bəbirlər üçün qurban getməsi təsvir olunur. Digər hadisələr isə XX əsrin 80-cı illərində baş verir. Cavan qız İrena Qallier (Nastasya Kinski) qardaşı ilə görüşmək üçün Yeni Orleana gəlir. Onun qardaşının adı Poldur (Malkolm Makduel). Pol Qallier keşişdir.
Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. == Mövzusu == Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar necə yaşayır (kitab)
İnsanlar necə yaşayır - Rus yazıçısı Lev Tolstoyun 1885-ci ildə yazdığı qısa hekayədir. Bu, 1885-ci ildə nəşr olunan "İnsan nə ilə yaşayır və digər hekayələr" adlı kitabındakı qısa hekayələrdən biridir. == Personajlar == Simon - Təvazökar və kasıb ayaqqabı ustası. Matryona - Simonun arvadı. Michael – Allah tərəfindən itaətsizliyinə görə cəzalandırılan və ölümlüyə çevrilən mələk. == Haqqında == Simon adlı mehriban, təvazökar və kasıb ayaqqabıçı bir gün arvadı və özünə paylamaq üçün qış paltarı tikmək üçün qoyun dərisi almağa gedir. Adətən Simonun qazandığı az pul hamıya yemək almağa xərclənirdi. Simon qərara gəlir ki, dəriləri almaq üçün o, müştərilərinin ona olan beş rubl iyirmi qəpiyi almaq üçün kolleksiyaya getməlidir. O, pulu götürməyə gedərkən arvadının qutusundan üç rublluq əskinas da götürür. Kolleksiyasını davam etdirərkən o, tam məbləği yox, yalnız iyirmi qəpiyi yığa bilir.
İnsanlar və siçanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. == Mövzusu == Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar, atlar, təkərlər (film, 1979)
== Məzmun == Filmdə maşınların hökmranlıq etdiyi bir məmləkətdə faytonun yeri və onun insanlara bəxş etdiyi sevinc haqqında danışılır.
Xəzər: İnsanlar və neft (film, 1983)
== Məzmun == Film Neft Daşlarına, onun fədakar sakinlərinə həsr edilmişdir. Burada dünyada misli-bərabəri olmayan şəhərin hündür binaları, geniş küçələri, kinoteatr və mədəniyyət sarayı, bir sözlə, müasir şəhərsalmanın ən yeni nailiyyətləri də öz əksini tapmışdır. == Film haqqında == Film SSRİ Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Y.Ryabko, B.Lifşits Operator: Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == SSRİ Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
İks insanlar: Birinci sinif (film, 2011)
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.