Güldəfnə
Güldəfnə (lat. Trigonella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
== Tarixçə ==
Qədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar.
Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya.
Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s.