Güvə yarpaqbükəni
GÜVƏ YARPAQBÜKƏNİ lat. Choreutis nemorana (Hübner, 1799)-Mikrolepidopterlərin Choreutidae fəsiləsinə daxil olan Choreutis nemorana növünü ilk dəfə Hübner 1799-cu ildə Avropadan təsvir etmişdir.
== Yayılması ==
Ch.nemorana Kanar adalarından Aralıq dənizi bölgələrinə, Şimali Afrikadan Asiyaya qədər bütün ərazilərdə rast gəlinir [1].
Avropada xüsusilə Avstriya, İsveç və cənubi Almaniyada daha çox ziyan vurur [2, 3]. Ilk dəfə İsveçdə 2005-ci ildə, Almaniyada və Avstriyada isə 2006-cı ildə qeydə alınıb və əncirin potensial ziyanvericisi hesab olunur [4].
Azərbaycanda Ch.nemorana üzərində mütamadi müşahidələr aparılmış və xüsusilə Bakı şəhərində, Abşeron yarımadasının Mərdəkan, Bilgəh, Kürdəxanı, Pirşağa, Buzovna və s. qəsəbələrində, eyni zamanda Lənkəran, Astara, Dəvəçi və Füzuli rayonlarında ziyanvericinin tırtıl, pup və yetkin mərhələləri qeydə alınmışdır (Məhərrəmova, 2012 ).
Morfoloji xüsusiyyətləri: Ch.nemorana-nın yumurtaları 0.5 mm-dir, dəyırmıdır, qəhvəyi-ağ rəngdədir. Tırtılları yaşılımtıl-sarıdır, üzərində sıra ilə qara nöqtələr var, ölçüsü 18–20 mm-dir. Pupu barama işərisində yerləşir, tünd qəhvəyi rəngdədir və ölçüsü 10–12 mm-dir.