geridən
geriləmək
OBASTAN VİKİ
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. == Haqqında == Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər.1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər.Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə rəğmən, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi. O, fikirlərini 1958-ci ildə XX əsrin ortalarında şərqşünas alimlərin əsas rəyinə çevrilən "Osmanlı İmperatorluğunun tənəzzülünə dair bəzi fikirlər" məqaləsində vermişdir. Ancaq məqalə indi çox tənqid olunur və müasir tarixçilər tərəfindən dəqiq hesab edilmir.
Geriləmə dönəmi Osmanlı sədrəzəmləri
Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697-1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Geriləmə dövrü Osmanlı sədrəzəmləri
Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697-1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.

Digər lüğətlərdə

за́лпом запоро́жье из ра́мок интервенциони́зм интуи́ция не сле́дует поцо́кивать шва́ркнуть беспло́дие брело́чный прести́ж усо́хнуть ономедни archivolt cutie pie ground-ivy hanap heliophobe podiatric quadrumanous student interpreter двухмоторный кочевой неохотно общевойсковой