gimgə 2021
gimnastik
OBASTAN VİKİ
Eldar Səfərov (gimnast)
Eldar Səfərov (30 yanvar 1995, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. Eldar Səfərov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb. Eldar Səfərov 1995-ci il 30 yanvarda Bakı şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Eldar Səfərov Dağıstan Dövlət Universitetinin məzunu olub. Eldar Səfərov birinci uğurunu 2013-cü ildə qazandı. O, Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə isə Eldar Səfərov I Avropa Oyunlarında qatıldı. Səfərov bu yarışlarda komanda yoldaşları Oleq Stepko və Petro Paxnyuk ilə birgə bürünc medal qazandı. Eldar Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Zarina Qurbanova (gimnast)
Zarina Qurbanova (6 may 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Zarina Qurbanova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Nərminə Səmədova (bədii gimnast)
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Anna Pavlova (gimnast)
Anna Pavlova — Rus əsilli sabiq Azərbaycanlı idman gimnastıdır. 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarının 2 qat bürünc medalçısıdır. Dünya Çempionatının 1 qat bürünc medalçısıdır. Avropa Çempionatının isə 5 qat gümüş və 2 qat bürünc medalçısıdır. 2004-cü ildə Rusiyanın "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə təltif edilmişdir. Anna Pavlova 6 sentyabr 1987-ci ildə Rusiyanın Orexovo-Zuyevo şəhərində anadan olmuşdur.
1903 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1903-cü ildə Belçikanın Antverpen şəhərində keçirilmişdir.
1905 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1905-ci ildə Fransanın Bordo şəhərində keçirilmişdir.
1907 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 3-cü Dünya Çempionatı 1907-ci ilin iyun ayında Bohemiyanın Praqa şəhərində keçirilmişdir. Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1909 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 4-cü Dünya Çempionatı 1909-cu ildə Lüksemburqda keçirilmişdir. Qeyd Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
1913 idman gimnastikası üzrə Dünya Çempionatı
İdman gimnastikası üzrə 6-cı Dünya Çempionatı 15-16 noyabr 1909-cu ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
Gimnastika
Gimnastika — idmanın populyar növlərindən biridir. Gimnastikanın aşağıdakı növləri var: İdman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, tamblinq Qadın idman gimnastikası 4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər), kişi idman gimnastikası isə 6 alət üzərində (xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik) hərəkətlərin icra olunduğu bir idman növüdür. Qadın idman gimnastları güc, ustalıq, artistizm, elastiklik tələb edən tarazlıq, mayallaq aşma, fırlanma və salto elementlərini xüsusi zərifliklə mükəmməl icra edirlər. Güc, elastiklik, tutma çevikliyi, akrobatik elementlər və alətin bir tərəfindən digər tərəfinə keçmə bacarığı dəfedilməz, başdöndürən çıxış nümayiş etdirməyə imkan yaradır. Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir. Digər gimnastika növləri ilə müqayisədə kişi idman gimnastikası ən çox medal dəstlərinin oynanıldığı bir yarış növüdür. Gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. Dünya miqyaslı yarışlarda alətsiz çıxışlar bir qayda olaraq müşahidə olunmur. Qrup hərəkətləri komandaları isə iki proqram üzrə çıxış edirlər: birincisi - beş eyni alətlə (məsələn: 5 top, beş cüt gürz, 5 halqa) ikincisi isə, iki fərqli alətlərlə (məsələn: halqalar və gürzlər, lent və toplar, ip və toplar). Akrobatika gimnastikası musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür.
Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena. 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur.
Milli Gimnastika Arenası (Bakı)
Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena. 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev maqistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur.
Sovet Gimnastları (1938)
Kinooçerk idmançıların uğurlarından danışır. Moskvada Qızıl meydanda idman gününə həsr olunmuş parad göstərilir. Sonra müxtəlif dərəcəli idmançıların məşqləri təsvir olunur. Film Bakı Bədən Tərbiyəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov Musiqi tərtibatı: German Krupkin Səs operatoru: Ağahüseyn Kərimov Bakı Bədən Tərbiyəsi Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sovet gimnastları (film, 1938)
Kinooçerk idmançıların uğurlarından danışır. Moskvada Qızıl meydanda idman gününə həsr olunmuş parad göstərilir. Sonra müxtəlif dərəcəli idmançıların məşqləri təsvir olunur. Film Bakı Bədən Tərbiyəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov Musiqi tərtibatı: German Krupkin Səs operatoru: Ağahüseyn Kərimov Bakı Bədən Tərbiyəsi Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
İdman gimnastikası
İdman gimnastikası — bura gimnastika ləvazimatları, döşəmə məşqləri və dayaqlar daxildir. "Gimnastika" termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər. Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı. İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis "Gimnastika incəsənəti haqqında" əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təjrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İdman gimnastikası 2015 Avropa Oyunlarında
İdman gimnastikası 2015 Avropa Oyunlarında — 14, 15, 18, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında keçirildi. Yarışlarda idmançılar 14 dəst medal uğrunda yarışdılar. Yarışlarda çıxış edən idmançılarının sayı 173 bərabər idi. Ümumi olaraq Azərbaycan paytaxtına 173 gimnast gəlmişdir. Onlar Avropanın 38 ölkəsini təmsil edirdilər. Yarışlara ən çox idmançı ilə ev sahibi Azərbaycan, həmçinin Avropanın digər 20 ölkəsi qatılmışdı. Onlar I Avropa Oyunlarına 6 gimnast ilə qatıldılar. İştirakçı gimnastlar arasında ən məşhuru Rusiyanı təmsil edən Olimpiya çempionu və 3 qat dünya çempionu Aliya Mustafinadır. İdman gimnastikası yarışları 2015 Avropa Oyunları çərçivəsində Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında keçirildi. Bu arena 2014-cü ildə istifadəyə verilmişdir.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma) — 15, 20 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 76 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Yarışların finalı isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.266 xal toplayan Ukrayna idmançısı Oleq Verniayev, gümüş medalı 15.116 xal toplayan Hollandiya idmançısı Kasimir Şmidt, bürünc medalı isə 14.996 xal toplayan Azərbaycan idmançısı Oleq Stepko qazandı. Təsnifat mərhələsində - ölkənin 76 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar) — 14, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 33 ölkənin 83 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 14 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.400 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 15.200 xal toplayan Almaniya idmançısı Sofie Şeder, bürünc medalı isə 12.800 xal toplayan Rumıniya idmançısı Andrea İridon qazandı. Təsnifat mərhələsində 33 ölkənin 83 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, çoxnövçülük)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, çoxnövçülük) — 18 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 18 ölkənin 18 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 18 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 58.566 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 56.699 xal toplayan İsveçrə idmançısı Ciulla Steingruber, bürünc medalı isə 55.065 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. Finalda 18 ölkənin 18 idmançısı mübarizə apardı. Yarışlar 18 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük) — 14 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 25 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 14 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 116.897 xal toplayan Rusiya Federasiyası idmançıları, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, Viktoriya Komova və Seda Tutxalyandan ibarət komanda qazandı. Gümüş medalı 110.397 xal toplayan Almaniya idmançıları Leh Griesser, Sofie Şeder və Elizabet Seitzdən ibarət komanda qazandı. Bürünc medalı isə 110.099 xal toplayan Hollandiya idmançısıları Lisa Top, Seline van Gerner və Lieke Veversdən ibarət komanda qazandı. Finalda 25 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu.
2007 Bədii gimnastika üzrə Avropa Çempionatı
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb. Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb. Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib. Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub. Avstriya Azərbaycan Belçika Belarus Boliviya Xorvatiya Kipr Çexiya Estoniya Finlandiya Fransa Quam Almaniya Birləşmiş Krallıq Yunanıstan Macarıstan İsrail İtaliya Latviya Moldova Norveç Polşa Portuqaliya Rumıniya Rusiya Litva Slovakiya Sloveniya İspaniya İsveç İsveçrə Türkiyə Ukrayna Azərbaycan Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya Böyüklər: VEBER Karolina, PÖSTINGER Selina, RAYTGRUBER Katarina Yeniyetmələr: ELLEBERQER Nina, QASSLER Liza, LANTSER Barbara, RUPEXT Nicol, VERTANÇİK Lena Ehtiyat: VEQŞNAYDER Nataşa Belçika Böyüklər: MASSET Manon, QERONTITIS Katerina Belarus Böyüklər: ÇERKAŞİNA Lyubov, RUDALOVA Svetlana, YÜŞKEVIÇ Mariya Yeniyetmələr: BIÇUN Yuliya, XARİTONOVA Anastasiya, STANİUTA Melitina, ARLOVSKAYA Xana, XLADKAYA Anqelina Ehtiyat: OSİPOVA Alesiya Bolqarıstan Böyüklər: PEYÇHEVA Simona, MİNÇEVA Monika, SIDEROVA Filipa Yeniyetmələr: BOJİLOVA Romina, TRAYANOVA Stefaniya, İLİYEVA Kristina, DİMİTROVA Maqika, KIROVA Qabriela Ehtiyat: TODOROVA Elena Xorvatiya Böyüklər: MAKAROVA Aleksandra, ZELİMORSKİ Anamarij, STOYAKOVIÇ Mateya Kipr Böyüklər: PANAQİYOTU Rayisa-Sula, TRİKOMİTİ Luçiya Çexiya Böyüklər: MENDLİKOVA İva, MİÇKOVA Monika, RADİMERSKA Nelya Yeniyetmələr: MARKOVA Nikol, DOSTALOVA Xana, DOPPLEROVA Barbara, KUMPREXTOVA Lüsi, ZAMORSKA Vendula, Ehtiyat: ZEMANOVA Monika İspaniya Böyüklər: SİD Almudena, RODRIQES Karolina Yeniyetmələr: REDONDO Lidiya, QONSALES Silviya, QARSIYA Rebeka, QARVIN Sara, AQİLER Sandra Ehtiyat: VAN RAVESTAYN Barbara Estoniya Böyüklər: KİKKAS İrina, LUKYANOVA Jana Yeniyetmələr: KUKK Karina, MAKUSİNA Yuliya, PUÇKİNA Tatyana, MOTSMEES Ariyel, BOQOMOLOVA Anna Ehtiyat: AKULINITSEVA Liza Finlandiya Böyüklər: RINQINEN Mariya, XUUXTANEN Yuliya, SARESVİRTA Marlena Yeniyetmələr: KİİXKİNEN Xaydi, XIYETAPAKKA Diana, ROMANJUK Yuliya, PURONLİNNA Emiliya, RİSTİKANGAS Rebekka Ehtiyat: RİSTIKANGAS Viktoriya Fransa Böyüklər: LEDU Delfin Birləşmiş Krallıq Böyüklər: CONS Françeska, MANN Xizer Gürcüstan Böyüklər: SAMLİKAŞVİLİ Mzevinari, XATİAŞVİLİ Ketevan, DONADZE Tatiya Yeniyetmələr: KURDADZE Nino, NAVAİDZE Natia, YANTETS Miriam, BALAXAŞVİLİ Meqi, TVİLDİANİ Tamara Ehtiyat:ÇARQEYŞVİLİ Tekla Almaniya Böyüklər: İNGİLDEYEVA Liza, VİTMAN Klaudiya, STOLBİN Darya Yeniyetmələr: QRAF Kristina, MANSUR Janin, MARKS Laura-Tabeya, NIKEL Yuliya, ULBRİX Liza Ehtiyat: DİTRİX Daniyela Yunanıstan Böyüklər: ANDRİYOLA Eleni, GKOUNTROUMPI Evangeliya, Yeniyetmələr: TAMPAKİ Eleni, PAPAİOANNU Antoniya, KONSTANTINU Mariya, MANIU Vasiliki, QEORQOVASILI Aleksandra Ehtiyat: BOTSİ Qeorqiya Macarıstan Böyüklər: VASS Dora, BENYO Frujina Yeniyetmələr: MİJER Aleksa, BOLDİJAR Ester, XORÇER Noemi, MARTON Fransiska, DUDİNSKY Mariya Ehtiyat: JOKE Kinqa İsrail Böyüklər: RIZENSON İrina, RİVKİN Neta Yeniyetmələr: BUZOVSKI Moran, KADOŞ Noa, KREMER Koral, SLUSER Elena, ZAKALUZKY Polina Ehtiyat: LEVIN Aleksandra İtaliya Böyüklər: LAURİTO Romina, ZANKANARO Beatris, KANTALUPPI Cülyetta Yeniyetmələr: ANTİNUÇÇİ Federika, FRANTSİNİ Paola, QALLİ Alisa, PLOTSER Valentina, ZUKKA Marqarita Ehtiyat: KOLOMBO Karlotta Latviya Böyüklər: KİSLUXİNA Marina, MEYERSONE Yelena, İSAKOVA Yana Yeniyetmələr: ROMANOVA Veronika, NAXİMOVA Nataliya, BEBRE Valda, MİÇULE Alina,YEFREMOVA Anna Ehtiyat: NESKROMNAYA Anna Litva Böyüklər: PAPARTİTE Lina, ABROMAVIÇUTE Qiedre Yeniyetmələr: LİONQİNAVİÇYUTE Yurqita, SILEYKİTE Eqle, LIEPAYTE Aqne, MARKEVIÇYUTE Uqne, PAPARTİTE Rasa Ehtiyat: KONÇEVIÇYUTE Qoda Moldova Böyüklər: TANURKOVA Anastasiya, ÇEBAN Karina, LEVKO Yelena Norveç Böyüklər: BOQETVEYT Xanna Kristina, QRAM Marte Yeniyetmələr:TORKILDSEN Mari, TORKILDSEN Tea, SANDVOLD Rikke, ÇHUDİ Daniela, TUYE Sara Bronnum Ehtiyat: QRAVDAL Tea Polşa Böyüklər: MİTROŞ Coanna, JDUN Anna Yeniyetmələr: JAMALEK Marta, ZUXLİNSKA Katarjina, KLAJMAN Süzanna, NAROLSKA Coanna, KOJİRA Karolina Ehtiyat:TRJONKOVSKA Karolina Portuqaliya Böyüklər: QOMEŞ İnes, KAETANO Sara, QERALDES Katarina Yeniyetmələr: SARAYVA Coana, DİAS Coana, JARDİM Cessika, ROSA Daniela, RORITS Vanessa Ehtiyat: MAÇADO Diana Rumıniya Yeniyetmələr: FAUR Kristina Teodora, MOLDOVAN Malina Florina, MARSİUS İonela,TOÇU Alis Viviyana, ÇAYA Monika Florina Ehtiyat: MARGINEYAN İoanna Aleksandra Rusiya Böyüklər: SESINA Vera, KAPRANOVA Olga, KANAYEVA Evqeniya Ehtiyat: STRUÇKOVA Olqa Yeniyetmələr: ANDRONOVA Darya, XAYRETDINOVA Karina, DONSKOVA Ulyana, ELYUTINA Aleksandra, NEXOJINA Nataliya Ehtiyat: YAKIMENKO Mariya Sloveniya Böyüklər: RODE Moyça, SEME Tyaşa İsveçrə Yeniyetmələr: ROXATÇ Karol, FRİDRİX Janin, ŞMİD Lara, STUÇKI Nadin, YAKOUB Suxeliya Ehtiyat: BÜSSER Rebekka Slovakiya Böyüklər: MIÇİKOVA Mixala, VARQOVA Katarina, MAÇALOVA Petra Yeniyetmələr: KOMPELOVA Jujana, QUBRIKOVA Darina, BARANOVA Yaroslava, PODLUÇKA Marianna, POKORNA Aleksandra Ehtiyat: DERMEKOVA İvana İsveç Böyüklər: LARSON Tereza Türkiyə Böyüklər: SÜTCÜ Berfin Serdil, ÖYLÜMLÜ Qizem Yeniyetmələr: AKILVEREN Pinar, DEVEÇİ Nevin Sevinc, AKILVEREN Pelin, ÇELEP Elif Zeynep, TAŞ Asya Nur Ehtiyat: AKALIN Yağmur Ukrayna Böyüklər: BESSONOVA Anna, QODUNKO Nataliya, Ehtiyat: KOVALÇUK İrina Yeniyetmələr: ŞURXAL Valeriya, BELKİNA Irina, SLOBODYAN Yuliya, YESKOVA Svetlana, RIZƏTDİNOVA Anna Ehtiyat: SUBBOTİNA Anna Şəxsi birincilikdə Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq, Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar. Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
2009 Bədii gimnastika üzrə Avropa Çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Ümumrusiya Bədii Gimnastika Federasiyası
Ümumrusiya Bədii Gimnastika Federasiyası (ÜBGF; rus. Всероссийская федерация художественной гимнастики) — Rusiya qeyri-hökumət təşkilatı. 1991-ci ildə yaradılmışdır. SSRİ-də ayrıca Ümumrusiya Bədii Gimnastika Federasiyası (Rusiya Sovet Federativ Sosialist Respublikası) da mövcud idi, lakin o zaman bu, yalnız SSRİ Bədii Gimnastika Federasiyasının respublikada bədii gimnastikanın inkişafı və populyarlaşdırılması üzərində işləmək üçün hazırlanmış struktur şöbəsi idi. İndiki "Ümumrusiya Bədii Gimnastika Federasiyası" 1991-ci ildə təsis konfransı (12 sentyabr 1991-ci il, İvanovo şəhəri) tərəfindən təsis edilmişdir. Növbəti il 9 yanvarda qeyr-hökumət təşkilatı RSFSR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 2001-ci ildə hesabat-seçki konfransında təşkilatın strukturu yenidən qurulmuşdur. Rusiya Federasiyası Prezidentinin köməkçisi Sergey Yastrjembski prezident seçilmişdir. O, 2008-ci ilin dekabrında İrina Viner prezident seçilənə qədər bu vəzifədə iki dəfə dörd illik müddətə qalmışdır. İndi o, Federasiya prezidentinin vəzifələrini milli komandanın baş məşqçisinin işi ilə birləşdirir.
Azərbaycanda batut gimnastikası
Azərbaycanda batut gimnastikasının tarixi XX əsrin 30-cu illərindən başlanır. == Tarixi və inkişafı == === Sovet illərində === Digər SSRİ dövlətləri kimi Azərbaycanda da batut gimnastikası XX əsrin 30-cu illərində formalaşmağa başlamışdır. Bu idman növü idman akrobatikasının bir növü kimi inkişaf etmişdir. Azərbaycan SSR-nin idmançıları bu növ yarışlarda SSRİ Çempionatı və Birinciliklərində, məktəblilərin Ümumittifaq Spartakiadalarında respublikanı təmsil etmişlər. === Müstəqillik dövründə === ==== 1994 ==== 1994-cü ildə Azərbaycan Gimnastika Federasiyasının əsası qoyuldu. ==== 2002 ==== 2002-ci ilin oktyabrında Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə ölkədə gimnastika növlərinin dirçəliş dövrü başlanmışdır. Həmin ildən tamblinq idman növünün federasiyanın nəzdində müstəqil sahəyə çevrilmişdir. Hazırda isə tamblinq batut gimnastikasına daxildir. ==== 2013–2015 ==== 2013-cü ilin sonlarından etibarən Azərbaycanda batut gimnastikasının inkişafında yeni mərhələ başlamışdır. Buna qeyd edilən idmanın 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan vermişdir.
FIG Bədii Gimnastika üzrə Dünya Kuboku 2017 seriyası
FIG Bədii Gimnastika üzrə Dünya Kuboku 2017 seriyası kişi və qadın idman gimnastikası üzrə yarışların keçirildiyi bir sıra mərhələlərdən ibarət idi.

Digər lüğətlərdə