GÜNAHKAR
GÜNAHSIZ
OBASTAN VİKİ
Günahkarlıq
Günahkarlıq, təqsirkarlıq, vicdan əzabı — mənfi çalarlı hissdir ki, bunun da səbəbi digər insanlar və ya hətta özü üçün mənfi nəticələri ola bilər. Nəticələr yalnız subyektə mənfi təsir göstərirsə, bu, qıcıq hissi yaranır. Sosial bir duyğu olan günahkarlıq başqaları ilə müsbət və güvənli münasibətlərin qorunmasında mühüm rol oynayır, bizi sonradan günahkar hiss etməmək üçün düzgün davranmağa sövq edir, həmçinin səhvlərimizi düzəltməyə məcbur edir. == Günahkarlıq və utanc arasındakı fərq == Günahkarlıq və utanc hisləri arasındakı fərqlər aşağıdakılardır: Utanc ictimai bir fenomendir, günahkarlıq isə şəxsi bir hadisədir. Günahkarlıq insanın müəyyən bir duyğu yaşamasına səbəb olan əməlin şahidlərinin olub-olmamasından asılı olmayaraq yarana bilər və utanc isə yalnız şahidlər olduqda yaranır. İkinci yanaşmada günahkarlıq və həya prinsipinə görə fərqləndirilir: ictimai-fərdi. Günahkarlıq insanın vicdanından, utanmaq isə ictimai qınaqdan yaranır. Üçüncü yanaşmada günahkarlıq insanın davranışının mənfi qiymətləndirilməsi ilə, utanc isə öz şəxsiyyətinin mənfi qiymətləndirilməsi ilə əlaqələndirilir. == Psixoanalizdə günahkarlıq fenomeni == Ziqmund Freyd günahkarlığı Eqo (Mən) tərəfindən Supereqonun (Super-mən) tənqidini qəbul etməsi, supereqonun tələbləri ilə eqonun nailiyyətləri arasındakı gərginlik kimi baxırdı. Supereqo mexanizmi günahın mənbəyidir.

Digər lüğətlərdə