HƏMZƏ İBN ƏBDÜLMÜTTƏLİB

(3/625-ci ildə həlak olmuşdur) – Məhəmməd peyğəmbərin kiçik əmisi, süd qardaşı və ən yaxın səhabələrindən biri olmuşdur. O, iki və ya dörd yaş peyğəmbərdən böyük idi. Məkkədə doğulmuş, igidliyi, qorxmazlığı ilə digərlərindən seçilmişdir. İgid döyüşçü olması ilə yanaşı o, həm də yaxşı ox atıcısı olmuşdur. Hər zaman gücsüzləri və yoxsulları müdafiə etmişdir. Həmzə İslama bir qədər gec gəlmişdir. O, Səfa təpəsində Əbu Cəhlin Məhəmməd peyğəmbər və onun səhabələrinə qarşı kobud davranışının şahidi olduqdan sonra müsəlman olmuşdur. Orada Həmzə peyğəmbəri müdafiə edərək Əbu Cəhlin adamları ilə qarşı qarşıya gəlmişdir. Səhəri gün isə peyğəmbərin yanına gəlib İslamı qəbul etdiyini bəyan etmişdir. Bu hadisə Məhəmmədin peyğəmbərliyinin ikinci ilində baş vermişdir. Həmzənin müsəlman olması müsəlman ictimaiyyətini daha da gücləndirmişdir. Hicrətdən sonra Həmzə müsəlman icmasının möhkəmlənməsi üçün böyük işlər görmüşdür. Qureyşlilərin müsəlmanlara qarşı ədalətsiz davranmalarına, Mədinədə vəziyyəti gərginləşdirmək istədiklərinə, müsəlmanların həccə gəlməsinə çətinliklər törətdiklərinə görə Məhəmməd peyğəmbər onlarla müharibə etmək məcburiyyətində qalmışdır. O, döyüşçülərinə Məkkə ilə Suriyanı birləşdirən karvan yollarını nəzarət altına götürməyi əmr etdi. Beləliklə, müsəlmanlar qarşı tərəfin karvanlarına hücum edərək qureyşliləri iqtisadi cəhətdən zəiflədirdilər. Həmzə bu əməliyyatların iştirakçısı olmuşdur. Sonra Həmzə Bədr döyüşündə igidcəsinə vuruşmuşdur. Müsəlmanların o döyüşdə qalib gəlməsində onun böyük rolu olmuşdur. Döyüşdən öncə o təkbətək Şeybə ilə üz-üzə gəlib onu, sonra isə Ütbə və Tüeym ibn Adiyyəni də məğlub edərək öldürmüşdür. Bundan sonra Mədinədə müsəlmanlarla yəhudi qəbiləsi olan Kaynuka arasında qarşıdurma baş vermişdir. Məhəmməd peyğəmbər döyüş bayrağını Həmzəyə verərək onun başçılıq etdiyi orduya kaynukalılara qarşı yürüş etmək əmrini verdi. Bu hadisələrin sonunda yəhudilər müsəlmanlara təslim olmuşdurlar. Bədr döyüşündən bir il sonra məkkəlilər güclərini yenidən toplayaraq müsəlmanlara qarşı yürüşə başladılar. Bədr döyüşündə Həmzə nüfuzlu məkkəli olan Cübeyr ibn Mutinin əmisi Tüeym ibn Adiyəni öldürmüşdü. Cübeyr də onun qisasını almaq üçün nizə atıcılığı ilə ad qazanan Vəhşi adlı qaradərili köləsinə məkkəlilərin ordusuna qatılmağı, döyüş zamanı Həmzəni öldürmək tapşırığını, əvəzində isə Vəhşıni azadlığa buraxacağına söz vermişdir. Müsəlmanlarla qureyşlilər ikinci dəfə Uhud döyüşündə qarşılaşmışdır. Bu döyüşdə Vəhşi atdığı nizə ilə Həmzəni arxadan vurmuşdur. Sonra qureyşlilər onun cəsədinə hörmətsizlik etmişdirlər. Həlak olan zaman Həmzənin 60-a yaxın yaşı olmuşdur.
HƏKİMİLƏR
HƏNBƏLİ MƏZHƏBİ
OBASTAN VİKİ
Həmzə ibn Əbdülmüttəlib
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Abbas ibn Əbdülmüttəlib
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb. Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib. Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər.
Abdullah ibn Əbdülmüttəlib
Abdullah ibn Əbdülmüttəlib (təq. 545, Məkkə – 570, Mədinə) — Məhəmməd peyğəmbərin atası. Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur. Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır. Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir. Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir.
Əbdülmüttəlib
Əbdülmüttəlib ibn Haşim (ərəbcə: عبد المطّلب) — Qureyş (Quranda adı çəkilən surələrdən biridir)qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbu Ləhəb — Məhəmməd peyğəmbərin əmisi. Onun fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Məhəmməd peyğəmbərin əmisi Səfiyə binti Əbdülmütəllib — peyğəmbər Məhəmmədin bibisi, Zübeyrin anası "Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?". Milli.Az (az.). 2016-01-21. İstifadə tarixi: 2023-12-19.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Həmzə Ablayev
Həmzə Ablayev və ya Amza Ablayev (22 may 1922, Korbek[d], Krım MSSR – 10 sentyabr 1998, Şumxay[d], Krım Muxtar Respublikası) — krım tatar ictimai xadimi, pedaqoq, krım tatar milli hərəkatının liderlərindən biri. İkinci Dünya Müharibəsinin iştirakçısı Həmzə Memet oğlu Ablayev 22 may 1921-ci ildə Korbek kəndində anadan olub. 1929-cu ildə onun valideynləri kolxoza daxil olmaqdan imtina etdikləri üçün Urala sürgün ediliblər. 1942-ci ildə orduya çağırılıb və İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə Krım tatarları sürgün edildikdən sonra Özbəkistan SSR-də Qovunçu qəsəbəsində yaşayıb. 1948-ci ildə Daşkənd Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur və yerli şəhər məktəbində riyaziyyat dərsi keçməyə başlayır. 1950-ci illərin sonundan Krım tatar Milli Hərəkatında iştirak etməyə başlayıb. Yanqıyolda Əbdürrəhman Muradasılovlar birlikdə təşəbbüs qrupu yaradıb. Krıma qayıdıb orada dövlətçiliyi bərpa etmək uğrunda yaranan milli hərəkatla əlaqə saxlayıb. 1960-cı ildə Daşkənd Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub.
Həmzə Allamov
Həmzə Allamov (türkm. Hamza Allamow, 19 yanvar 1982) — Türkmən futbolçu, hücumçu. 2006-cı ildə Türkmənistan çempionatının ən yaxşı bombardiri. Həmzə Allamov 19 yanvar 1982-ci ildə anadan olub. Hücumçu kimi oynadı. O, 2002–2009 və 2014–2015-ci illərdə aralarında "Daşoğuz" komandasında oynadı (son iki mövsümdə komanda "Daşoğuz" adlandı). 2005 mövsümündə Türkmənistan çempionatında 20 qol vurdu, bombardirlər siyahısında ikinci yeri tutdu və yalnız 30 qolu olan MTTU-dan Berdimurad Şamuradova məğlub oldu. 2006 mövsümündə Allamov 22 qol vuraraq çempionatın ən yaxşı bombardiri oldu. Bundan əlavə, müxtəlif illərdə Aşqabadda (2006, Birlik Kubokunda) və Özbəkistanın "Şurtan" komandasında oynadı. (2007).
Həmzə Haz
Həmzə Haz (d. 15 fevral 1940, Ketapanq[d]) — İndoneziya siyasətçisi. Birləşmiş İnkişaf Partiyasının (1998-2007) sədri idi və 2001-ci ildən 2004-cü ilədək vitse-prezident vəzifəsində çalışıb. Həmzə Borneo adasında Pontianak şəhərində bir qəzet jurnalisti idi və daha sonra Tancunqpura Universitetində iqtisadiyyatdan təhsil aldi. Onun siyasi karyerası 1968-ci ildə Qərbi Kalimantanın Vilayət Nümayəndəsi Şurasının üzvü kimi başlamışdır. Daha sonra Cakartaya köçdü, 1971-ci ildə Məclis üzvü oldu, ilk olaraq Müsəlman Nəhdlətul Uləma Partiyasının üzvü oldu. Bütün İslamçı partiyalara bir partiyaya qoşulmuş siyasi nüfuzdan və Nəhdlətul Uləmanın siyasətdən çəkilməsindən sonra, 1973-cü ildə yeni yaranmış Partai Persatuan Pembangunan (PPP)nın üzvü oldu. Həmzə Suxartonu əvəz edən prezident Buharuddin Yusuf Habibinin başçılığında İnvestisiya Naziri vəzifəsini icra etdi və 1999-cu ildə seçkilərdə PPP-yə rəhbərlik etmək üçün vəzifəsindən istefa etdi. Həmzə prezident Abdurrahman Vahidin kabinetinə qoşulub, sonra iki aydan sonra Vahidin ilk kabinetindən çıxaraq Xalqın Rifahı naziri vəzifəsindən istefa verən birinci idi. Vahidin vokal tənqidçisi oldu, amma o, həmçinin kompromis qabiliyyəti ilə tanınır.
Həmzə Hocagil
Həmzə Hocagil (türk. Hamza Hocagil) — Türkiyəli filoloq, professor. Həmzə Bəktaş 23 fevral 1946-cı ildə Malatya Akçadağda, Kotangölü kəndində anadan olmuşdur. Atası bu kəndin imam-camaatı olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Akçadağda, liseyi isə Malatyada oxumuşdur. Daha sonra müəllimlik texnikumunu bitirmişdir. Bundan sonra 1 il Malatyada müəllimlik etmişdir. Daha sonra Ərzurum Universiteti Təhsil Fakültəsinə daxil olmuşdur. 1967-ci ildə buranı bitirmiş və Malatya Darəndədə 3 il müəllimlik etmişdir. Sonra Arquvan ilçəsində müəllmlik etmişdir.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həmzə Vəliməmmədov
Həmzə Vəliməmmədov — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti. Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedoqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir. Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləmişdir. 1970–1972-ci illərdə Bakı Ali Partiya məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir. Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir. Rayon ağsaqqallar şurasının sədridir. Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilmiş, radioda səslənmişdir. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Həmzə Yunusov
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.
Həmzə Şıxəliyev
Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri. Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. 1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib. 1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmzə Əhmədoğlu
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmzə Əliyev
Həmzə Tərlan oğlu Əliyev (1 oktyabr 1998, Aşağı Atuc, Quba rayonu - 21 oktyabr 2020 ci il Xocavənd rayon Düdükçü kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həmzə Əliyev 1 oktyabr 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açmışdır. Əslən rayonun Qalayxudat kəndindən idi. 9 yaşında atasını itirmişdir. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışmışdır. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət etmişdir. 12 aprel 2018-ci ildə hərbi xidmət müddəti bitmişdir. Bundan sonra Həmzə əvvəlki işi olan maşın təmirçisi olaraq çalışmış, ailəsini dolandırmışdır.
Həzrəti Həmzə
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Şəyyad Həmzə
Şəyyad Həmzə — XIII əsr türk sufi şairi. O, Akşehir və Sivrihisarda yaşamışdır. Şəyyad Həmzə əvvəllər şəyyad (hörgü ustası) ikən əxi qrupları ilə əlaqəsi sayəsində təriqət dairələrinə də daxil olmuş, bu arada xalqa şeirlər söyləmişdir. Şəyyad Həmzə heca və əruz vəzni ilə şerlər oxuya bilən, islam mədəniyyətinə bələd olan səyyar bir mütəsəvvifdir. Hecalarla yazılan şeirləri poeziya baxımından gözəldir. Əruzla yazdığı şeirləri o qədər də uğurlu alınmamışdır. Bundan başqa, şeirlərində türk şeirinin təməlindən sətirlər var. Klassik şeirlərində, xüsusən də nətlərinə önəm verilir. Bu şeirlərdə ərəb, fars və islam mədəniyyətinə dair güclü biliklər üstünlük təşkil edir. Şəyyad Həmzənin beş məsnəvisi və başqa şeirləri məlumdur.
Əmir Həmzə
Usmi Əmir Həmzə (d. 1751 – ö. 1788) — XVIII əsrdə Qaytağın (cənub qumuqlarının) ən siyasi fəal usmisi, Ulu Əhməd xan usminin oğlu Əmir Həmzə idi. Onu haqlı olaraq Qaytağın, sonuncu nüfuzlu usmisi hesab etmək olar. "Qaytaq usmiləri şəcərəsinə" görə Əhmədxanın ölümündən sonra onun oğlu Xan Məhəmməd yox, nəvəsi, Xan Məhəmmədin oğlu Əmir Həmzə usmi oldu. A.A. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "…Usmi Əhməd xan tezliklə öldü. Onun nəvəsi, Xan Məhəmmədin oğlu , tədbirli və cəsur adam Əmir Həmzə oldu. Əmir Həmzə haqqında ən erkən məlumat, Osmanlı sultanının, Dərbənd xanı, Qumuq Şamxalı Xaspoladın, Quba xanı Hüseyn Əlinin və usmi Əmir Həmzənin, onun təbəəliyinə hansı şərtlərlə daxil olmalarını aydınlaşdırmaq üçün, onlar "xeyli hədiyyə" göndərdiyi 1751-ci ilə aiddir. Əmir Həmzənin dönəmində Qaytaqın xarici siyasəti xeyli fəallaşdı. Бакиханов.
Həmzə (ad)
Həmzə — ad. Həmzə ibn Əbdülmüttəlib Həmzə Allamov — Həmzə Vəliməmmədov — Həmzə Şıxəliyev — Digər Həmzə — Ərəb əlifbasına məxsus diakritik işarə.
Həmzə-hacı məscidi
Həmzə-hacı məscidi — Başqırdıstanın Ufa şəhərində yerləşən cümə məscidi. Ünvan: Ufa, Yuri Qaqarin küçəsi, 16. Məscid Sipaylova mikrorayonunda yerləşir. Məscid 10 il müddətində Həmzə Qallayamovun vəsaiti hesabına inşa edilmişdir. 2006-cı ildə açılışı baş tutmuşdur. Burada müsəlman kitabxanası, az təminatlıların övladları üçün internetə sahib mədrəsə fəaliyyət göstərir. 2010-cu ildə Ufa şəhər rəhbərliyinin məscidi dağıtmaq istəyi barədə məlumat dərc olunmuşdur.
Həmzə Həkimzadə Niyazi
Həmzə Həkimzadə Niyazi — (6 mart 1889, Kokand, Kokand qəzası, Fərqanə vilayəti, Türküstan quberniyası, Rusiya imperiyası — 18 mart 1929, Şahimərdan, Fərqanə vilayəti, Özbəkistan SSR, SSRİ) — özbək sovet ədəbiyyatının tanınmış nümayəndəsi, şair, yazıçı, pedaqoq, teatr və ictimai xadim. H. H. Niyazi 1889-cu ildə martın 6-da Kokand şəhərində həkim ailəsində anadan olub. Solkaşon məhəlləsində köhnə məktəb və mədrəsədə (1896–1906), sonra 8 ay Nəmənqan mədrəsəsində (1908) oxumuşdur. Həmzənin atası İbn Yəmin Niyazoğlu da dövrünün savadlı adamlarından idi. Gəncliyində əkinçiliklə dolanır, sonra həkimlik təhsili almaq üçün Buxaraya gedir və xalq arasında "Həkimçə" ləqəbi ilə tanınır. Həmzənin "Həkimzoda" ləqəbi atasının ləqəbindən yaranıb. 1909-cu ildə o dövrdə Orta Asiya müsəlman mədəniyyətinin mərkəzi olan Buxaraya getdi. Orada Həmzə ərəb elmini məşhur müəllimi İkramçi-Domla ilə başa çatdırmaq istəyirdi, lakin Buxaradan olan sünnilərlə şəhərdə yaşayan şiələr arasında münaqişələr nəticəsində Həmzənin planları pozuldu. Həmzə toqquşmalarda iştirak etməmək üçün şəhəri tərk edir. Bir aya yaxın, Kokanddakı mətbəədə işlədi.
Həmzə Mirzə Səfəvi
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.