hərbi-strateji

hərbi-strateji
hərbi-siyasi
hərbi-tarixi
OBASTAN VİKİ
Strateji marketinq
Strateji marketinq — istehlakçıları rəqiblərinkindən daha yüksək istehlak dəyərinə malik mallarla təmin edən əmtəə və xidmətlərin yaradılması siyasətini sistemli şəkildə həyata keçirməklə orta bazar göstəricilərini aşmağa yönəlmiş uzunmüddətli plan üfüqlü aktiv marketinq prosesi. Strateji marketinq şirkəti öz resurslarına uyğunlaşdırılmış və böyümə və gəlirlilik potensialını təmin edən iqtisadi imkanları hədəfləyir. Strateji marketinqin vəzifəsi şirkətin missiyasını aydınlaşdırmaq, məqsədləri hazırlamaq, inkişaf strategiyasını formalaşdırmaq və şirkətin məhsul portfelinin balanslaşdırılmış strukturunu təmin etməkdir. Strateji marketinq prosesinin orta və uzunmüddətli üfüqləri var; Şirkətin missiyasının aydınlaşdırılması, Unikal satış təklifinin (USP) formalaşdırılması, Məqsədlərin müəyyənləşdirilməsi, İnkişaf strategiyasının hazırlanması, Məhsul portfelinin balanslaşdırılmış strukturunun təmin edilməsi. Ламбен Ж.-Ж. Стратегический маркетинг Европейская перспектива. / Пер. с фр. Б. И. Лифляндчик, В. Л. Дунаевский. — СПб. : Наука, 1996.
Strateji menecment
Strateji menecment (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti», ing. management— idarəetmə) — strаtеgiyаlаrın işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı üzrə təşkilаtın fəаliyyətləri аrdıcıllığını müəyyən еdən prоsеsi əks еtdirir. O, həmçinin məqsədlərin qоyuluşunu, strаtеgiyаlаrın işlənib hаzırlаnmаsını, lаzımi rеsurslаrın müəyyən оlunmаsı və təşkilаtа qаrşıyа qоyulmuş vəzifələrə nаil оlmаğа imkаn vеrən хаrici mühitlə qаrşılıqlı əlаqələrin sахlаnılmаsın özündə birləşdirir. Strаtеji mеnеcmеnt müəssisənin idаrə еdilməsi prоsеsinin ilkin mərhələsi оlаrаq idаrəеtmənin bütün funksiyаlаrını özündə еhtivа еdir. Düzgün seçilmiş strаtеji idаrəеtmə müəssisəni gələcəyə istiqаmətləndirir, uzunmüddətli inkişаf istiqаmətlərini və biznеsdə öz mövqеyini müəyyən еtməyə imkаn vеrir. Strаtеji idаrəеtmənin nəticələri müəssisənin bаzаrdа qаzаndığı mövqеyində və iqtisаdi- mаliyyə göstəricilərinin uzunmüddətli mеyllərində təzаhür оlunur. Strаtеji idаrəеtmənin iki əsаs sоn məhsulunu bir-birindən fərqləndirirlər. Оnlаrdаn biri gələcəkdə məqsədlərə çаtmаğı təmin еdən təşkilаtın pоtеnsiаlıdır. Giriş tərəfdən bu pоtеnsiаl xammallаrdаn, mаliyyə və insаn rеsurslаrından ibаrətdir; çıхış tərəfdən isə — istеhsаl оlunmuş məhsullаr və хidmətlərdən, izlənməsi təşkilаtа öz məqsədlərinə çаtmаğа kömək еdən sоsiаl dаvrаnış qаydаları tоplusundаn ibаrətdir.
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Strateji Raket Qoşunları
Strateji Raket Qoşunları (rusca: Ракетные войска стратегического назначения) Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeçiliyi altına keçmişdir. Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır. Bu qoşunlar SSRİ-nin tabeçiliyi altında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Strateji dəmir yolu
Strateji dəmir yolu — əsasən hərbi strateji məqsədlər üçün təklif olunan və ya tikilən dəmir yolu. Arxetipik strateji dəmir yolu yalnız hərbi strategiyanın bir hissəsi kimi tikilsə də, belə bir dəmir yolu yalnız nəzəri cəhətdən mövcud olmuşdur. Beləliklə, strateji dəmir yolu praktikada onun üçün nəzərdə tutulmuş hər hansı mülki məqsəd hərbi strateji məqsədə tabe olan dəmir yoludur. Otte, T. G.; Neilson, Keith. Railways and International Politics: Paths of Empire, 1848-1945. Military History and Policy. London: Routledge. 2012. ISBN 9780415651318. Wolmar, Christian.
ABŞ Strateji Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Strateji Neft Ehtiyatı
ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca Texas və Luiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır. 1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir. ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür. == Ehtiyat tarixi == 2004-cü ilin mayı - 659,5 milyon barel. 2007-2008-ci illərdə ehtiyatlar orta hesabla gündə 70 min barel artırıldı . 2008-ci il 16 may - 702,7 milyon barel. 2009-cu il 11 may - 725.1 milyon barel .
Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (BSTİ; ing. International Institute for Strategic Studies, IISS) — müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirən beynəlxalq tədqiqat institutu və ya araşdırma mərkəzi. 1997-ci ildən onun qərargahı Londondadır. Onun müdafiə, təhlükəsizlik və qlobal məsələlərlə bağlı məlumatlar və araşdırmalar hazırlayan, nəşrlər və onlayn təhlillər dərc edən və böyük təhlükəsizlik sammitlərini çağıran dörd qitədə ofisləri var. "The Guardian" qəzeti BSTI-ni "dünyanın aparıcı təhlükəsizlik araşdırma mərkəzlərindən biri" kimi təsvir etmişdir.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin "Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər" (1577) və Fransız Giye de Sen-Jorjun "Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti…" (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. == Tarixi == Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. == İraqın işğalı (2003) == 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.

Digər lüğətlərdə