Hanq Senq İndeksi

Honkonq Fond Birjası üçün istinad edilən əsas fond indeksidir. İndeks Honkonq birjasının 70 faiz kapitallaşmasını təmsil edən 33 mavi fişka səhminə əsaslanır.
Haller
Hasilat Əmsalı
OBASTAN VİKİ
"Hanq Nqa" mehmanxanası
"Hanq Nqa" — Vyetnamın Dalat şəhərində mehmanxana. Mehmanxananın əsası 1990-cı ildə qoyulmuşdur. Hotelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır. Bu təəccüb doğuran mehmanxana bütün ənənəvi memarlıq standartlarından uzaqdır. Öz görünüşünə görə nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, hotelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı "dəlilər evi", "ağacda koma" və ya "hörümçək daxması" adlandırır. == Mənbə == Dünyada 10 ən qeyri-adi bina.
Atkinson indeksi
Atkinson indeksi — sosial bərabərsizliyin göstəricilərindən biridir. 1970-ci ildə Entoni Atkinson tərəfindən təklif edilmişdir. == Xüsusiyyətləri == İndeksin fərqli bir xüsusiyyəti, müxtəlif gəlirləri olan seqmentlər arasında gəlir bölgüsündə qərəzliliyi ölçmək qabiliyyətidir. İndeks, gəlirin ölçülməsi üçün ε əmsalı tətbiq etməklə normativ göstəriciyə çevrilə bilər ki, bu da 0-dan ∞ {\displaystyle \infty } -ə qədər olan dəyərləri qəbul edə bilər. Gəlir bölgüsünün müəyyən hissəsində qərəzliliyə daha çox çəki vermək olar, müvafiq ε, “bərabərsizlikdən çəkinmə” (ing. "inequality aversion") səviyyəsini seçməklə. Atkinson indeksi, ε yüksəldikcə, gəlir bölgüsü altındakı qərəzlərə daha həssas olur. Əksinə, bərabərsizliyi bəyənmə səviyyəsi azaldıqca (yəni ε 0-a yaxınlaşır), Atkinson indeksi gəlir bölgüsündə yuxarıdakı qərəzlərə qarşı daha həssas olur. == Hesablama == Atkinson indeksi aşağıdakı kimi müəyyən edilirLambert, P. (2002). Distribution and redistribution of income.
Cini indeksi
Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir. Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Qeyri-bərabər bölgü zamanı xüsusi çəkisinə görə bank olmayan qrupda gəlirlərin ümumi məbləğinin üstün hissəsi cəmləşir. Təbiidir ki, ideal bərabərlik zamanı Cini indeksi sıfıra, mütləq qeyri-bərabərlik şərtlərində isə – vahidə bərabərdir. Cini indeksi Lorents əyrisi (S) və ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər. Belə ki, 1988-ci ildən etibarən ABŞ-də Cini indeksinin kəmiyyətləri dərc olunur.
Hirşa indeksi
h-indeks, və ya Hirşa indeksi — 2005-ci ildə Argentina-ABŞ fiziki Xorxe Hirşanın təklif etdiyi elmmetrik göstərici. . Hirşa indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir. == Tətbiqi == Alimin bir məqaləsinə yüz istinadla 100 məqaləsinin hərəsinə bir istinad eyni indeks hesab edilir. == Həmçinin bax == Elmi məqalələrin istinad indeksi İmpakt-faktor == Mənbə == Hirsch, Jorge E., (2005), «An index to quantify an individual’s scientific research output». Retrieved from arXiv February 13, 2006. Impact factor Science 309:1181, 19 August 2005.
Poçt indeksi
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. == Özlülük indeksinin qiymətləndirilməsi == Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. == Özlülük indeksinin təyini metodları == Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Qiymət indeksi
Qiymət indeksi (ing. Price index) — müəyyən zaman müddətində və ərazidə (ölkə, region) verilmiş əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikliyi əks etdirən göstəricidir. Bu statistik göstəricinin yaradılmasında səbəb müxtəlif regionlarda və dövrlərdə qiymətlər arasındakı əlaqəni müəyyən etməkdir. Hazırda Qiymət indekslərindən çox geniş istifadə edilir. Bu indekslər vasitəsi ilə iqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi və yaşayış xərcləri müəyyən edilir və gələcək investisiyalar qiymətləndirilir. Həmçinin, daha xüsusi qiymət indeksləri vasitəsilə istehsalçılar hər hansı sektorda planlamalar və qiymət siyasəti həyata keçirirlər. Qiymət indeksləri əsas iki növü var: İstehlakçı Qiymət İndeksi (İnflyasiya); ÜDM deflyatoru. == İstehlakçı Qiymət İndeksi == İstehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı qiymət indeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır..
Biq Mak İndeksi
Biq Mak İndeksi (ing. The Big Mac İndex) — Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks ABŞ-nin "McDonald's" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. "The Economist" jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-də satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə "şişirdilib". Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər "Biq Mak" ABŞ-dəki qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Bədən kütləsinin indeksi
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m, ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
Gey Xoşbəxtlik İndeksi
2015-ci ilin may ayında LGBT sosial şəbəkəsi olan PlanetRomeo tərəfindən "Gey Xoşbəxtlik İndeksi" nəşr olundu. 120-dən çox ölkədən olan 115.000 gey şəxslərdən cəmiyyətin homoseksuallıq mövzusunda fikirlərini necə hiss etdikləri, başqaları tərəfindən necə rəftar edildikləri və həyatlarından nə dərəcədə məmnun olduqları soruşuldu. == Dünya == Əsas məqalə: Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ Gey xoşbəxtliyi mövzusunda dünya səviyyəsində bir reytinq yaratmaq üçün üç əsas mövzu birləşdirildi: İctimai Rəy: Gey kişilər cəmiyyətin homoseksuallığa münasibətinə necə baxırlar? İctimai Davranış: Gey kişilər digər insanlar tərəfindən necə rəftar edirlər? Həyatdan Məmnunluq: Gey kişilər həyatlarından nə dərəcədə məmnun və özlərini qəbul edirlər? Qol 1-dən 10-a qədərdir.
Henley Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Herfindal – Hirşman indeksi
Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir. == Haqqında == İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir. HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir HHI < 1000 : Bazar rəqabətlidir 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir HHI > 1800 : Bazarda rəqabət zəifdir. HHI = 10.000 : İnhisar bazarı == Nümunə == Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq. 6400 + 225 + 25 = 6650 Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.
Lisenziyalaşdırma sub-indeksi
Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür. == Sub-indeks üzrə nəticələr == Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. == Metodologiya == Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. == Düsturu == E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Çoxölçülü Yoxsulluq İndeksi
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. == Tarixi == ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. == İstifadə olunan göstəricilər == ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.
İnsan inkişafı indeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.
İstehlak qiymətləri indeksi
İstehlakçı Qiymət İndeksi
İstehlakçı Qiymət İndeksi (ing. consumer price index) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır. Hesablandıqdan sonra yeni index əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır. İnflyasiya dərəcəsi = (İQİ2014 –İQİ2013)/ İQİ2013*100.
İstehlakçı etimad İndeksi
İstehlakçı etimad İndeksi (ing. Consumer Confidence Index, CCI) — əhalinin istehlak və yığımları ilə ifadə etdiyi iqtisadiyyatın vəziyyətinə dair nikbinlik dərəcəsi olaraq təyin olunan istehlakçı güvənini ölçmək üçün hazırlanmış bir göstərici. == ABŞ İstehlakçı etimad İndeksi == ABŞ-də İstehlakçı Güvən İndeksi, qeyri-hökumət təşkilatı Konfrans Şurası tərəfindən hər ay dərc olunur və 5.000 ailənin nümunəsinə əsaslanır. Hədəf faiz dərəcəsi seçilərkən Federal Ehtiyat Sistemi tərəfindən istifadə olunur və eyni zamanda səhm qiymətlərinə təsir göstərir. İstehlakçı güvən indeksi 1967-ci ildə ölçülməyə başladı və 1985-ci il səviyyəsi 100-ə bərabərdir. İndeksin 40% -i iqtisadiyyatın mövcud vəziyyəti haqqında fikirlər, qalan 60% -i isə gələcək şərtlərin gözləntilərinə cavab verir. İstehlakçı güvən indeksi respondentlərin yaşına, gəlirinə və bölgəsinə görə mövcuddur. İstehlakçı güvənini ölçən digər tanınmış bir göstərici, 1940-cı illərdən bəri Michigan Universiteti tərəfindən nəşr olunan İstehlakçı Hissləri İndeksidir. Hər iki indeks eyni uzunmüddətli trayektoriyanı izləyir, lakin ayrı aylarda əks siqnalları verə bilər. == İstehlakçı Rəy İndeksi == Hesablama metodologiyasına görə istehlakçı hissləri indeksi istehlakçı güvən indeksinə bənzəyir.
Qlobal İnnovasiya İndeksi
Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən dərc edilən ölkələrin innovasiya imkanlarına və nailiyyətlərinə görə illik reytinqidir. 2007-ci ildə INSEAD və World Business: 203 tərəfindən nəşr olunan Britaniya jurnalıdır.:203 ÜƏMT tərəfindən 2021-ci ilə qədər Kornell Universiteti, INSEAD və digər qurum və təşkilatlarla əməkdaşlıqda nəşr edilmişdir.:333 O, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla müxtəlif mənbələrdən alınan həm subyektiv, həm də obyektiv məlumatlara əsaslanır.:203 == Tarixi == İndeks 2007-ci ildə INSEAD və Britaniya jurnalı olan World Business tərəfindən yaradılmışdır. Sumitra Dutta tərəfindən hazırlanmışdır. == Metodologiya == İndeks iki alt indeks üzrə xalların sadə ortalaması alınmaqla hesablanır: müvafiq olaraq beş və iki sütundan ibarət olan İnnovasiya Giriş İndeksi və İnnovasiya Çıxışı İndeksi. Bu sütunların hər biri innovasiyanın aspektini təsvir edir və balları orta çəkili metodla hesablanan beşə qədər göstəricidən ibarətdir. 2007-ci ildə yarandığı gündən bəri artan sayda hökumətlər öz illik GII nəticələrini sistematik şəkildə təhlil edir və performanslarını yaxşılaşdırmaq üçün mövqelərini tərtib edirlər. İndeks 19 dekabr 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf üçün elm, texnologiya və innovasiyalar üzrə qətnaməyə daxil edilib. İndeks innovasiyanın tərkib hissəsi olmayan amillərə həddindən artıq əhəmiyyət verdiyi üçün tənqid olunub. Məsələn, "Vergilərin ödənilməsinin asanlığı", "Elektrik enerjisinin istehsalı" (yarım çəki) və "Minoritar İnvestorları Müdafiə Asanlığı" "Kredit əldə etmək asanlığı" və "Vençur Kapitalı Sövdələşmələri" ilə yanaşı amillərdir.
İqtisadi azadlıq indeksi
İqtisadi azadlıq indeksi — hər il Wall Street Journal və Heritage Foundation tədqiqat mərkəzi tərəfindən dünyanın əksər ölkələri üçün hesablanan göstəricidir. İqtisadi azadlığın təhlili 1995-ci ildən aparılır. 2021-ci ildə reytinqdə 178 ölkə təmsil olunub. Qiymətləndirilməyib: Andorra, Antiqua və Barbuda, Qrenada, Honq-Konq (2021-ci ildən ÇXR-in bir hissəsi hesab olunur), İraq, Liviya, Lixtenşteyn, Makao (2021-ci ildən ÇXR-in bir hissəsi hesab olunur), Marşal adaları, Monako, Nauru, Palau , Sent-Kits və Nevis, San Marino, Somali, Cənubi Sudan, Suriya, Tuvalu, Vatikan və Yəmən. 2021-ci il üçün reytinqdə birinci yeri Sinqapur tutur. == Hesablama məlumatları == Heritage Foundation iqtisadi azadlığı “azadlığın özünü qorumaq və təşviq etmək üçün zəruri olanlardan başqa mal və xidmətlərin istehsalına, paylanmasına və istehlakına dövlət müdaxiləsinin və ya maneəsinin olmaması” kimi müəyyən edir. İqtisadi Azadlıq İndeksi 12 komponentə (indekslərə) əsaslanır, 4 qrupa birləşdirilir və 0-dan 100-ə qədər miqyasda ölçülür, 100 maksimum azadlığa, 0 isə minimum azadlığa uyğundur. İqtisadi azadlığın komponentləri (indeksləri): Qanunun aliliyi qrupu: Mülkiyyət hüquqlarının müdafiəsi; Hüquq sisteminin səmərəliliyi; Dövlət orqanlarının təmizliyi (Korrupsiyadan azad olmaq); “məhdud dövlət hakimiyyəti” qrupu: Vergi yükü (Vergi azadlığı); Dövlət xərclərinin məbləği (Hökumətdən azad olmaq); Maliyyə azadlığı; “(dövlət) tənzimlənməsinin səmərəliliyi” qrupu: Biznes azadlığı; Əmək münasibətləri azadlığı; Pul azadlığı; “bazar açıqlığı” qrupu: Ticarət azadlığı; İnvestisiya azadlığı; Maliyyə azadlığı 12 komponentin hər birinin çəkisi bərabər hesab olunur, buna görə də nəticədə alınan göstərici komponentlərin orta hesab dəyəridir. İndeksin müəlliflərinin fikrincə, ölkənin iqtisadi inkişafı bu indeksin dinamikası ilə birbaşa bağlıdır. Bu indeksə görə bütün ölkələr aşağıdakı qruplara bölünür: azad — 80-100 göstərici ilə; qismən azad — 70-79,9 göstərici ilə; orta dərəcədə azad — 60-69,9 göstəricisi ilə; azad olmayan — 50-59,9 göstərici ilə; despotik — 0-49,9 göstəricisi ilə.
Yerə oxşarlıq indeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. == Düsturu == E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
İnsan İnkişafı İndeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.
Henley Tərəfdaşları Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.

Digər lüğətlərdə