Hasilat sənayesi

yerin təkindən, sudan və meşədən müxtəlif növ xamal və yanacaq hasil edən istehsal sahəsi. «Hasilatın pay bölgüsü» (HPB) – hazırda bazar iqtisadiyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. HPB müqaviləsinin şərtləri adətən ölkənin mili qanunvericiliyində (əksər halarda HPB haqında qanunda) müəyən edilir. Mahiyət baxımından HPB ilə konsesiya müqaviləsi arasında başlıca fərq bundan ibarətdir ki, HPB müqavilələrində dövlətə, müəyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (mənfət neftinin) bir hisəsi də məhsul formasında çatır.
Gili məhlul, yuyucu məhlul
Hava qazı
OBASTAN VİKİ
Aerokosmika sənayesi
Aerokosmika sənayesi aviasiya və kosmik fəza texnikasını birləşdirən bir elmdir. Aerokosmik təşkilatlar hava və ya kosmik gəmilərin tədqiqatı, dizaynı, istehsalı və istismarı ilə maraqlanırlar. Aerokosmik fəaliyyətlərin ticarət, sənaye və hərbi də daxil olmaqla çox sayda qolları vardır.
Avtomobil sənayesi
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi. == Tarixi == Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır.
Azərbaycan sənayesi
Azərbaycanın sənayesi — statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun - “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDBölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllər daxil edilmişdir. == Haqqında == 1848-ci ildə dünyada ilk dəfə baş verən Bakıda neft quyusunun sənaye üsulu ilə qazılması Azərbaycanda sənayeləşmənin başlanğıcını qeyd etdi. XIX əsrin ikinci yarısında neft hasilatı həcminin sürətlə artması bu prosesi stimullaşdırdı, nəticədə neftlə əlaqəli sənaye sektorları və infrastruktur quruldu. Əsrin ortalarında sənayeləşmə Azərbaycan bölgələrinə yayılmağa başladı və bu zaman yeni sənaye şəhərləri quruldu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün genişmiqyaslı investisiyalar ayrıldı. Bir çox iri sənaye müəssisələri quruldu, insan kapitalının inkişafı siyasəti ilə birlikdə Azərbaycan iqtisadiyyatına yeni sənaye sahələri daxil edildi. Nəticədə, sənayenin şaxələndirilməsi prosesi güclü təkan aldı.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. == Ümumi məlumat == Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). === Maşınqayırma === Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Film sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Gürcüstan sənayesi
Gürcüstan sənayesi — mədənçilik və emal sənayesinin bir sıra sektorları. Hazırda Gürcüstanda sənaye müəssisələrinin əksəriyyəti ya işləmir, ya da qismən yüklənir (onların potensialından təxminən 20% istifadə olunur).Gürcüstanda ən vacib sənaye sahələri bunlardır: qida və yüngül sənaye, qara və əlvan metallurgiya.Sənayedə işləyənlərin ümumi sayı 85,7 min nəfərdir, o cümlədən mədənçıxarma - 4,3 min nəfər, emal sənayesi - 58,8 min nəfər, elektrik, qaz və su təchizatı - 22,6 min. == Tarixi == === Sovet dövrü === Sovet dövründə Gürcüstanda qida, çuqun, kömür, polad borular, neft məhsulları, gübrələr, dəzgahlar, lokomotivlər və təyyarə yığımı üzrə ixtisaslaşmış inkişaf etmiş bir sənaye var idi. Gürcüstanda aparıcı sənaye sahələri elektrik enerjisi, yanacaq, qara metallurgiya, maşınqayırma, kimya, yüngül və qida idi. 1990-cı ildə sənaye məşğul əhalinin 27%-ni təşkil edirdi. === 1991-ci ildən sonra === 1992-ci ildə Gürcüstanın sənaye istehsalının həcmi 40% azalıb. 1998-ci ilə qədər Gürcüstanda sənaye istehsalının həcmi 1990 -cı ilin səviyyəsinin 16% -ni təşkil etdi. Sənayenin Gürcüstanın ÜDM-də payı 1990-2005-ci illərdə azaldı. 22.9%-dən 12.1%-ə qədər.2005-ci ildə sənaye istehsalının həcmi 2004-cü illə müqayisədə 16,4% artaraq 2,0 milyard lari (1,1 milyard dollar) təşkil etmişdir. Son illərdə əsas sənaye artımını qida sənayesi, metal filizlərinin (əsasən manqan) çıxarılması, həmçinin metal və qeyri-metal məmulatların istehsalı təmin edir.
Gəmiqayırma sənayesi
Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər. 1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, Çilidə və Çində inkişaf etməkdədir.
Kino sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mədəniyyət sənayesi
Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər. == Adorno və Horkheimer-in Birləşmiş Ştatlara gedişi və yaşadıqları dövr == Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, çizgi filmlər, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar. == Mədəniyyət sənayesi == Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir.
Qazaxıstan sənayesi
Qazaxıstan sənayesi — Qazaxıstan iqtisadiyyatının qolu. Qazaxıstanın ÜDM-də sənayenin payı% 34,1-dir (2017). Məşğul əhalinin sənayedəki payı% 20.4-dir (2017). Hazırda Qazaxıstan iqtisadiyyatı strukturunun demək olar ki, üçdə birini sənaye tutur. Mədənçıxarma sektoru məşğulluğun 2,9% -dən çoxunu və iqtisadiyyatda ümumi əlavə dəyərin 18% -ni təmin edir. Hasilat sənayesində əsas kapitala qoyulan investisiyalar bu gün ümumi həcmin 30% -dən çoxunu, istehsal sənayesində isə yalnız 12% -ni təşkil edir. Hasilat sənayesinin aparıcı ixracatçısı olan Qazaxıstan (ilk növbədə neft hesabına) adambaşına ixracata görə bütün MDB ölkələrini qabaqlayır. Bununla birlikdə, Qazaxıstan Respublikasında adambaşına orta hesabla istehsal məhsullarının ixracatı Rusiyaya nisbətən iki dəfə azdır. Sənayeləşmə prosesində sənayedəki diqqət tədricən istehsal sənayesinə yönəlir, baxmayaraq ki, inkişaf səviyyəsi nisbətən aşağı səviyyədə qalır. İstehsal sənayesi məşğulluğun 7% -dən azını və ölkə iqtisadiyyatının ümumi əlavə dəyərinin 11% -ni təşkil edir.
Seks sənayesi
Seks sənayesi (həmçinin seks ticarəti kimidə adlanır) — yetgin insanlar üçün seksual xarakterli xidmətlərin verildiyi biznes sahəsi. Sənayeyə fahişəlik, striptiz klubları, pornoqrafiya eləcədə seksual filmlər kimi kateqoriyalar daxildir. Televiziyada ödənişli olan seks kanallarıda həmçinin bu biznesin bir hissəsidir.
Torf sənayesi
Torf sənayesi — Torf sənayesi- yanacaq sənayesi sahəsi; torf yataqlarının mənimsənilməsini, torfun çıxarılması və emalını əhatə edir. Zəngin torf yataqlan Qərbi Sibirdə və Rusiyanın şimal- qərb hissəsindədir. İrlandiya, AFR-da da torf çıxarılır. Torfdan yanacaq kimi əsasən İrlandiya, AFR və Finlandiyada, digər ölkələrdə isə bağçılıqda, gülçülükdə və tərəvəzçilikdə istifadə edilir. == Torf bataqlığı == Torf- energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Torf bataqlığı-torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf layına malik olan bataqlıqlara deyilir. Torf bataqlıqları əsasən mülayim qurşaqlarda yayılmışdır, nadir hallarda tropik qurşaqlarda da torf bataqlığına rast gəlinir. Məsələn, Sumatra adasında yerləşən bataqlıqda torf layının qalınlığı 9 m-ə çatır. == Hasilatı == Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur.
Aviasiya sənayesi
Aviasiya sənayesi — aviasiya texnikasının inkişafı, istehsalı, sınaqdan keçirilməsi, təmiri və utilizasiyasının həyata keçirildiyi sənaye sahəsi. XX əsrin əvvəllərində yaranmış, Birinci və İkinci Dünya müharibələri arasındakı illərdə əsas sənaye sahəsinə çevrilmişdir. İstehsalın yüksək səviyyədə kooperasiyası və konsentrasiyası ilə texniki cəhətdən ən qabaqcıl mühəndislik sahələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авиационная промышленность // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. Авиационная промышленность // Авиация: Энциклопедия. М.: Большая Российская энциклопедия: ЦАГИ. Глав.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azərbaycan neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.
Azərbaycanda maşınqayırma sənayesi
Azərbaycanda maşınqayırma sənayesi == Tarixi == Maşınqayırma ağır sənaye kompleksi olub xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Maşınqayırmanın əsas sahələri - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının hazırlanmasıdır. 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi. Sonrakı illərdə neft, kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət göstərən maşınqayırma və metal emalı müəssisələri meydana gəlmişdir. 1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə 8066 nəfər fəhlə işləyirdi. İkinci dünya müharibəsi illərində, yəni 1939-45-ci illərdə keçmiş SSRİ-nin bir çox sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında əsasən döyüş sursatı, silah və hərbi texnika üçün ehtiyat hissələri istehsal edilirdi.
Azərbaycanda neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.
Azərbaycanda yeyinti sənayesi
Azərbaycanda yeyinti sənayesi — yeyinti sənayesi Azərbaycanda sənaye sektorları arasında əsas yerlərdən birini tutur. İstehsal olunan məhsulların sayına və bu sektorda işləyən əhaliyə görə ölkədə birinci yerdədir. Azərbaycan məhsullarını həm qonşu ölkələr: Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına həm də dünya bazarlarına ixrac edilir. Yeyinti sənayesinin əsas məhsulları bunlardır: şərab, konservlər, tütün və mineral sular. == Konserv sahəsi == Meyvə və tərəvəzin emalı üçün ölkə daxili ehtiyaclarını ödəyir və istehsal olunan məhsulların bir hissəsi MDB ölkələrinə və Avropaya ixrac olunur. Konserv məhsulları istehsalında Kuba-Xaçmaz konserv kömbinatı, Quba, Qusar və Xudatdakı konserv zavoddları məşhurdur. Bu sahənin əsas istehsalçıları Xaçmaz, Lənkəran, Zaqatalada Azersun Holding, Qəbələdə Gilan Holdinq, Şəki-Zaqatala bölgəsi, Göyçay və digər bölgələrdəki bir sıra konserv istehsalı müəssisələri fəaliyyət göstərir. Bəzi müəssisələr (Azersun, Gilan Holdinq) zeytun emalı ilə məşğuldur. Azərbaycanın cənub bölgələrində tomat pastası istehsal edən, mürəbbə və meyvə konservləri halında emal edən fabriklər də vardır. == İçki bazarı == Azərbaycan özünün narı ilə məşhurdur.
Azərbaycanın mədən sənayesi
Azərbaycanın mədən sənayesi — Azərbaycan Respublikasının əsas təbii sərvətləri təbii qaz, neft, əlvan metallar, boksit və dəmir filizidir. Filiz və metal olmayan minerallar əsasən Kiçik və Böyük Qafqaz dağlarında, dağətəyi yanacaqlar isə Cənubi Xəzər hövzəsində cəmlənir. 2010-cu ildə Azərbaycanda bir sıra faydalı qazıntılar və metallar hasil edildi və neft sektorunda əhəmiyyətli istehsal və ixrac işləri həyata keçirildi. Ölkənin xam neft istehsalçısı olmasına baxmayaraq, 1991-ci ildən bu yana dəniz ehtiyatlarını inkişaf etdirməyə yönəlmişdir. 2010-cu ildə əsas layihələr Şahdəniz qaz-kondensat yatağı və «Azəri-Çıraq-Günəşli» dəniz neft platforması idi . 2013-cü ildə sənayedə 33,7 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur, ümumi məhsulun 74 faizi mədən sənayesində olmuşdur. Elə həmin il sənayedə əsas kapitala qoyulan bütün investisiyaların 66,2 % mədənçilikdən gəldi. 2014-cü ildə mis filizi istehsalı 135% artdı. Əhəng istehsalının 88% artdığı təxmin edilir. Xam polad və sement istehsalı müvafiq olaraq 29% və 24% artdı.
Azərbaycanın neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.
Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir.Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı. Sumarinly-ə görə, nazirlik İsrailin müxtəlif firmaları və iki Türk şirkəti ilə Rusiyanın T-55 tankının şassisi əsasında zirehli bir avtomobil istehsalı ilə bağlı danışıqlar aparmışdır. Nazirlik ayrıca orduya Cənubi Afrika tərəfindən dizayn edilmiş 30 ədəd Matador və Marauder zirehli maşınını təmin edəcəkdir.
вори́ще ме́бельный па́возок размоло́ться камерди́нерский отчубу́чивать перене́рвничать по-пира́тски поки́нутость помести́ться промтова́рный пушту́нка пупырь contusion customs disclination Herero pitch-and-toss replacer Spice Islands subtangent tar-brush tweeks witch-monger олигархия