HAY

сущ.
1. отклик (ответ на зов), отзыв. Heç bir hay yox idi kimdən не было никакого отклика от кого
2. шум-гам, суматоха. Hay salmaq поднять шум, суматоху, hay düşdü (qopdu) началась суматоха; haya basmaq:
1) поднять шум
2) хвастаться, хвалиться перед кем-л.
3. помощь (содействие, спасение в чем-л. ), выручка. Haya gəlmək прийти на помощь (на выручку), haya yetmək (çatmaq) успеть на помощь
◊ sənə nə hay düşüb не твоя это забота, какое твое дело; hay gəlmək торопить, понукать, гнать; hay vermək откликнуться на зов; hay verməmək не откликнуться, не среагировать на зов; haya bənd olmaq искать повода, быть готовым откликнуться на зов; hayına qalmaq kimin печься о ком; заботиться, позаботиться о ком, о чём ; mən nə haydayam, sən nə hayda(-san) мне бы твои заботы (я о чем, ты о чем, я о чем думал, ты о чем думаешь); hayında olmaq kimin, nəyin беспокоиться о ком, о чем, думать насчет кого, чего; canının hayında olmaq беспокоиться о себе, думать о своем состоянии; öz hayında olmaq см. canının hayında olmaq
HAVLAMAQ
HAY-HARAY
OBASTAN VİKİ
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Ben-Sion Meyr Hay Uziel
Ben-Sion Meyr Hay Uziel (ivr. ‏בן ציון מאיר חי עוזיאל‏‎; 23 may 1880, Qüds – 4 sentyabr 1953, Qüds) – 1939–1948-ci illərdə Fələstin mandatının, 1948–1953-cü illərdə İsrailin baş ravvini. Səfərad yəhudilərinə mənsub olmuşdur. == Həyatı == Ben-Sion Meyr Hay Uziel 23 may 1880-ci ildə Qüds şəhərində doğulmuşdur. Atası Cozef Rafael Uziel Qüds şəhərində səfərad icmasının baş ravvini idi. Uziel 1911-ci ildə Yaffa şəhərindəki səfərad icmasının ravvini təyin olunmuşdur. Lakin təqib edilən yəhudilərə kömək etdiyi üçün Birinci Dünya müharibəsi zamanı türklər tərəfindən sürgün edilmişdir. 1921-ci ildə Salonikinin baş ravvini təyin olunmuş, 1923-cü ildə Tel-Əvivin baş ravvini olmaq üçün Fələstinə qayıtmışdır. 1939-cu ildə İsrail Torpağının baş ravvini təyin olunmuşdur. O, Yəhudi Milli Məclisinə seçilmiş və Yəhudi Agentliyinin qurulduğu sessiyalarda iştirak etmişdir.
Etz Hayyim sinaqoqu
Etz Hayyim sinaqoqu (ivr. ‏בית הכנסת עץ חיים‏‎) – Krit adasındakı Romaniot yəhudi cəmiyyətinə məxsus yeganə salamat qalmış sinaqoq. Sinaqoq bərpa edildikdən sonra turistik məkana çevrilmişdir. İspaniya kraliçası Sofiya və 6 mart 2006-cı ildə keçmiş Yunanıstan kralı II Konstantinin bacısı sinaqoqu ziyarət etmişdirlər. 5 yanvar 2010-cu ildə bir Britaniya vətəndaşı sinaqoqda yanğın törətməyə cəhd göstərmişdir. Hazırda sinaqoq birlikdə mehriban yaşamağın simvoludur.
Françesko Hayez
Françesko Hayez (it. Francesco Hayez, 10 fevral 1791 və ya 11 fevral 1791[…], Venesiya – 10 fevral 1881, 12 fevral 1882 və ya 21 dekabr 1882, Milan)— italyan rəngkarı, XIX əsr Romantizm janrının aparıcı rəssamlarından biridir. O öz çəkdiyi tarixi və siyasi tabloları, gözəl portretləri ilə tanınıb. Hayez kiçik yaşlarından yaxşı çəkirmiş əmisi də buna görə onu bərpaçı rəssamın yanında şagird qoyur. Françesko Maqiottonun yanında 3 il dərs alandan sonra bunnan yorulur. Hayez 1809-cu ildə müsabiqəni qazanır və Venesiya Akademiyasına qəbul olur. Bu vaxtdan sonra o, Romadakı San Luka Akademiyasında təhsilini davam etdirir. 1814 ilə qədər Romada yaşayır daha sonra Neapola gəlir və Neapolitan krallığının kralı Joxim Muratın tapşırığı ilə ”Odissey Alkinoya sarayında” əsərini hazırlayır. Daha sonra Hayez Milana yola düşür. Uzun müddət Milandakı Brera Akademiyasında İncəsənət və rənkgarlıqdan dərs deyir.
Fridrix fon Hayek
Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; 8 may 1899[…], Vyana, Avstriya-Macarıstan – 23 mart 1992[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü. Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir. Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi.
Fumiko Hayaşi
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Fumiko Hayaşi (yazıçı)
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Hayad
Hayad — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Hayad kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir.
Hayao Miyazaki
Hayao Miyazaki (yap. 宮﨑 駿 Miyazaki Hayao; 5 yanvar 1941[…], Bunkyo, Tokio) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir. Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" (ing. Doggie March) və "Qulliverin aydan başqa səyahəti" (ing. Gulliver's Travels Beyond the Moon) daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" (ing.
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Hayasa Azzi
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər. Hett Kralı Telepinu ve III Tudhaliyaarasındakı dönəm eskiz şəklində qeyd edilmişdir.
Hayat Rüya Gibi (Göksel albomu)
Hayat Rüya Gibi – Göksel-in 2010-cu ildə çıxardığı albomdur.
Hayat bayram olsa
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (dəqiqləşdirmə)
Hayat bayram olsa (mahnı) — məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri. Həyat bayram olsa (film, 1973) — Türkiyə istehsalı olan film.
Hayat bayram olsa (mahnı)
Hayat bayram olsa (azərb. Həyat bayram olsa‎) – məşhur türk pop müğənnisi Şənayın ifa etdiyi mahnılardan biri "Hayat bayram olsa" ilk dəfə 1972-ci ildə "Hayat Bayram Olsa/Nen Var Canım Kardeşim?" adlı albomda yer almışdır. Həmin il mahnı Türkiyədə ilin mahnısı seçilmişdir. Mahnını ifa edən müğənni Şənay isə ikinci dəfə ilin müğənnisi seçildi. Həmçinin o, sonradan "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne" və "Sessiz Bir Yer" kimi hitlərdən ibarət yeni bir 45-lik albom hazırlayır. Mahnı 1 noyabr 1973-cü ildə Türkiyə istehsalı eyniadlı "Hayat bayram olsa" filmində təqdim olunmuşdur. 1990-cı illərdə Emel Müftüoğlunun da albomunda bu mahnı yer almışdır. Hazırda isə Türkiyədə bütün bayramlarda çalınır. "Hayat bayram olsa" 1972-ci ildə bəstələnmişdir. Musiqisinin müəllifi Türkiyəli bəstəkar Şerif Yüzbaşıoğlu olmuşdur.
Hayat ona güzel (mahnı)
Haybatulla Axundzadə
Hayber-Paxtunxva
Hayber-Paxtunxva (urdu خیبر پختونخوا; puşt. خیبر پښتونخوا; ing. Khyber Pakhtunkhwa) — Pakistanda əyalət. Əsas əhali Hindukuş vadisindəki puştunlar, hind xalqları təmsil olunur, onların ən böyüyü Kho xalqıdır. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası Federal Hökumətin Tribal Ərazisini (XPFU) və Hayber Paxtunxvanı (NWFP) birləşdirməyə razı oldu. Mayın 25-də Senat bu məsələyə baxdı. 31 mayda Federal Hökumət qəbilələrinin ərazisi vilayətə birləşdi. Əyalət Əfqanıstan (şimal-qərbdə), Qilgit-Baltistan (şimal-şərqdə), Azad Kəşmir (şərqdə), Qəbilə zonası (qərbdə), İslamabad (cənub-şərqdə) ilə həmsərhəddir. Vilayət inzibati mərkəzi Peşəvardır. Əsasən İran yüksəkliklərində, Avrasiya tektonik plitəsinin Hindu Kuş silsiləsinin yamacları indus hövzəsindəki Hindustan plitəsinin təpələrindən daha aşağı olduğu bir yerdə yerləşir.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) — Dj Sineddin 14 may 2011 – 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5–19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.
Hayd-park
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir. Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi. Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir.
Haydar Berk
Haydar Berk (30 noyabr 1954, Çan[d], Çanaqqala ili) — Türkiyə diplomatı. Haydar Berk 30 noyabr 1954-cü ildə Çanaqqalanın Çan kəndində şəhərində anadan olmuşdur. 1976-cı ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsindən məzun olmuşdur. 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. O, 2001–2005-ci illərdə Türkiyənin Bolqarıstandakı səfiri vəzifəsində işləmişdir. Evlidir. 2 övladı var.
Haydelberq
Heydelberq — Almaniyada şəhər. Əhalisinin sayı 147 min nəfərdir. Ştutqart və Frankfurt-Mayn şəhərləri arasında yerləşir. Ərazisi 108.84 km²-dır. Bir vaxtlar Heydelberq Avropanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada dünyanın ən yaxşı universitetlərindən biri sayılan Heydelberq Universiteti yerləşir. Almaniya'nın Baden-Vürtemberq əyalətində yerləşir. Reyn və Nekkar çaylarının arasında qalan vadidə yer almışdır (Rhein-Neckar Kreis). Haydelberq, Manhaym'dən təxminən 20 dəqiqə uzaqlıqda yerləşir. Haydelberq ümumi olaraq dağlıq şəhərdir, ən yüksək yeri Königstuhl (568m) və Gaisberg (375m) dir.

Digər lüğətlərdə