hil-mixək

hil-mixək
hil
hilal
OBASTAN VİKİ
Mixək
Mixək ağacı (lat. Syzygium aromaticum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. 10–15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl, ətirli ağacdır. Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz. Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cü ildə yaradılmışdır. == Toponimikası == Hil oykonimi, sadə. Qusar rayonunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Mixək ağacı
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Hil-hil oyunu
Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir.
Bizvari hil
Bizvari hil (lat. Amomum subulatum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin hil cinsinə aid bitki növü.
Con Hil
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Girdə hil
Hil (bitki)
Hil (lat. Amomum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. == Botaniki xarakteristikası == Hilin gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hilin toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.
Hil rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. == Tarixi == === Rusiya imperiyası ilə mübarizə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi. Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Napoleon Hil
Napoleon Hil (ing. Napoleon Hill; 26 oktyabr 1883, Vayz, Virciniya – 8 noyabr 1970, Cənubi Karolina) — amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və zənginləş" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. O, geniş şəkildə müvəffəqiyyət haqqında yazan böyük yazıçılardan biri hesab olunur. Napoleon Hill (26 oktyabr 1883 – 8 noyabr 1970), Amerikalı yazıçı və müasir şəxsi-inkişaf haqqında növün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Think and Grow Rich" (Fikirləş və Zənginləş) bütün dövrlərin ən çox satılan kitablarından biridir. Həyat hekayəsini qeydə alanlara görə Napoleon, Vircinya Vays Kauntinin Paund qəsəbəsində 2 otaqlı bir daxmada kasıb ailədə dünyaya gəlib. Anası Napoleon 10 yaşında ikən vəfat edib, atası iki il sonra yenidən evlənib. 13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır.
Nottinq-Hil
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Saylent Hil
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Əsl hil
Ətirli hil
Hil məscidi
Hil məscidi — 1912-ci ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qusar rayonunun Hil kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hil kənd məscidinin tikintisinə kənd camaatının ianələri ilə 1908-ci ildə başlanılıb. Bünövrəsində çay daşlarından, qalan hissələrində isə çiy kərpicdən istifadə olunub. İnteryeri müxtəlif ornamentlərlə bəzədilib. Damı dəmir təbəqə ilə örtülüb. Günbəzdən başqa, məscidin künclərində dörd dəmir minarə qoyulub. Onların hər birinin hündürlüyü 4 metrdir. 1912-ci ildə dindarların istifadəsinə verilib.
Nottinq Hil karnavalı
Nottinq Hil karnavalı (ing. Notting Hill Carnival) — Böyük Britaniyanın paytaxtı Londonda hər il təşkil olunan əyləncəli mərasim. Bu karnaval 1964-ci ildən təşkil edilir. Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
Saylent Hil 2
Silent Hill 2 — "Team Silent" tərəfindən hazırlanan və "Konami" tərəfindən buraxılan qorxu oyunu. Oyun 2001-ci ildə PlayStation 2 oyun platformasında, daha sonra isə Windows və Xbox üçün də çıxmışdır. Məşhur oyunlar seriyasından sayca 2-ci olan bu oyunda oyunun baş qəhrəmanı Ceyms adlı şəxsdir. Son vaxtlar o 3 il əvvəl ölmüş arvadından məktublar almağa başlayır. Arvadı onu "Silent Hill" adlı dumanlı şəhərciyə gəlməyini istəyir. Lakin Ceyms şəhərə gəldikdə hər şeyin dəyişdiyini anlayır. Qəribə məxluqlar, qatı duman və itmiş insanlar...
Saylent Hil 3
Silent Hill 3 — "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən yayımlanmış 2003-cü il qorxu oyunu. Oyun "Silent Hill 2" kimi böyük uğur qazanmasa da, bir çox gamer tərəfindən müsbət qiymətləndirilmişdir.
Saylent Hil 4
Silent Hill 4: The Room — 2004-cü ildə "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən satışa çıxarılmış survival horror janrında olan videooyun. Bu oyun digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit məhəlləyə köçür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsə də, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şübhələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış çölə çıxma! yazısını gördükdən sonra durumun ciddi olduğunu anlayır.