Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir.
2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.