Homo

der; -s, -s homoseksual; F homo, həmcinsbaz
Hommage
homogen
OBASTAN VİKİ
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Homo (dəqiqləşdirmə)
Homo aşağıdakı mənaları verə bilər: Homo- (ὅμο-); “eyni, ər-arvad” mənasındakı Yunanca ön şəkilçi Homo, “homoseksuallıq” sözünün slenq abreviaturası Latın dilində insan Homo, müasir insan növünü (Homo sapiens) də əhatə edən təsnifat termini.
Homo Ludens
Homo Ludens,(lat. “Oynayan insan”) 1938- ci ildə Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzinq tərəfindən nəşr olunmuş əsərdir. Əsərdə mədəniyyətin və cəmiyyətin inkişafında oyunun əhəmiyyəti müzakirə edilir. Heyzinq, oyunun mədəniyyətin formalaşması üçün əsas və lazımlı (kifayət qədər olmasa da) şərt olduğunu göstərir. Ludens sözünün ingilis dilində birbaşa ekvivalenti yoxdur, çünki eyni zamanda idman, oyun, məktəb və praktika mənalarını verir. == Təsiri == Homo Ludens, oyun tədqiqat tarixinin vacib hissəsidir. Bu daha sonra Roger Kailua kimi alimlərə təsir etmişdir . Sehrli dairə konsepsiyası Homo Ludensdən ilham alınaraq yaradılıb. Heyzinqin düşüncəsində əsas rol oynamamasına baxmayaraq, daha sonra öyrənmə oyunlarının bir parçası olaraq "Oyun Qaydaları"nda Katie Salem və Eric Zimmermann tərəfindən populyarlaşdırıldı və genişləndirildi. == Önsöz müzakirələri == Heyzinq kitabının ön sözündə, oyunun mədəniyyət elementi olmadığını əksinə mədəniyyətin oyun elementi olduğunu açıqlayır.
Homo Sovieticus
Homo Sovieticus (lat. Homo – insan, Sovieticus – sovet; sovet insanı) — Şərq blokunun formalaşdırdığı zehniyyəti daşıyan insanları təsvir etmək üçün Rusiya yazıçısı Aleksandr Zinovyev tərəfindən irəli sürülmüş termin. Termin Aleksandr Zinovyevin "Homo Sovieticus" adlı kitab yazmasından sonra məşhurlaşmışdır. Əsərə görə bu tip insanlar 1917-ci il oktyabr inqilabı ilə birlikdə SSRİ cəmiyyətində yaranmış yeni insan "tipi"dir. Bundan əlavə "Yeni Sovet insanı" olaraq da bilinir.
Homo antisessor
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur: 1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür; 2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir; 3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur; 4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır; 5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir. İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır.
Homo erectus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Homo ergaster
Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var: 1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.
Homo floresiensis
Homo floresiensis, detalları o qədər də bilinməyən və 15.000 il əvvəl Floresdə yaşayan insan şəklidir. Bu formanın ilk fosilləri 2003-cü ildə kəşf edildiyi və çox az olduğu üçün bu insanlar haqqında məlumatlar çox azdır. Bu insanların əvvəlcə kretinizmə məruz qalan homo sapiensin bir alt növü olduqları düşünülsə də, onların homo erectusun balacalaşmış bir versiyası olduğu fikri də irəli sürülmüşdür. Yeni tədqiqatlar işığında homo floresiensisin bir homo sapiens növü olmaması ehtimalı güclənmişdir, lakin bu insanların spesifik bir “növ” olduğu sübut edilməmişdir. Homo floresiensisin ən əhəmiyyətli xüsusiyyətləri, yetkinlərin təxminən 1 metr boya və 25 kiloqram çəkiyə malik olmasıdır. Bu kiçik ölçülərinə görə J.R.R. Tolkienin Üzüklərin Ağası kitabından ilham alınaraq onlara Hobbit adı verilmişdir. Bundan əlavə, odu yandıracaq qədər ağıllı olmaları, onları kifayət qədər mübahisəli vəziyyətə gətirmişdir.
Homo gautengensis
Homo gautengensis, fiziki antropoloq Darren Curnoe tərəfindən 2010-cu ildə kəşf edilən hominid növüdür. Cənubi Afrikada əvvəllər Homo habilis, Homo ergaster və ya Australopithecusa aid olduğu düşünülən fosillər arasından aşkar edilmişdir. Darren Curnoe tərəfindən Homo cinsinin ilk növü olduğu irəli sürülmüşdür.
Homo georgicus
Gürcü adam (lat. Homo georgicus) — Nəsli kəsilmiş, keçmişdə müasir Gürcüstan ərazidə yaşayan Hominidlərə aid bir növ.
Homo habilis
Homo habilis, bacarıqlı insan — əmək alətləri hazırlaya bilən, dik qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Homo heidelbergensis
Homo heidelbergensis (heidelberg adamı) ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müasir insanlarda olduğu kimi balaca dişli olsa da, müasir insanlarınkından fərqli olaraq çənə sümükləri çox geniş və ağır olmuşdur. Homo heidelbergensis növü 600.000-300.000 il əvvəl yaşamışdır, lakin Gran Dolina İspaniyadakı 800.000 illik fosillər Homo heidelbergensisə ya da Homo antisessorun fərqli bir növünə aid ola bilər. Hal-hazırda Homo heidelbergensis olaraq bilinən fosillərin əksəriyyəti, keçmişdə Homo erectus, Homo neandertalensis ya da Archaic sapiens olaraq tanınmışdı, ancaq bu gün onların Homo heydelberqə məxsus olduqlarını bilirik. == Homo heidelbergensis və təkamül == Homo heidelbergensis əvvəlcə Afrikada təkamül etdi və sonra Avropa və Asiyaya yayıldı. Homo heidelbergensisin fərqli coğrafi regionlarda yaşaması, nəticədə onun iki fərqli növə çevrilməsinə səbəb oldu. Avropada yaşayanlar Homo neandertalensisə, Afrikada yaşayanlar Homo Sapiensə (müasir insanlar) çevrildi. Afrikada yaşamış və daha sonra Homo Sapiensə çevrilən Homo heidelbergensis, Homo rhodesiensis də adlandırılmışdır. Ancaq bu mövzuda fərqli bir fikir də var. Gran Dolina İspaniyada tapılan fosillərə əsaslanaraq Gran Dolinadakı qədim Homo heidelbergensis populyasiyasının fərqli bir növ olaraq seçilə biləcəyi qədər fərqli olduğu düşünülür.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Homo neanderthalensis
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca "homo sapiens" növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar "homo sapiens neandertalensis" adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: "homo sapiens neandertalises"in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Homo politikus
Homo politicus siyasi şəxs deməkdir. Siyasi elm konkret olaraq siyasi şəxslə (homo politicus) məşğul olur və onu dərindən öyrənir. Digər tərəfdən, axırı us ilə qurtaran, homo politicus, homo economicus kimi insan növləri müşahidə edilə bilən şeylər deyil. Əslində realda müşahidə olunan, mövcud olan insan bənzərsizdir. Axırı us ilə qurtaran müxtəlif növ insanlar mövcud insanın müəyyən cəhətlərdən tədqiq edilməsinə imkan verən abstraktlardır.
Homo rhodesiensis
Homo rhodesiensis, təsviri Rodeziyalı insan (Rhodesian Man) fosilindən götürülmüş mümkün bir hominini növüdür. Eyni və ya əvvəlki dövrlərin morfoloji baxımından müqayisə edilə bilən qalıqlarına Cənubi Afrika (Hopefield və Saldanha), Şərqi Afrika (Bodo, Ndutu, Eyasi, İleret) və Şimali Afrikada (Salé, Rabat, Dar-es-Soltane, Djbel Irhoud, Sidi Aberrahaman, Tighenif) rast gəlinir. Bu qalıqların yaşı 300.000 ilə 125.000 il arasındadır. Adı Rodeziyalı insan sözündən götürülmüş bu növün fərdləri Zambiyada yaşayırdı və beyin həcmi təxminən 1300 sm³ təşkil edirdi.
Homo rudolfensis
Homo rudolfensis — nəsli kəsilmiş hominid növlərindən biridir. 1972-ci ildə Keniyanın Koobi Fora regionunda antropoloq Richard Leakey və zooloq Meave Leakey tərəfindən tapılmış və KNM-ER 1470 olaraq kodlanan bir kəllə sümüyü fosilindən yola çıxaraq 1986-cı ildə Valery Alekseyev tərəfindən ayrı bir növ olaraq müəyyən edilmişdir.
Homo sapiens
Homo sapiens (lat. Homo sapiens; yəni Ağıllı insan), və ya sadəcə insan — primatların ən çoxsaylı və ən geniş yayılmış növü. Hominidlər (superfamiliya — meymunlar) fəsiləsinin Homo cinsinə aiddir və dik duruşu, növün digər nümayəndələri ilə ünsiyyət üçün nitqdən istifadə etməsi, əmək alətlərindən istifadə etməsi, habelə müstəsna dərəcədə inkişaf etmiş koqnitiv qabiliyyətləri kimi, o, beynin böyük ölçüsünə və struktur xüsusiyyətlərinə borcludur. İnsanlar — son dərəcə sosial canlılardır və ailədən tutmuş dövlətə qədər bir çox kooperativ və rəqabətli qruplardan ibarət mürəkkəb sosial strukturlar daxilində yaşamağa meyillidirlər. İnsanlar arasında müxtəlif sosial qarşılıqlı əlaqələrin nəticəsi sosial normaların və ictimai dəyərlərin, o cümlədən ritualların, dillərin, cəmiyyətdə maddi və qeyri-maddi mədəniyyətin digər təzahürlərinin yaranmasıdır. İnsanın ətraf aləmi, onun hadisələrini və həyata təsirini dərk etmək istəyi elm və texnikanın, eləcə də bir sıra başqa anlayışların, o cümlədən fəlsəfə, din və mifologiyanın yaranmasına səbəb olmuşdur. İnsanın müasir anatomiyası (lat. Homo sapiens sapiens) təqribən 300.000 il əvvəl Afrikada meydana gəlib, Heydelberq insanından (və ya Rodeziyalı insandan) təkamül edərək, Afrikadan köç edərək, tədricən birləşərək digər arxaik insanları əvəz etmişdir. Tarixlərinin çox hissəsində insanlar köçəri həyat tərzi sürən ovçu-yığıcılar olublar. Müasir tipli davranışı insanlar təxminən 160.000 — 60.000 il əvvəl nümayiş etdirməyə başladılar.
Homo sapiens idaltu
Homo sapiens idaltu, Homo sapiens (insan) növlərinin üçlü adlandırılmış, nəsli kəsilmiş yarımnövlərindəndir. 1997-ci ildə kəşf edilmişdir. Təxminən 160.000 il əvvəl Pleystosen dövründə Afrikada yaşamışdır. Latın dilində termin olan Homo sapiens idaltu, təxminən “müdrik qoca” kimi tərcümə olunur. Efiopiyada tapılan yetkin kişi fosilinin beyin həcmi 1450 sm³-dir.
Homo sapiens sapiens
Homo sapiens, Homo sapiens (insan) növlərinin üçqat adlandırılmış alt növlərindən biri, müasir insan. Homo sapiensin nəsli kəsilməmiş yeganə növüdür. 1997-ci ildə kəşf olunan yaxın qohumu Homo sapiens idaltu, təxminən 160.000 il əvvəl Afrikada yaşamışdır. Homo sapiens sapiens "düşündüyünün üstündə düşünə bilən insan" deməkdir. Bu fikri ilk dəfə Rene Dekart irəli sürmüşdür. Müasir insan bu gün bu alt növə aiddir, lakin çox vaxt sadəcə Homo sapiens olaraq adlandırılır.
Homo economicus
Homo economicus (latın dilindən – «iqtisadi insan») — insanların daim rasional və dar mənada şəxsi maraqları olan, subyektiv olaraq müəyyən edilmiş məqsədlərini optimal şəkildə həyata keçirən subyektlər kimi təsviri. Bu, bəzi iqtisadi nəzəriyyələrdə və pedaqogikada istifadə edilən Homo sapiens haqqında söz oyunudur. Oyun nəzəriyyəsində Homo economicus çox vaxt mükəmməl rasionallıq fərziyyəsi ilə modelləşdirilir. Burada güman edilir ki, subyektlər həmişə istehlakçı kimi faydalılığı və istehsalçı kimi mənfəəti maksimuma çatdıracaq şəkildə hərəkət edirlər. Onlar bu məqsədlə özbaşına mürəkkəb deduksiyalar həyata keçirə bilirlər. Onlar həmişə bütün mümkün nəticələr üzərində düşünməyə və mümkün olan ən yaxşı nəticəyə gətirib çıxaracaq hərəkət istiqamətini seçməyə qadir olurlar. İnsan davranışına dair bir nəzəriyyə olaraq, bu, koqnitiv qərəzlərini və digər irrasionallıqları araşdıran davranış iqtisadiyyatı anlayışlarına, idrak və vaxt məhdudiyyətləri kimi praktik elementlərin subyektlərin rasionallığını məhdudlaşdırdığını fərz edən məhdud rasionallığa ziddiyyət təşkil edir. == Termin tarixi == "İqtisadi insan" termini ilk dəfə XIX əsrin sonlarında Con Stüart Millin siyasi iqtisad üzrə işini tənqid edənlər tərəfindən istifadə edilmişdir. Millin burada istinad edilən yazısı belədir: Adam Smit "Əxlaqi hisslər nəzəriyyəsi" əsərində fərdlərin başqalarının rifahına simpatiya bəslədiyini iddia etmişdi. Digər tərəfdən, Smit "Millətlərin sərvəti"ndə yazırdı: Homo economicus anlayışının neoklassik nəzəriyyədə ilkin rolu milli iqtisadiyyatda və adi vətəndaşların rifahında daha da artımı sürətləndirmək üçün qanunların və prinsiplərin kəşf edilməsi haqqında ümumi məqsədi əhatə etmək üçün ümumiləşdirilmişdir.
Homo cepranensis
Ceprano adamı və ya Ceprano Adamı (Homo cepranensis) — 1994-cü ildə Ceprano, Frozinone əyaləti, İtaliya yaxınlığında bir avtomobil yolu tikintisi layihəsi zamanı təsadüfən aşkar edilmiş tək kəllə qapağı (kalvariya) olan Orta Pleystosen arxaik insan fosilinə istinad edir. Buldozer tərəfindən zədələnməsinə baxmayaraq, fosil tapılan, sənədləşdirilən və fosil qazılarkən orada olan arxeoloq Italo Biddittu tərəfindən təsvir edilmişdir; Mallegni et al. (2003) fosilə əsaslanaraq yeni insan növünün, Homo cepranensis-in müəyyən edilməsini təklif etmişdir.Baxmayaraq ki, digər paleontoloqlar onu Homo heidelbergensisə aid olaraq təsnif etmişlər. Mounier və b. (2011) fosili "regional autapomorfik xüsusiyyətlərin yaranmasının xəbərçisi" olan H. heidelbergensis-in "uyğun əcdad ehtiyatı" kimi təsvir etmişdir. Homo cepranenis'in holotipi (şəkli görün), formal xüsusiyyətlərin unikal birləşməsinə sahibdir: 1: əskik sulkus supraorbitalis, 2: ön yumru zəif inkişaf etmiş mediale sürüşüb 3: supraorbital bölgə medial olaraq içbükey, 4: xarici eşitmə meatusun orta mövqeyi processus zygomaticus temporalis'e); 5 və 6 (mavi) = daha çox törədilmiş xüsusiyyət (məsələn, 5: düz torus occipitalis transversus, 6: ən orta-lateral konkavitə sahib əklemin tuberkulumu); 7 ilə 10 (yaşıl) = daha primitiv xüsusiyyətlər (məsələn, 7: aşağı yönlü petro-timpanik tepe, 8: inion ilə çakışan opisthocranion, 9: processus retromastoideus, 10: torus angularis parietalis). Fosilin ilk olaraq, bölgəvi korelasiyalar və bir sıra tarih əsasında təyin edilmiş 690.000 ila 900.000 il arasında olduğu təxmin edildi. A. Ascenzi (2001), fosilin çıxarılma şəraitlərini nəzərə alaraq aşağıdakıları qeyd etmişdir: "… 100 ila 700 ka [min il] arasında və kafatasının özündə, kumlu lözitik piroklastların ən aşağı səviyyəsini göstərən açıq bir qatqısal uyumsuzluq mövcudluğuna qədər, 800 ila 900 ka arasında bir yaş, indi üçün ən yaxşı xronoloji proqnozumuzdur." 487±6 ka tarixli, yaxşı tanınmış və yaxınlıqda olan Acheulean Fontana Ranuccio sit sahəsi ilə yerçəkimi, biyoqrafik və arxeoloji əlaqələrinin aydınlaşdırılmasından sonra, Muttoni və digərləri (2009), Ceprano'nun böyük ehtimal ki, yaxlaşık 450.000 yaşında olduğunu iddia etdi — Orta Pleystosenin ortası. Kafatası xüsusiyyətləri, Homo erectus-da tapılanlarla Homo neanderthalensis-dən çox əvvəl Avropa'ya hökm edən Homo heidelbergensis kimi sonrakı növlərlə müqayisədə orta səviyyədə görünür. 2011-ci ildə həyata keçirilən bir tədqiqat, Ceprano insanının Homo neandertalın atası olduğu fikrini irəli sürdü.
Homo duplex
Homo duplex — XIX əsrin makro-sosioloqu Emil Dürkheym tərəfindən insanın bir tərəfdən instinktlər, istək və iştahla idarə olunan, digər tərəfdən isə əxlaq və cəmiyyətin yaratdığı digər elementlərlə idarə olunan bioloji orqanizm olduğu haqqında irəli sürülmüş fikir. İnsana "heyvan" təbiətindən kənara çıxmağa imkan verən, xüsusi normativ sistem tətbiq edən və davranışı tənzimləyən bir yol olan ən ümumi dindir. Dürkheymə görə, nəzarətsiz qalan fərdiyyətçilik bədbəxtliyə və ümidsizliyə səbəb olan eqoist istəkləri boğmaq üçün bir ömür boyu axtarışa aparır. Digər tərəfdən, kollektiv şüur iradə üzərində bir yoxlama rolunu oynayır. Bu, sosiallaşma nəticəsində yaranır. Yüksək anomik cəmiyyətlər ailə, kilsə, icma və digər bu kimi zəif ilkin qrup münasibətləri ilə xarakterizə olunur. Ziqmund Freyd bu fikirlərdən "Sivilizasiya və onun narazılıqları" adlı essesində istifadə etmişdir. O, yazmışdır ki, sivilizasiya təmkinlə yaradılır və "instinktdən imtina üzərində qurulur". == Həmçinin bax == Homo economicus İntihar (Dürkheymin kitabı) == İstinadlar == == Əlavə ədəbiyyat == Jerzy Szacki, Durkheim, Common Knowledge, Warsaw 1964, p. 251.
Ermənistanda homoseksualizm tarixi
Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır. == Qədim dövr == İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır. Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur". Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmış, həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir. E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir. Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələn homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır. Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir. B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar.
Homofiliya
Homofiliya (Qədim Yunan sözündən: homoû, 'birlikdə' + philíē, 'dostluq, sevgi') — “Balıqçı balıqçını görər uzaqdan” atalar məsəlində olduğu kimi, fərdlərin öz növlərindən olan insanlarla ünsiyyətə girmək və əlaqələr qurmaq meylidir. Homofiliyanın mövcudluğu çoxlu sayda şəbəkə tədqiqatlarında aşkar edilmişdir: 100-dən çox tədqiqat bu və ya digər formada homofiliyanı müəyyən etmişdir və oxşarlığın əlaqələrlə əlaqəli olduğunu aşkar etmişdir. Homofiliyanın baş verdiyi kateqoriyalara aşağıdakılar daxildir: yaş[en], cins, sosial sinif və təşkilati rol. Homofiliyanın əksi heterofiliya və ya qarışıqlıqdır. Homofilik münasibətlərdə olan fərdlər ünsiyyəti və bağın formalaşmasını asanlaşdıran oxşar xüsusiyyətləri (inamlar, dəyərlər, təhsil və s.) bölüşürlər. Heyvanlarda çoxalma cütlərində homofiliya təkamül biologiyası sahəsində geniş şəkildə tədqiq edilmişdir, burada assortiativ cütləşmə kimi tanınır. Cütlüklərdə homofiliya təbii damazlıq heyvan populyasiyalarında yaygındır. Homofiliyanın bir sıra sosial və iqtisadi nəticələri var. == Növlər və istiqamətlər == Homofiliyanın əhəmiyyətini yoxlamaq üçün tədqiqatçılar iki növ arasında fərq qoyurlar: Nəzarət qrupu homofiliyası: müxtəlif xüsusiyyətlərə malik insanların mövcud qeyri-bərabər paylanmasını nəzərə alaraq, sadəcə olaraq təsadüfi gözlənilə bilən homofiliyanın miqdarı; və Qohumluq homofiliyası: Adətən şəxsi üstünlük və seçim nəticəsində gözlənilən dəyərdən artıq homofiliyanın miqdarı.
Homofobiya
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Homogen və heterogen sistemlər

Digər lüğətlərdə