huri-qılman
huri-pəri
OBASTAN VİKİ
Huri (Əcəbşir)
Huri (fars. حوري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (200 ailə).
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mələk Abbaszadə
Mələk Fuad qızı Abaszadə (d. 31 oktyabr 1969, Bakı) — Azərbaycan teatr aktrisası, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1999-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir.Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu"). Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır. ⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀ == Filmoqrafiya, 2010-2022 == 2022 Banu (Rejis. Təhminə Rafaella) 2021 Həyat Deyəsən Gözəldi (Rejis. Vagif Mustafayev) 2015 İnsanları Xilas Etməyə Gedirəm (Rejis.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk balıqları
Mələk balığı
Qoruyucu mələk
Qoruyucu mələk — İnsanı qorumaq üçün Allah tərəfindən vəzifələndirilmiş səmavi qüvvə. == Xristianlıqda == — qoruyucu mələk yardım və rəhbərlik üçün Allah tərəfindən insana verilən mələk, yaxşı ruhdur. Pravoslavlıqda o, insana vəftiz edilən zaman, katolisizmdə - hər bir insana doğulduğu anda verildiyinə inanılır. Pravoslav və Katolik fikirlərə görə, qoruyucu mələk həyatı boyu bir insanın yanında görünməz olaraq onu müşayət edir və pravoslavlıqda, əgər bir insan Allaha məhəbbətini və Onun qarşısında həqiqi imanı saxlayırsa. Qoruyucu mələyin vəzifəsi himayəsinə veriləni xilas etməyə çalışmaqdır. Xüsusən də qoruyucu mələklər xristianları iman və təqvaya ruhən öyrədir, onların ruhlarını və bədənlərini qoruyur, yer üzündə yaşadıqları müddətdə onları müdafiə edir, onlar üçün Allaha dua edir, onları tərk etmir, və nəhayət, ölümdən sonra yer üzündəki həyatını tamamlamış ruhları əbədiyyətə qovuşdurur. Əhdi-ətiqdə qoruyucu mələk anlayışı yoxdur, ancaq insanı şərdən xilas edən mələklərə inama dair dəlillər var (YK. 48:16). Əhdi-cədiddə qoruyucu mələyə inam Müqəddəs Həvarilərin əməllərində isbat edilir və Matta İncilində İsa Məsihin sözləri ilə təsdiqlənir (Mİ. 18:10). Pravoslav və Katolik kilsələri evdə edilən dualarda ən yaxın mənəvi bələdçilər və himayədarlar kimi qəyyum mələklərə hörmət etməyi və onları çağırmağı öyrədirlər. Pravoslav Kilsəsinin təliminə görə, insan qoruyucu mələyin şəxsi adını bilə bilməz, çünki mələk insana Allah tərəfindən verilir və insan üçün görünməzdir.
Yaralı mələk
Yaralı mələk (fin Haavoittunut enkeli) – Fin simvolist ressam Hüqo Simberqin 1903-cü ildə çəkdiyi tablo. Simberqin ən məşhur əsərlərindən biri olan Yaralı mələk Ateneum sənət muzeyi tərəfindan 2006-cı ildə keçirilən bir səsvermə ile Finlandiyanın "millî tablosu" seçilmiştir.Simberqin digər tabloları kimi Yaralı mələk də ciddi bir atmosfer yaradır. Tabloda əsas fiqur olan mələyin gözlərinin ətrafı bir sarıqlıdır ve qanadında qan ləkələri var. Mələyi daşıyan iki gənc, yas tuturmuş kimi, tünd rəngli paltarlar geyiniblər. Bu gənclərdən sağ tərəfdə duran tablonu seyr edən şəxsə ciddi bir ifadə ilə baxır. Tablo Helsinkidəki Ateneum muzeyində sərgilənməkdədir.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Mələk investor
Mələk investor (həmçinin biznes mələyi, qeyri-rəsmi investor, mələk sərmayəçisi, özəl investor və ya toxum investoru kimi də tanınır) tez-tez konvertasiya edilə bilən istiqraz və ya kapital müqabilində bir işə və ya biznesə, o cümlədən startaplara kapital verən şəxsdir. Mələk investorlar adətən startapları ən erkən mərhələdə (startupların uğursuzluq riski nisbətən yüksək olduqda), bir dəfə və ya ardıcıl olaraq və əksər investorlar onları dəstəkləməyə hazır olmadığ zamanlarda dəstəkləyir.
Sərxoş mələk
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Müqəddəs Mələk qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Mələk (Qara Qan)
Mələk — Qaraqanın 2015-ci ildə nəşr olunan kitabı. == Məzmun == Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk Mehmed Paşa
Mələk Mehmed Paşa (d. 1718 - ö. 19 fevral 1802) — III Səlim səltənətlərində ümumilikdə 2 il 5 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 171-172; II/A, s. 68, 74-75, 115; II/B, s. 20, 28, 93, 116; III, 4; Halil Nûri, Târih, Süleymaniye Ktp., Âşir Efendi, nr. 239, vr. 8a-10a; Ahmed Câvid, Verd-i Mutarrâ (Hadîkatü’l-vüzerâ içinde), s. 45-47; Vâsıf, Târih (İlgürel), s. 125; a.e., TSMK, Hazine Köşkü, nr.
Mələk İbrahim Paşa
Mələk İbrahim Paşa (d. 1595 - ö. 3 dekabr 1685) — Osmanlı sultanı IV Mehmed dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. == Həyatı == Təxminən 1595-ci ildə Sivasda dünyaya gəldi. Gənc yaşlarında İstanbula gələrək həmyerlisi olan Seyid Mustafa Paşanın himayəsinə girdi. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra Seyid Mustafa Paşanın baş dəftərdarlığa gəlməsiylə, İbrahim Paşa da onun kəndxudalığına gətirildi. Bu vəzifədə ikən qıvraq zəkası və çoxbilmişliyi səbəbilə Şeytan ləqəbi almışdır. Ancaq sonrakı illərdə bu ləqəbi IV Mehmed tərəfindən Mələk olaraq dəyişdirildi. 2 dekabr 1656-cı ildə baş dəftərdalığa gətirilən və 4 ildən çox bu vəzifədə çalışan İbrahim Paşa bu vəzifədə ikən sədrəzəm Körpülü Mehmed Paşanın bir çox səfərlərinə qatılmışdır. Yüksək xidmətləri səbəbilə sədrəzəm tərəfindən vəzirliyə gətirilmişdir.
Mələk Əhməd Paşa
Mələk Əhməd Paşa (osm. ميليك أحمد باشا, türk. Melek Ahmet Paşa; d. 1585, İstanbul, Osmanlı imperiyası — ö. 1 sentyabr 1662, İstanbul, Osmanlı imperiyası) — IV Mehmed dövründə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == İstanbulun Bəyoğlu rayonunun Fındıqlı səmtində dünyaya gəlmişdir. Bioqrafiyası anasının qohumlarından olan və 21 il xidmət etdiyi Övliya Çələbinin Səyahətnamə əsərində verilmişdir. Dağıstan abxazlarından olan atası müxtəlif səfərlərə qatıldığı Özdəmir Paşa və oğlu Osman Paşanın qapıçılar kəndxudası olmuşdur. Ənənəyə görə, 3 yaşında süd anasının yanına göndərilmiş, bu əsnada saraya hədiyyə edilmişdir. Sultan Əhməd ona Mələk təxəllüsü verərək yetişdirilməsi üzrə Darüssəadə ağası Hacı Mustafa ağaya göndərdi.
Zərrin-mələk xanım
Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı. == Həyatı == Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi. Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi.
Mələk-A (film, 2005)
Mələk-A—Lük Bessonun çəkdiyi Fransa fimi. == Mövzu == "Mələk A" filmi daha çox bizim hər birimizin daxilinə baxışdır: çətinliyimiz olanda güzgüyə baxıb deyirik: "Salam. Sən əslində elə də pis deyilsən, mənim xoşuma gəlirsən". Məhz filmin süjet xətti budur. Anjela (Pye Rasmussen) adlı bir qız miskin vəziyyətə düşmüş Andrenin (Cəmil Debbouz) qarşısına çıxıb deyir ki, mən mələyəm. Mələk miskini insan biçiminə qaytarır. Onlar bir-birlərinə vurulurlar.
Mənim anam bir mələk
Sərxoş mələk (film, 1948)
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Yaqubun mələk ilə güləşməsi
Yaqubun mələk ilə güləşməsi — Bibliyada, Yaradılış kitabında (32:22–32) bəhs edilən və Huşənin kitabında (12:3–5) istinad edilən epizod. Sözügedən "mələk" Yaradılış kitabında "insan" (אִישׁ) və "tanrı" kimi xatırlanır, Huşənin kitabında isə "mələk" (מַלְאָךְ) haqqında məlumat verir. Azərbaycan dilindəki tərcümədə Yaradılış kitabında "şəxs" və "allah", Huşənin kitabında isə "mələk" ifadəsindən istifadə olunur. Hesaba Yaqubun adının dəyişdirilərək İsrail (etimologiyası "tanrı ilə mübahisə edən" kimi verilir) olması daxildir. Yaradılış kitabının narrativində Yaqub Kənana geri qayıtdığı zaman gecəni çayın kənarında tək keçirmişdir. O, bu zaman bir "insan" ilə qarşılaşır və onunla sübh açılana qədər güləşir. Sonda Yaquba "İsrail" adı və xeyir-dua verilir, "insan" isə öz adını bildirməkdən imtina edir. Yaqub daha sonra bu yeri Penuel (פְּנוּאֵל; "Allahın üzü") adlandırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Geller, Stephen A. "The Struggle at the Jabbok: the Uses of Enigma in a Biblical Narrative" (PDF). Journal of the Ancient Near Eastern Society.
баскетбо́льный воструби́ть горнолы́жный кала́ний ну и ну́ отбушева́ться отпира́ние репертуа́рный стро́нций эруди́рованно вли́ться ме́нтик ра́жий санитари́я bourdon breck bring histio- initiatory second estate Shelikof Strait вагон затухнуть семя сигарообразный