işıqlı
işıqlı-işıqsız
OBASTAN VİKİ
İşıqlı
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
Böyük İşıqlı
Böyük İşıqlı (erm. Մեծ Իշխանասար) vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir. Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir. == Mənbə == 8-ci siniflər üçün dərslik.
Kiçik İşıqlı
Kiçik İşıqlı — Laçın rayonu ərazisində dağ. Dağ Qarabağ yaylasındadır. Ermənistanla sərhədin yaxınlığında, Böyük İşıqlı dağından şimaldadır. Hündürlüyü 3455 m. Böyük İşıqlı dağından (3552 m.) nisbətən alcaq olduğu üçün belə adlandırılmışdır.
Toyqar İşıqlı
Toyqar İşıqlı (16 aprel 1974, Gölcük[d], Kocaeli ili) — türk bəstəkarı, musiqi prodüseri və müğənnisi. Film və serial musiqisi üzrə fəaliyyət göstərən sənətkar mindən çox əsər bəstələmişdir. Serial musiqi albomları ilə yanaşı, onun öz sözləri, bəstəsi və şərhi ilə solo albomları da var. Arven Müzik film istehsalı və yayımlanması şirkətinin sahibidir. 1974-cü ildə Gölcükdə anadan olub. Gölcük Barbaros Hayrettin Liseyini bitirib. Daha sonra İstanbula köçdü və Mərmərə Universitetində vokal ixtisası üzrə bakalavr təhsili aldı. O, magistr dərəcəsini İstanbul Texniki Universiteti MİAM-da (Musiqidə İrəli Araşdırmalar Mərkəzi) almışdır. Hal-hazırda, İstanbul Texniki Universitetində musiqişünaslıq və musiqi nəzəriyyəsi üzrə aspirantura təhsili alır. Toygar Işıklı Berklee Musiqi Kollecində də film musiqisi oxuyub.
İşıqlı (Füzuli)
İşıqlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qubadlı rayonunun Muradxanlı inzibati ərazi vahidində kənd. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan rayonunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır; Füzuli rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir.
İşıqlı (Qubadlı)
İşıqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. İşıqlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Ciyciyi olmuşdur. Zəngilan r.nunda Ciyciyi dərəsi adlı yer də qeydə alınmışdır. Kənd sonralar Şeyx Şərif adlı şəxsin adı ilə Şıxlı adlanmış, sonralar tələffüzdə İşıqlı formasına düşmüşdür. 1937-ci ildə yaxınlığındakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmiş, kəndin ərazisi xeyli böyümüşdür. Kəndin ərazisindəki köhnə qəbiristanlıq hazırda Şeyx Şərif qəbiristanı adlanır. 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 208 nəfər yaşayırdı.
İşıqlı (dağ)
İşıqlı — Laçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin ən hündürlüyüdur zirvələrindən biridir. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 2520 m. Tədqiqatçılara görə, dağın başının qarlı olması və qarın gün işığında parıldaması bu adın yaranmasına səbəb olmuşdur. Oronimi Şıxlı nəslinin adı ilə də bağlayırlar.
İşıqlı (dəqiqləşdirmə)
İşıqlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. İşıqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. İşıqlı (dağ) — Azərbaycanın Laçın rayonunda dağ. Böyük İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ. Kiçik İşıqlı — Azərbaycanın Laçın rayonunda dağ.
İşıqlı Qaragöl
İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir. Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və təxminən 2 kvadrat kilometr əraziyə malikdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır. 2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib. Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".
İşıqlı Yol (1974)
İşıqlı yol (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Məzrayə-i İşıqlı (Qoşaçay)
Məzrayə-i İşıqlı (fars. مزرعه ايشقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İşıqlı yol (film, 1974)
İşıqlı əyləncə (rəsm əsəri)
İşıqlı əyləncə (ing. Illumined Pleasure) — Salvador Dali tərəfindən 1929-cu ildə neftli fusion və yağlı kollajla 23.8 x 34.7 sm ölçülü panel üzərində çəkilmiş bir rəsm əsəri.