ibadətçilik
ibarə
OBASTAN VİKİ
Zaviyə (ibadətgah)
Zaviyə (ərəb. زَاوِيَةٌ‎) — hücrə, sufilərin ibadətgah yeri, İslam dini məktəbi. Əvvəlcə zəviyə məsciddə və ya oradakı otaq adlanırdı, burada müsəlmanlara ərəb dili ilə yanaşı Quran oxumaqda öyrədilirdi. 12-ci əsrdən, təsəvvüf qardaşlıqları (tarikatlar) yarandıqdan sonra, zaviyə onun tələbələrinin (müridlərin) təhsil aldıqları ruhani müəllimin (şeyx, mürşidin) iqamətgahı adlandırılmağa başladı. Orta əsrlərin sonlarında Şimali Afrikada zaviyələr istənilən tariqənin “təşkilati strukturun əsas vahidinə çevrilir”. Onlar “kiçik məscid, şeyx və müridlər üçün yaşayış yeri, həmçinin səyyahlar (dərvişlər) üçün sığınacaq da daxil olmaqla mürəkkəb bir quruluşdur”. Али-заде А. А. Завия // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0) Гогиберидзе Г. М. Исламский толковый словарь.
Gaur dərəsində ibadətgah
Gaur dərəsində ibadətgah — Azərbaycanın Qubadlı rayonunda tarixi-dini abidə. İbadətgah rayonun Gaur dərəsi adlanan ərazisindəki mağarada yerləşir. I və ya IV əsrə aiddir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 1456 qeydiyyat nömrəsi ilə əlavə edilmişdir.

Digər lüğətlərdə