İÇMƏLİ
İDARƏEDƏN
OBASTAN VİKİ
Nəqliyyatda tələbin idarə edilməsi
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. == Nəqliyyatda tələbin idarə edilməsi == Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
Parçala və idarə et
Parçala və idarə et (lat. dīvide et īmpera) — siyasətdə və sosiologiyada dövlət hakimiyyəti prinsipi, hansına ki, tez-tez heterogen hissədən ibarət olan dövlətlərin hökumət müraciət edir və rəqiblərini bölərək ya da onları bölünmüş vəziyyətdə tutaraq zəif vəziyyətdə buraxmaq istəyən dövlətlərin istifadə etdiyi strategiyadır.
RPM paket idarə edici
RPM paket idarə edici — paket idarə edən sistemdir. Orijanalı RedHat Packet Managment (RPM) kimi tanınırdı, indi isə RPM paket idarə edici (RPM packet manager) kimi tanınır.
Rəqəmsal Aktivlərin İdarə Edilməsi
Rəqəmsal Aktivlərin İdarə Edilməsi (ing. Digital Asset Management, qısaca: DAM) — rəqəmsal aktivlərin saxlanması, axtarılıb tapılması, paylanması, qruplaşdırılması və ötürülməsi ətrafında baş verən idarəetmə tapşırıqlarından və qərarlarından ibarətdir. Rəqəmsal fotoşəkillər, animasiyalar, videolar və musiqi faylları "rəqəmsal aktivlər" adlanan aktivlərə misaldırlar. Rəqəmsal Aktivlərin İdarə Edilməsi Sistemi rəqəmsal aktivlərin idarə edilməsi prosesinə kömək edən kompüter proqram təminatı və/yaxud da aparat təminatı vasitəsilə fəaliyyət göstərir. Rəqəmsal aktivlərin idarə edilməsi (DAM) termini həmçinin İnternetdən yükləmə, adın dəyişdirilməsi, ehtiyat nüsxəsinin çıxarılması, dərəcələndirmə/qiymətləndirmə, qruplaşdırma, arxivləşdirmə, optimallaşdırma, mühafizə, kiçiltmə və faylların ixracı protokolları üçün də istifadə olunur. Əsasən audio faylları, videoları və digər media məzmunları ilə işləyən Media Aktivlərinin İdarə Edilməsi (ing. Media Asset Management, qısaca: MAM) "Rəqəmsal Aktivlərin İdarə Edilməsi"nin alt kateqoriyalarından biridir. Məzmunun idarə edilməsi sistemi (CMS) də sektorun və tətbiqinin əhatə dairəsinin daha geniş olması ilə bərabər, ümumilikdə oxşar xüsusiyyətlərə malikdir. == Metadata == Adətən idarə olunan "aktiv" rəqəmsal formatda birləşdirilir və saxlanılır. Bu aktivlərin adətən sistemdə "əsas" olaraq adlandırılan ən yüksək ayırdetmə dəyərlərinə malik olan təsvir mövcuddur.
Rəqəmsal hüquqların idarə edilməsi
Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır. O, avadanlıq istehsalçıları, oyun və proqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur. Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3 və Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. == Parçala və idarə et == Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. == Toxucu dəzgahına aid müxtəlif şəkillər == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
İdarə
İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı. == Növləri == Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır: Dövlət idarələri; Bələdiyyə idarələri; Özəl idarələr; müəssisə, təşkilat; müəssisənin, təşkilatın yerləşdiyi bina; dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı; xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat; hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat; Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsi ilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. == Tarixi == "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Sükanla idarə
Sükanla idarə — nəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir. == Avtomobillərin sükanla idarəsi == 4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir. == Traktorların sükanla idarəsi == Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.
Uzaqdan idarə
Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi. == Tarixi == 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır. Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır.
Komendant idarə sistemi
Komendant idarə sistemi - XVIII əsrin I yarısında Rusiya tərəfindən işğal olunan Azərbaycanda mövcud olmuş idarə sistemi. == Tarixi == Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistemi yaradılmağa başladı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən təyin olunurdu.İlk növbədə, Gəncə və Bakı xanlıqları hərbi cəhətdən tabe edilən kimi, ləğv edildi; onların yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı. Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalətə çevrildi. Yalnız 1810-cu ildə hakimiyyət komendanta verildi. Ölkənin yerdə qalan hissəsində - Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sistemi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin siyasi statusları ilə fərqlənirdilər: adları çəkilən xanlıqlar Rusiya imperiyası sistemində asılı dövlət qurumları vəziyyətində idilər.
Xüsusi Hərbi İdarə
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Azameti idarə olunan qoruğu
Azameti idarə olunan qoruğu ( gürc. აჯამეთის აღკვეთილი ) - Gürcüstanın Zestafoni Bələdiyyəsi bölgəsi, Bağdati Bələdiyyəsindəki qorunan bir ərazidir . Azametinin məşhur palıdlarını və digər yerli florasını qoruyur. Ağacların bəziləri 120 ilə 200 yaş arasındadır. Qoruq yerli faunanı da qoruyur. == Coğrafiya == Azameti idarə olunan qoruğu Kutaisidən 15 km məsafədə yerləşir. İlk dəfə 1935-ci ildə yaradılıb. Qoruğun iki qorunan ərazisi var: Azameti Muxnari (3742 ha), Rioni çayı sahilində Kvirila və Xanistşali və Vartsişe arasında kütləvi (1106 ha), Hanistskalinin sol tərəfində. == Flora == Sahənin 4723 hektarı palıd meşələri, 93 hektarı - vələs meşələr və 23 hektar şərq buynuzu ilə örtülmüşdür. Vartsixe'nin meşəlik ərazisi Azameti İdarə Qoruğuna daxil edilir və nadir Üçüncü dövr dövrünə aid nadir qalıqları qorumaq üçün ilk dəfə 1946-cı ildə qurulmuşdur: İmeretiya palıd və Qafqaz qarağası Dendroflora 60 növə malikdir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. == İdarə etmə sistemin xüsusi qurğuları == Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
Cənubi Vyetnam üzrə Mərkəzi İdarə
Cənubi Vyetnam üzrə Mərkəzi İdarə (vyet. Văn phòng Trung ương Cục miền Nam), rəsmi olaraq Xalq İnqilabı Partiyasının Mərkəzi İcraiyyə Komitəsi — Vyetnam müharibəsi zamanı, 1962-ci ildən 1976-cı ildə ləğv edilənə qədər Şimali Vyetnamın Cənubi Vyetnam daxilindəki siyasi və hərbi qərargahı üçün ABŞ tərəfindən istifadə olunan termin. Vyetnam Respublikasının (Cənubi Vyetnam) cənub yarısında həm Vyetnam Xalq Ordusunun (VXO), Vyetkonqun və həm də Xalq İnqilabçı Partiyasının fəaliyyətlərini əhatə edən kommunist səylərinə ümumi komandanlıq etmək nəzərdə tutulurdu. Bəziləri onun varlığına şübhə edirdilər, lakin Cənubi Vyetnamda yerləşdirilmiş ABŞ komandiri general Vilyam Vestmorlend öz xatirələrində onun mövcudluğu və əhəmiyyəti şübhə doğurmayan bir şey kimi bəhs etmişdir. VXO general-mayoru və daha sonra dissident Çan Doya görə, Cənubi Vyetnam üzrə Mərkəzi İdarə əslində mövcud idi, Vyetkonqun təşkili və idarə olunmasına cavabdeh olmuşdu, ümumi komandanlıq funksiyasını yerinə yetirdi. Bununla belə, o, ümumi strategiyanı idarə edən, Hanoyda yerləşən Mərkəzi İdarə tərəfindən iyerarxik olaraq idarə olunurdu və birbaşa Hanoy tərəfindən idarə olunurdu. Cənubi Vyetnam üzrə Mərkəzi İdarə Vyetkonqun hərbi və siyasi səylərini idarə edirdi. ABŞ və Cənubi Vyetnam kəşfiyyat xidmətləri, müharibə səylərinə nəzarət etməkdə ümumi əhəmiyyətini nəzərə alaraq, təxminən on il ərzində davamlı olaraq Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hədəf almışdır. Müharibədə qalib gəlmək istəyən Riçard Nikson üçün bu, asılılığa çevrilmişdi. 1965-ci ildə ABŞ-nin 400-ə yaxın döyüş təyyarəsi Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hava hücumu ilə məhv etməyə cəhd göstərmişdi, lakin kölgə komandanlığına heç bir təsir göstərə bilməmişdir.
Məşyəxət-i İslamiyyə idarəsi
Məşyəxət-i İslamiyyə idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman ruhani idarəsi. == Tarixi == Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, Cənubi Qafqaz şiələrinə başçılıq etmək üçün Şeyxülislam (1823), sünnilərə rəhbərlik etmək üçün isə müfti (1832) vəzifələri təsis olundu. Lakin Cənubi Qafqaz müsəlmanları ruhani idarəsinin yaradılması ləngidirdi. Cənubi Qafqazda şiə və sünni məzhəbləri üzrə müvafiq ruhani idarələri yalnız 1872-ci il aprelin 5-də yaradıldı. Bu idarələr Tiflisdə yerləşirdi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Cənubi Qafqaz müsəlman ruhani idarələri Tiflisdən Gəncəyə köçürüldü, Hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarəsi, Osmanlı dövlətində olduğu kimi, "Meşyəxət-i islamiyyə" ("məşyəxati" "şeyx" sözünün cəm şəkillərindən biridir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == Yaradılması == 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur. 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Nəqliyyatın intellektual idarəetmə sistemləri
Nəqliyyatın intellektual idarəetmə sistemləri (İNS ing. Intelligent transportation system) — yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == İntellektual nəqliyyat texnologiyaları == İNS istifadə olunan texnologiyalarla fərqlənir: sadə avtomobil naviqasiya sistemləri, işıqforun idarəedilməsi, yük idarəetmə sistemləri, müxtəlif siqnal sistemləri (məlumat lövhələri daxil olmaqla), nömrə tanıma sistemləri və nəqliyyat vasitələrinin sürət qeydiyyatı sistemləri, video nəzarət sistemləri, həmçinin digər sistemlər, parklama idarəetməsi və məlumat sistemləri (PGI) sistemləri, hava xidmətləri, körpü açma sistemləri və digərləri kimi müxtəlif mənbələrdən məlumat və rəylərini özündə birləşdirir. Bundan əlavə, İNS, modelləşdirmə və əvvəllər yığılmış məlumatlara əsaslanan proqnozlaşdırma texnologiyalarından istifadə edə bilər.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1823–1917-ci illərdə Tiflisdə yerləşmişdir. Hazırda mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. == Tarixi == === Yaranma səbəbi === XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. === Şeyxülislamlıq və müftilik === İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1823–1917-ci illərdə Tiflisdə yerləşmişdir. Hazırda mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. == Tarixi == === Yaranma səbəbi === XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. === Şeyxülislamlıq və müftilik === İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti və ya KIMEP (qaz. ҚМЭБИ Университеті)—Qazaxıstanın Almatı şəhərində ali təhsil müəssisəsidir. KIMEP kredit əsaslı, Şimali Amerika tipli bakalavr, magistr və doktorluq dərəcələri proqramlarını təklif edən özəl, qeyri-kommersiya universitetidir. Dərslərin əksəriyyəti ingilis dilində tədris olunur. == Tarixi == KIMEP Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin göstərişi ilə 1992-ci ildə təsis edilmişdir. KIMEP-in Almatı şəhərinin cənub-mərkəzindəki şəhərciyi, Qazaxıstan Kommunist Partiyasının keçmiş Mərkəzi Tədris Məktəbinin binalarını işğal etdi. Keçmiş Sovet İttifaqında qurulan ilk özəl ali təhsil müəssisələri sırasında idi. Nazarbayev, keçmiş iqtisadi müşaviri prezidenti Chan-Young Bangi, institutun ilk icraçı direktoru təyin etdi. İlk MBA və İqtisadiyyat MA proqramları 1992-ci ildə başladı və MPA proqramı 1993-cü ildə tələbə qəbuluna başladı. 81 MBA və MA tələbələrindən ibarət olan birinci sinif 1994-cü ildə KIMEP-ni bitirdi.
Qiymətli kağızlar bazarının iştirakçıları və onun idarə olunması
Qiymətli kağızların ikinci bazarının iştirakçıları dövlət, səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarının peşəkarları olan mütəxəsislər, müxtəlif investisiya təsisatları, kommersiya bankları, fond mərkəzləri və mağazaları, digər təsərrüfat subyektləri, həmçinin vətəndaşlardır. Qiymətli kağızların ikinci bazarının hər bir iştirakçısının öz yeri var. Lakin onların içərisində ən böyük diqqəti investisiya təsisatları cəlb edir. İnvestisiya təsisatlarının qiymətli kağızlar bazärındakı fəaliyyətinın lisenziyalaşdırılması onların bu sahədəki fövqəladə rolunun birinci meyarı kimi qəbul olunur və axırıncı maliyyə ilinin nəticələrinə görə investisiya təsisatının gəlirinin əsas hissəsi qiymətli kağızlarla bağlı olmayan fəaliyyətdən əldə olunubsa lisenziya geri çağırıla bilər yaxud, onun qüvvəsi dondurula bilər. İnvestisiya təsisatları müxtəlif təşkilati-hüquqi formada çıxış edə bilər. Lakin, bu ümumi qaydadır və hər blr ölkədə onu dəqiqləşdirən bir sıra məhdudiyyətlər ola bilər ki, onlar da konkret ölkədə qüvvədə olan normalardan və qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinin səciyyəsindən irəli gələ bilər. İnvestisiya təsisatlarına aşağıdakılar aiddir: Maliyyə brokerlərl; İnvestisiya məsləhətçiləri; İnvestisiya şirkətləri; İnvestisiya fondları. Maliyyə brokerləri. Bunlar hüquqi şəxsdir və onları fiziki şəxs olan brokerlərlə qarışdırmaq olmaz. Onlar müştəriyə komisyon müqaviləsi əsasında yaxud, müştərinin tapşırığı ilə yaxud müştərinin vəsaiti hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir və bu zaman vasitəçi (agent) funksiyalarını icra edir.
Qrönobl İdarəetmə Məktəbi
Qrönobl İdarəetmə Məktəbi — Fransanın Qrönobl və Paris şəhərlərində fəaliyyət göstərən idarəetmə elmləri təmayüllü, üçqat akkreditasiyalı ali təhsil müəssisəsi. Ali təhsil müəssisəsi 1984-cü ildə yaradılmışdır. Hazırda bakalavr, magistratura və doktorantura pillələrində idarəetmə üzrə kadr hazırlığını həyata keçirir.
Qərbi Ermənistan İdarəsi
Qərbi Ermənistan İdarəçiliyi, Türkiyə Ermənistanı İdarəçiliyi — İkinci Van üsyanından sonra, 1915–1918-ci illərdə Van gölü ətrafında rus-erməni qüvvələri tərəfindən ələ keçirilərək qurulan müvəqqəti idarəçilik. == Tarixi == XIX əsrin sonlarından etibarən ermənilər öz dövlətlərini qurmaq üçün müxtəlif təşkilatlar yaradıb, ideyaları uğrunda mübarizə aparırdılar. Bunlardan ən güclüsü Daşnaksütun partiyası idi. 1915-ci ilin 19 aprel-6 may tarixlərində bu partiyanın rəhbərliyi ilə İkinci Van Üsyanı baş tutur. Üsyana Aram Manukyan ("Vanlı Aram") rəhbərlik edirdi. Osmanlı dövləti bu üsyanı yatızdırmağa çalışsa da rus qoşunlarının köməyi ilə 16 may gecəsi Van rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Avqust ayında Osmanlı ordusu tərəfindən geri qaytarılsa da, yenidən rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Bir müddət Azad Vaspurakan adlanır. 1917-ci ilin dekabrında Hakob Zavriev tərəfindən idarə olunan Zaqafqaziya seyminə bağlı olur. Ermənistan Demokratik Respublikasının qurulmasıyla qısamüddətli bu dövlətə birləşir, sonralar Osmanlı dövləti tərəfindən yenidən geri qaytarılır.
Qərbi Ermənistan İdarəsi (1915-1917)
Qərbi Ermənistan İdarəçiliyi, Türkiyə Ermənistanı İdarəçiliyi — İkinci Van üsyanından sonra, 1915–1918-ci illərdə Van gölü ətrafında rus-erməni qüvvələri tərəfindən ələ keçirilərək qurulan müvəqqəti idarəçilik. == Tarixi == XIX əsrin sonlarından etibarən ermənilər öz dövlətlərini qurmaq üçün müxtəlif təşkilatlar yaradıb, ideyaları uğrunda mübarizə aparırdılar. Bunlardan ən güclüsü Daşnaksütun partiyası idi. 1915-ci ilin 19 aprel-6 may tarixlərində bu partiyanın rəhbərliyi ilə İkinci Van Üsyanı baş tutur. Üsyana Aram Manukyan ("Vanlı Aram") rəhbərlik edirdi. Osmanlı dövləti bu üsyanı yatızdırmağa çalışsa da rus qoşunlarının köməyi ilə 16 may gecəsi Van rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Avqust ayında Osmanlı ordusu tərəfindən geri qaytarılsa da, yenidən rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Bir müddət Azad Vaspurakan adlanır. 1917-ci ilin dekabrında Hakob Zavriev tərəfindən idarə olunan Zaqafqaziya seyminə bağlı olur. Ermənistan Demokratik Respublikasının qurulmasıyla qısamüddətli bu dövlətə birləşir, sonralar Osmanlı dövləti tərəfindən yenidən geri qaytarılır.
Relyasiyalı verilənlərin idarəolunması sistemi
Relyasiyalı verilənlərin idarəolunması sistemi (en. RDBMS (Relational Database Management System) — belə verilənlər bazalarında informasiya əlaqələr (RELATİONS) adlandırılan ikiölçülü cədvəllərdə saxlanılır. Cədvəlin sətirləri yazılar (TUPLE), sütunları isə atributlar (ATTRİBUTE) adlanır. Cədvəllər bir-biri ilə açar sahələrə görə bağlı olur. Relyasiyalı verilənlər bazaları konsepsiyası IBM şirkətinin əməkdaşı Edqar Kodd (Edgar F. Codd) tərəfindən 12 qayda şəklində ifadə olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Reyx Təhlükəsizliyinin Baş İdarəsi
Reyx Təhlükəsizliyinin Baş İdarəsi (almanca: Reichssicherheitshauptamt və ya RSHA) — SS təşkilatının da rəhbəri olmuş Henrix Himmler tərəfindən idarə olunan orqan. Təşkilatın əsas vəzifəsi ölkənin daxilində və xaricində yerləşən "Reyxin bütün düşmənləri" ilə mübarizə aparmaqdan ibarət olmuşdur. Tərkibində Gestapo (Gizli polis), Kripo (Cinayət polisi), Polis təşkilatı kimi böyük polis təşkilatlarını birləşdirir və onların işlərinə nəzarət edirdi. Yəhudilərə qarşı Holokost soyqırımının törədilməsində yaxından iştirak etmiş təşkilatdır. RSHA və ya Reichssicherheitshauptamt (Reyx Təhlükəsizlik Baş İdarəsi) Nasist Almaniyasının ölkə daxilində və xaricindəki polis və təhlükəsizlik işləri idarəsi idi. Buraya Gestapo, Kripo (Cinayət Polis), Təhlükəsizlik Xidməti və ya SD kimi böyük polis təşkilatları da daxildir və onların işlərinə nəzarət edirdi. Bu idarədə Nasist həbs düşərgələrinin planlaşdırma, layihə və idarəetmə işləri aparılırdı. İki əsas təşkilatdan ibarətdir. Bunlar Gestapo və Sicherheitspolizeidir ki, ona da Ordnungspolizei və Sicherheitsdienst (SD) daxildir. RSHA-nın ilk prezidenti SS-Obergruppenführeri Reinhard Heydrich idi.
Sabitlik və idarəetmə
Sabitlik və idarəetmə təyyarənin — uçuş dinamikasının bir-biri ilə əlaqəli xüsusiyyətləridir. Təyyarənin idarəolunması onun rejimi dəyişdirmək qabiliyyətidir pilotun istəyi ilə uçuş (idarəetmə qollarını rədd etdikdə). Eyni zamanda nəzarət qollarının hərəkətləri sadə olmalıdır və onlara kiçik, lakin yaxşı hiss olunan səylərlə müşayiət olunmalıdır. Təyyarə sabitliyi — müstəqil olaraq, pilot müdaxiləsi olmadan verilən uçuş rejimini qorumaq və xarici iğtişaşlar dayandırıldıqdan sonra orijinal tarazlığa qayıtmaq. Başqa sözlə, N. E. Jukovskinin müəyyən etdiyi sabitliyi tarazlığın "gücü" kimi başa düşmək olar. Təyyarə hər üç oxa münasibətdə sabit olmalıdır. Yaxşı dayanıqlıq xüsusiyyətləri daha yaxşı işləmək üçün vacibdir. Sabit bir təyyarənin idarəetmə qolları ilə daha sadə hərəkətləri və pilotun sinir və əzələ enerjisini idarəetməyə az xərcləməsi var. Baxışın rahatlığı üçün sabitlik şərti olaraq statik sabitliyə bölünür — vaxtın başlanğıc anında pozulmuş tarazlığı bərpa etmək meylini aşkar etmək üçün bir təyyarənin mülkiyyəti və dinamik sabitlik — Narahatlıq dayandırıldıqdan bir müddət sonra pilot müdaxiləsi olmadan ilkin uçuş rejimini bərpa etmək üçün bir təyyarənin mülkiyyəti. Uzunlamasına statik sabitlik həddindən artıq yükləmə sabitliyinə bölünür — təyyarənin pilot müdaxiləsi və sürət olmadan orijinal uçuş rejiminin həddindən artıq yüklənməsini müstəqil şəkildə qoruyub saxlamaq qabiliyyəti — təyyarənin pilot müdaxiləsi olmadan orijinal uçuş rejiminin sürətini müstəqil şəkildə qorumaq imkanı.
Saytın idarəetmə sistemləri
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir. VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. == VBİS arxitekturası == Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər.
Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsi
Sosialist əmlakının oğurlanmasına qarşı Mübarizə İdarəsi (rus. Отдел по борьбе с хищениями социалистической собственности, qısaca OBXSS) — 1937–1946-cı illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığının, 1946–1991-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin tərkibində mövcud olan dövlət ticarəti, istehlak, sənaye və fərdi əməkdaşlıq təşkilatları, satınalma orqanları və əmanət banklarında sosialist mülkiyyətinin oğurlanmasına qarşı mübarizə şöbəsi. SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin "Dövlət müəssisələrinin, kolxoz təsərrüfatlarının və kooperasiya əmlakının qorunması və ictimai (sosial) əmlakın möhkəmləndirilməsi haqqında" 7 avqust 1932-ci il tarixli qərarına əsasən həyata keçirilən oğurluğa qarşı təcili kampaniya başa çatdıqdan sonra yaradılmışdır. Qətnamə Sovet İttifaqı Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin baş katibi İ. Stalinin təşəbbüsü ilə qəbul edildi və ilk dəfə olaraq sosialist mülkiyyətinin oğurlanması anlayışı formalaşdırıldı. Fövqəladə tədbirlər kütləvi oğurluqların qarşısını almağa və ölkənin ərzaq ehtiyatlarını 1932–1933-cü illərdəki qıtlığa qarşı mübarizəyə səfərbər etməyə kömək etdi, lakin onlardan sonra ölkənin OBXSS-ə həvalə edilmiş oğurluğun qarşısını almaq və aradan qaldırmaq üçün sistemli işə ehtiyac duydu. 2011-ci ilə qədər İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rusiyada oxşar funksiyaları yerinə yetirirdi. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin növbəti islahatından sonra, İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Rusiya Federasiyasının təsis qurumları səviyyəsində nəzarət və ya əməliyyat-axtarış bölmələri və rayon səviyyəsində şöbələr yaradıldı.

Digər lüğətlərdə