ikimövqeli idarəetmə

ру двухпозиционное управление en on-off-control de Ein-Aus-Regelung fr commande par tout ou peu es regulación por todo o nada it regolazione tutto-o-niente
ikiqat təbəqə
ikimövqeli tənzimləmə
OBASTAN VİKİ
İdarəetmə
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
Adaptiv idarəetmə
Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır. Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir.
Avtomatik idarəetmə
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Korporativ idarəetmə
Korporativ idarəetmə — biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulması. Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: "Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür". Korporativ idarəetmənin başlıca funksiyası — mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
İdarəetmə mədəniyyəti
İdarəetmə mədəniyyəti – şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına nail olunması üçün insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsasdır. Bu, həmçinin, yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının sonsuz imkanlarının yeni görünüşüdür.
İdarəetmə nəzəriyyəsi
İdarəetmə nəzəriyyəsi — müxtəlif proseslərin, obyektlərin və sistemlərin idarə olunmasının metod və prinsipləri haqqında elmdir. İdarəetmə nəzəriyyəsinin əsasını kibernetika və informasiya nəzəriyyəsi təşkil edir. İdarəetmə nəzəriyyəsinin məğzini idarəedilən obyektin sistem analizi və idarəetmə alqoritminin sintezi əsasında yaradılan riyazi modellər təşkil edir. İdarəetmə nəzəriyyəsi ilə məşğul olan nəzəriyyəçilər bizi əhatə edən canlı aləmi xarakterizə edərkən onu üç komponentə ayırırlar: cansız təbiətdə (texniki sistemlərdə) idarəetmə prosesləri; canlı təbiətdə (bioloji sistemlərdə) idarəetmə prosesləri; cəmiyyətin (sosial sistemlərdə) idarə edilməsi. İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi əsasən texnika elmləri tərəfindən öyrənilir. Canlı təbiətdə baş verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandırmışdır.
İdarəetmə obyektləri
İdarəetmə obyektləri -radioverici qurğular və informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Yüksəktezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksəktezlikli rəqsin generasiyası; — yüksəktezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksəktezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksəktezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksəktezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası ™ və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər.
İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir. İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Məqsədə görə; İdarəetmənin səmərəliliyinə görə; Alınan son nəticəyə görə; İdarəetmə metodlarına görə; Giriş elementlərinə görə; Təsir vasitələrinə görə; İnformasiya tələblərinə görə. İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır: Elmi əsasa söykənməsi. Vaxtında (lazım olan zamanda) olması. Qərarların hazırlanmasına və icrasına təsir gücü. Qərarın hazırlanma müddəti.
İdarəetmə sistemləri
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
İdarəetmə uçotu
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Büdcəsiz idarəetmə
Büdcəsiz idarəetmə (ing. Beyond Budgeting) — idarəetmə sisteminin sadələşdirilməsi və qərarların qəbulunun qeyri-mərkəzləşdirilməsi yolu ilə büdcələşdirmə prosesindən istifadə etmədən müəssisənin idarə edilməsi konsepsiyası. Büdcə tənqidi fonunda “Büdcədən kənar” konsepsiyası 1970-ci illərin əvvəllərindən, İsveçin böyük bankı Svenska Handelsbanken tərəfindən uğurla tətbiq olunduğu vaxtdan formalaşmışdır. Sonra bu konsepsiya American Express, Google, Guardian, SpareBank, Coloplast, Telenor, Wallenius Wilhelmsen Logistics, Arla Foods, IKEA və bir çox başqa şirkətlər tərəfindən elan edildi. 1998-ci ildə hətta Beynəlxalq Proqressiv İstehsalçılar Konsorsiumunun bir hissəsi olan "Büdcədən kənarda dəyirmi masa" (BBRT) beynəlxalq təşkilatı təşkil edildi. 2004-cü ildə Ceremi Houp və Robin Frayzer tərəfindən büdcəsiz idarəetmənin 12 əsas prinsipi ilə bir kitab nəşr olundu: I. Rəhbərliyin prinsipləri (səlahiyyətlərin verilməsi): 1. daxili büdcələrin icrasını deyil, müəssisənin rəqabət üstünlüklərini artıran idarəetmə mühitinin yaradılması; 2. müəssisə üçün dəqiq müəyyən edilmiş dəyərlərin artırılması əsasında kadrların motivasiyası; 3. məsuliyyətin öz qərarlarını qəbul edə bilən əməliyyat menecerlərinə həvalə edilməsi; 4. əməliyyat menecerlərinə fəaliyyət azadlığı (resurslara çıxış) verməklə gücləndirilməsi; 5.
Elmi idarəetmə
Elmi idarəetmə — iş axınlarını təhlil edən və sintez edən idarəetmə nəzəriyyəsi. Onun əsas məqsədi iqtisadi səmərəliliyi, xüsusilə əmək məhsuldarlığını artırmaqdır. Bu, elmi idarəetmədə proseslərin mühəndisliyinə tətbiq etmək üçün ilk cəhdlərdən biri idi. Elmi idarəetmə bəzən onun qabaqcılı Frederik Vinslou Teylorun şərəfinə teylorizm kimi tanınır. Teylor nəzəriyyənin inkişafına ABŞ-da 1880–1890-cı illərdə istehsal sənayesində, xüsusən də polad sənayesində başlamışdır. Onun təsirinin pis nöqtəsi 1910-cu illərdə çatmışdır. Teylor 1915-ci ildə vəfat etsə də, 1920-ci illərdə elmi idarəetmə hələ də təsirli bir nəzəriyyə olaraq qalmışdı, lakin əks və ya bir-birini tamamlayan ideyalarla rəqabətə və sinkretizmə girmişdi. Fərqli bir nəzəriyyə və ya düşüncə məktəbi kimi elmi idarəetmə artıq 1930-cu illərdə köhnəlmiş olaraq qəbul edilsə də, onun mövzularının əksəriyyəti bu gün hələ də sənaye mühəndisliyi və idarəetməsinin vacib hissələridir.
İdarəetmə iqtisadiyyatı
İdarəetmə iqtisadiyyatı (iqtisadiyyatın idarəedilməsi; ing. managerial economics) — biznesdə praktiki problemlərin həlli üçün iqtisadi anlayışların, nəzəriyyələrin, alətlərin və metodologiyaların tətbiqini öyrənən elmi fəndir, iqtisadi nəzəriyyə və idarəetmə nəzəriyyəsinin birləşməsidir. Menecerə qərar qəbul etməkdə kömək edən və təcrübə ilə nəzəriyyə arasında əlaqə rolunu oynayan bir intizam. O, praktikada iqtisadi nəzəriyyə və iqtisadiyyatı birləşdirir və məsələn, əməliyyat tədqiqatı, riyazi proqramlaşdırmadan istifadə etməklə, firma məqsədləri və çatışmazlıqdan irəli gələn məhdudiyyətlər əsasında biznes qərarlarını optimallaşdırmaq üçün reqressiya təhlili, korrelyasiya və hesablama kimi kəmiyyət üsullarına əsaslanır. Hesab edilir ki, idarəetmə iqtisadiyyatı anlayışı ilk dəfə amerikalı iqtisadçı Coel Din tərəfindən 1951-ci ildə özünün “İdarəetmə iqtisadiyyatı” əsərində, idarəetmə iqtisadiyyatının biznes siyasətinin formalaşdırılması üçün iqtisadi təhlildən istifadə edilməsi olduğunu müəyyən edərək təqdim edilmişdir. O, öz işində qeyd edirdi ki, “iqtisadi nəzəriyyəçilərin maraqlandığı məsələlərlə praktiki menecerləri maraqlandıran davranış problemləri arasında böyük uçurum var. İqtisadiyyat mütəfəkkirlərinin siyasi iqtisadiyyat kurslarında edə biləcəyi praktik töhfələrə top menecerlərə çıxış imkanı vermək üçün bu boşluğu doldurmaq lazımdır. Amerikalı professor Uilyam Baumol 1961-ci ildəki işində qeyd etdi ki, istənilən iqtisadçı nəzəri modellər yaratmaq biliklərindən istənilən mürəkkəblikdə olan kommersiya məsələlərini həll etmək üçün istifadə edə bilər. Britannica-ya görə, idarəetmə iqtisadiyyatı iqtisadi prinsiplərin kommersiya firmalarında və ya digər idarəetmə vahidlərində qərar qəbul etmək üçün tətbiqidir. Əsas anlayışlar ayrı-ayrı istehlakçıların, firmaların və sənayelərin davranışını öyrənən mikroiqtisadiyyatdan götürülmüşdür ki, bunlara digər təhlil vasitələri də əlavə edilmişdir: məhsullara cari və gələcək tələbatın qiymətləndirilməsi üçün statistik üsullar; mənfəəti artırmaq, xərcləri minimuma endirmək və məhsulların ən sərfəli kombinasiyasını seçmək üçün əməliyyatların tədqiqi və proqramlaşdırma üsulları; qərarlar nəzəriyyəsi və oyun nəzəriyyəsi, menecerlərin fəaliyyət göstərdiyi qeyri-müəyyənlik və qeyri-müəyyən bilik şərtlərini tanıyaraq, investisiya imkanlarını qiymətləndirmək üsullarını sistemləşdirmək.
İdarəetmə şəbəkəsi
Dövlət idarəetmə formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Körpü idarəetmə sistemi
Körpü idarəetmə sistemi və ya BMS körpülərin dizaynı, tikintisi, istismarı və saxlanılması, onların idarə olunması üçün vasitədir. Mövcud vəsaitlər daha çox artdıqca, dünyada yol idarələri körpülərin idarə olunması ilə bağlı problemlərlə üzləşirlər və böyük infrastruktur obyektlərinin saxlanılması üçün ehtiyac artır. Köprü idarəetmə sistemləri tikinti inventar və yoxlama məlumat bazaları, texniki baxım, sistemli bir şəkildə təmir və reabilitasiya (MR & R) müdaxilələri, maliyyə resurslarının ayrılmasını optimallaşdırmaq və körpü istifadəçilərinin təhlükəsizliyini artırmaqda qurumlara kömək edir. Körpünün idarə edilməsində əsas vəzifələrə inventar məlumatlarının toplanması, müayinə, vəziyyətin və qüvvənin qiymətləndirilməsi, komponentlərin təmiri, möhkəmləndirilməsi və ya dəyişdirilməsi, və fondların ayrılmasının prioritetləşdirilməsi daxildir. BMS, xərclərin məhdudlaşdırılmasında xidmət proqramlarını formalaşdırmaq üçün körpü məlumatlarını idarə etmək vasitəsidir. BMS dörd əsas komponentdən ibarətdir: məlumatların saxlanması, dəyəri və pozulma modelləri, optimallaşdırma və analiz modelləri və funksiyaları yeniləmək. 1980-ci illərdə dövlət və federal səviyyələrdə effektiv və körpülərin idarə olunması sistemlərinin (BMS) inkişaf etdirilməsində əhəmiyyətli maraq görüldü.
Qrönobl İdarəetmə Məktəbi
Qrönobl İdarəetmə Məktəbi — Fransanın Qrönobl və Paris şəhərlərində fəaliyyət göstərən idarəetmə elmləri təmayüllü, üçqat akkreditasiyalı ali təhsil müəssisəsi. Ali təhsil müəssisəsi 1984-cü ildə yaradılmışdır. Hazırda bakalavr, magistratura və doktorantura pillələrində idarəetmə üzrə kadr hazırlığını həyata keçirir.
Sabitlik və idarəetmə
Sabitlik və idarəetmə təyyarənin — uçuş dinamikasının bir-biri ilə əlaqəli xüsusiyyətləridir. Təyyarənin idarəolunması onun rejimi dəyişdirmək qabiliyyətidir pilotun istəyi ilə uçuş (idarəetmə qollarını rədd etdikdə). Eyni zamanda nəzarət qollarının hərəkətləri sadə olmalıdır və onlara kiçik, lakin yaxşı hiss olunan səylərlə müşayiət olunmalıdır. Təyyarə sabitliyi — müstəqil olaraq, pilot müdaxiləsi olmadan verilən uçuş rejimini qorumaq və xarici iğtişaşlar dayandırıldıqdan sonra orijinal tarazlığa qayıtmaq. Başqa sözlə, N. E. Jukovskinin müəyyən etdiyi sabitliyi tarazlığın "gücü" kimi başa düşmək olar. Təyyarə hər üç oxa münasibətdə sabit olmalıdır. Yaxşı dayanıqlıq xüsusiyyətləri daha yaxşı işləmək üçün vacibdir. Sabit bir təyyarənin idarəetmə qolları ilə daha sadə hərəkətləri və pilotun sinir və əzələ enerjisini idarəetməyə az xərcləməsi var. Baxışın rahatlığı üçün sabitlik şərti olaraq statik sabitliyə bölünür — vaxtın başlanğıc anında pozulmuş tarazlığı bərpa etmək meylini aşkar etmək üçün bir təyyarənin mülkiyyəti və dinamik sabitlik — Narahatlıq dayandırıldıqdan bir müddət sonra pilot müdaxiləsi olmadan ilkin uçuş rejimini bərpa etmək üçün bir təyyarənin mülkiyyəti. Uzunlamasına statik sabitlik həddindən artıq yükləmə sabitliyinə bölünür — təyyarənin pilot müdaxiləsi və sürət olmadan orijinal uçuş rejiminin həddindən artıq yüklənməsini müstəqil şəkildə qoruyub saxlamaq qabiliyyəti — təyyarənin pilot müdaxiləsi olmadan orijinal uçuş rejiminin sürətini müstəqil şəkildə qorumaq imkanı.
Saytın idarəetmə sistemləri
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir. VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər.
İdarəetmə Sistemləri İnstitutu
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır. İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni intellekt texnologiyaları; Sosial-iqtisadi sistemlərin tədqiqi. Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi. 1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır. 1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır.
İdarəetmə paneli (Windows)
İdarə etmə paneli (ing. Control Panel) Microsoft Windows-un istifadəçi interfeysinin bir hissəsidir. Bu panel vasitəsilə sistem quraşdırılması üzrə əsas vəzifələri yerinə yetirmək olar. Məsələn, qurğuların əlavə edilməsi və nizamlanması, proqramların quraşdırılması və ləğv edilməsi, istifadəçi hesablarının idarə edilməsi, xüsusi imkanların əlavə edilməsi və s. Sadaladığımız bu və digər imkanlar idarə panelinin appletləri hesab olunur və .cpl fayl uzantısı ilə sistem qovluğunda qorunur.. Belə faylların əksəriyyəti C:\Windows\system32 və C:\Windows\winsxs (bu qovluqların altqovluqlarında) sistem qovluqlarında yerləşdirilmişdir. İdarə etmə panelində görünən bütün tətbiqlərin mənbə faylı məhz bu qovluqlardadır. İdarə panelində appletlərin əksəriyyəti Microsoft istehsalının müəyyən edilmiş sistem utilitlərindən təşkil olunmuşdur, amma bəzi hallarda kənar istehsalçılar tərəfindən öz proqram və ya aparat məhsulunu rahat idarə etmək üçün Windows 7 İdarə panelinə öz tətbiqlərini əlavə edirlər. İlk dəfə İdarə etmə paneli Windows 2.0 versiyasında çıxmışdır. Zamanla tətbiqlərin sayının artması ilə bu tətbiqləri kateqoriyalar üzrə çeşidləmək mümkündür.