İLTİYAMPƏZİR
İLTİZAMƏN
OBASTAN VİKİ
İltizam
İltizam (ərəbcə التزام) — Osmanlı imperiyasında XV əsrdə tətbiq edilən vergilərin toplanması forması. Ərəbcə lüzum sözünün kökündən törəyən iltizam sözü lüğətdə "öhdəsinə götürmə, lazımlı sayma, bir tərəfi tutma" kimi mənaları verir. Termin kimi "xüsusi bir şəxsin dövlətə aid hər hansı bir vergi gəlirini toplamağı müəyyən illik ödəniş qarşılığında öhdəsinə götürməsi" deməkdir. Bu vergini toplamaq öhdəliyi olan şəxsə "mültəzim" deyilirdi. İltizamla eyni mənanı verən təəhhüd, ihalə, füruxt terminləri də istifadə edilmişdir. Bugünkü sözlərlə ifadə edilərsə, vergi toplanmasının özəlləşdirilməsi formasında olan iltizam sistemi XX əsrin əvvəllərinə qədər dünyanın bir çox ölkəsində istifadə edilmiş vergi toplanması formasıdır. Bu sistem Osmanlı imperiyasında illik olarraq əyalətlərdə tətbiq olunurdu. XVI əsrin sonlarından başlayaraq uzun müddət davam edən müharibələr və ticarət yollarının dəyişməsi Osmanlı imperatorluğunun iqtisadiyyatını pozaraq xəzinədə nağd pul çatışmamazlığına səbəb oldu. Bu səbəbdən də timar sisteminin tətbiq olunduğu əyalətlərdə də iltizam sistemində vergi daha çox məhsul olaraq toplanılırdı. Fateh Sultan Mehmed dövründən başlayaraq tətbiq olunan iltizam sistemi 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salan tənzimat islahatları ilə toplanan pullar birbaşa xəzinəyə təhvil verilməsi ilə ləğv edildi.
İltizam Yusifov
İltizam Yusifov (azərb. Yusifov İltizam Balayusif oğlu‎; 1 dekabr 1963, Əli-Bayramlı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Yusifov İltizam Balayusif oğlu 01 dekabr 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub. Şəhər 9 saylı orta məktəbini bitirib. Moskva Enetgetika institutunun məzunudur. Əmək fəaliyyətinə 1986-cı ildə NeftGazAvtomat Elmi-İstehsalat Birliyinin (Sumqayıt) Avtomatika və Telemexanika zavodunda başlayıb. Sonradan "Shirvan Oil" Birgə Müəssisəsində əmək fəaliyyətini davam etdirib. 2003-cü ildən həmin müəssisədə rəhbər vəzifə olub Müəssisənin Bölgə direktoru olub, Shirvan Operating Company ltd" Vitse-Prezidenti vəzifəsində olub. Texnika üzrə fəlsəfə doktorudur. Dərc olunmuş 18 elmi məqalənın, 4 patent müəllifidir.
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir. Rus dilini bilir. İngilis dili təhsili almışdır. Evlidir. 2 övladı var. İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
İltizam Əkbərov

Значение слова в других словарях