imirçimiş 2021
imitasiya
OBASTAN VİKİ
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılıq imiş (film, 2008)

Kuybışev (İmişli)
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Lokomotiv İmişli FK
Lokomotiv futbol klubu. İmişlidə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Mil-Muğan İmişli FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Avropa kuboklarında iştirak == Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. == Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində == 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. == Mil Derbisi == Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Mürsəlli (İmişli)
Mürsəlli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məhəmmədli (İmişli)
Məhəmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli (İmişli)
Məmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Məzrəli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Qaralar (İmişli)
Qaralar — Azərbaycan Respublikasının İmişli rayonunun eyni adlı kənd inzibati ərazi dairəsində kənd.
Qaralar bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaraqaşlı bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlili (İmişli)
Qaravəlili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1020 nəfərdir ki, onun da 502 nəfəri kişi, 518 nəfəri isə qadındır. === Tanınmış şəxsləri === Bəhram Saffan oğlu Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru. Zahidov Nazim Asəf oğlu (Nazim Zahid) — rus dili müəllimi, şair, Azərbaycan Yazıçılar birliyinin üzvü. == Din == Kənddə "Şıxlar" məscidi dini icması fəaliyyət göstərir.
Qulubəyli (İmişli)
Qulubəyli — Azərbaycan Respublikası İmişli rayon Xəlfəli kənd inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 2647 nəfərdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qulubəyli kəndi Muradalılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qulubəyli kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 2647 nəfərdir.
Qızılkənd (İmişli)
Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əsrlərə aid edilən "Qızıltəpə" qala-yaşayış yerinin və "Qala yeri" kimi tanınan tarixi Alban məbədi ərazisinin adı ilə bilavasitə bağlıdır. Kəndin ən ilkin variantda adı "Qızılvəng " olmuşdur. "Vəng" Alban dilindəki " vank" sözündəndir, mənası: kilsə, monastır, məbəd deməkdir. Bu baxımdan ad: "qızıl kilsə/ qızıllı kilsə", "qızıllı məbəd ", "qızıl monastır/ qızıllı monastır" anlamına gəlir. Daha sonralar "vəng" sözündə səs düşümü olmuş və yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir. 2017-ci ildə kənd ərazisində antiq nekropoldan üzərində Makedoniyalı İsgəndərin təsviri olan gümüş sikkələrin tapılması hələ eramızdan əvvəl ərazidə yaşayış məskəninin olmasını sübut edir.[1] Bunu da qeyd etmək lazımdır ki, XIX əsrdən əvvəl " kənd" sonluğu ilə bitən yaşayış məntəqəsi adlarına rast gəlinmir. Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır == Tarixi == İndiki Qızılkənd köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb.
Qızıltəpə (İmişli)
Qızıltəpə— İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən hündür təpə. Bu abidə 2018,2019 və 2020-ci illərdə tarixçi Arxeoloq Mikayıl Mustafayevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində tədqiq olunmuş və bir sıra qiymətli maddi qalıqlar aşkar edilib. Qızıltəpədə aparılan arxeoloji qazıntılar nəticəsində Xll əsrə aid Eldənizlər dövlətinin pulları, Ox ucluqları ,800 ilə aid qalanın divarı, yaşı 800 ildən artıq olan təndir və çoxlu saxsı (keramika) qabların nümunələri tapılıb. İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: "Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Hazırda yerləşdiyimiz yer Qızıltəpə ərazisidir və ən böyük abidələrdən biridir. Bura artıq təpə yox, möhtəşəm qəsr hesab edilir.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Coğrafiyası == Kənd düzənlikdə yerləşir.
Sarxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Sarıxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Semyonovka (İmişli)
Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əsrlərə aid edilən "Qızıltəpə" qala-yaşayış yerinin və "Qala yeri" kimi tanınan tarixi Alban məbədi ərazisinin adı ilə bilavasitə bağlıdır. Kəndin ən ilkin variantda adı "Qızılvəng " olmuşdur. "Vəng" Alban dilindəki " vank" sözündəndir, mənası: kilsə, monastır, məbəd deməkdir. Bu baxımdan ad: "qızıl kilsə/ qızıllı kilsə", "qızıllı məbəd ", "qızıl monastır/ qızıllı monastır" anlamına gəlir. Daha sonralar "vəng" sözündə səs düşümü olmuş və yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir. 2017-ci ildə kənd ərazisində antiq nekropoldan üzərində Makedoniyalı İsgəndərin təsviri olan gümüş sikkələrin tapılması hələ eramızdan əvvəl ərazidə yaşayış məskəninin olmasını sübut edir.[1] Bunu da qeyd etmək lazımdır ki, XIX əsrdən əvvəl " kənd" sonluğu ilə bitən yaşayış məntəqəsi adlarına rast gəlinmir. Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır == Tarixi == İndiki Qızılkənd köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb.
Xoşçobanlı (İmişli)
Xoşçobanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Xoşçobanlı kənd məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == Kənd əhalisinin sayı 1356 nəfərdir ki, onun da 708 nəfəri kişi, 648 nəfəri isə qadındır.[mənbə göstərin] === Tanınmışları === Rövşən Nicat (Əliyev Rövşən Aslan oğlu) — rejissor, senarist, rəssam, bəstəkar, ifaçı.
Xubyarlı (İmişli)
Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərin] Araz çayının sağ sahilində, Mil-Muğan su kanalı boyu, Bakı-Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərin] == Toponimikası == İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.

Digər lüğətlərdə