Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buxaqlı qaçağanlar
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Bucaq
Bucaq — bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 360° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsi Bir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Korcabulaq (bulaq)
Korcabulaq — Laçın rayonunun Quşçu kəndində bulaq. Mənbəyi 10–12 m² ərazini tutsa da, sonradan qazmalar nəticəsində ərazi genişləndirilib və abidə-bulaq halında (ilk dəfə) 1934-cü ildə Kərim Kərbəlayı Nəzər oğlunun şəxsi vəsaiti hesabına istifadəyə verilib. Tağvaridir, üzü şərqə baxır, 2x1x0.80 həcmində 4 novdan ibarətdir (ikisi içəridə, ikisi bayırda). Hər iki tərəfində kiçik dərə, qarşısında isə şose yolu var. Qaraçöp ərazisində kiçik dərələrin qovuşuğunda yerləşir.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Qara Bulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qotursu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qotursu (bulaq)
Qotursu – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində, Viləşçayın sahilində yerləşən bu mineral bulaq ən yüksək debitli və temperaturlu 17 bulaqdan ibarətdir. Bulağın suyundan müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qoturlu bulaq Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızılvəng (bulaq)
Qızılvəng – Azərbaycan Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin yaxınlığında yerləşən mineral su bulağı. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin 18 km cənub-şərqində, Şordərə çayının dərəsində yerləşir. Suyu soyuq və acı-şordur. Hidronim adını ərazidəki eyniadlı "Qızılvəng məbədi"ndən almışdır. Oykonim qızıl (qırmızı) və vəng ("kilsə", "məbəd" deməkdir) komponentlərindən ibarətdir. Qızılvəng məbədi Qızılvəng qəbristanı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.60.
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli orqanlara xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Xaltan (bulaq)
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. Xaltan kəndi "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
İlisu (bulaq)
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İlıqsu (bulaq)
İlıqsu — Azərbaycan Respublikasının Laçın rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. İlıqsu — Azərbaycan Respublikasının Laçın rayonunun ərazisində, dəniz səviyyəsindən1600 metr hündürlükdə Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olub ilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır. Qeyd edək ki, Laçın rayonunun , xüsusilə də Minkənd və Əhmədli kəndlərinin ərazilərində onlarla Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. İlıqsu hidronimi bəzi mənbələrdə "İlxısu", "İstisu" variantlarda işlənmişdir. Hətta keçən əsrin sonlarında ətraf rayonlardan bura dincəlmək üçün minlərlə insan gələrdi. Aşağı İstisu bulağı Yuxarı İstisu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.257.
Şor bulaq
Şor Bulaq (Xoy) —
Şırlan (bulaq)
Şırlan – Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kəndinin ərazisində mineral bulaq. Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kəndinin ərazisində, Xəlfəli çayının başlanğıcında, dəniz səviyyəsindən 1600 metr hündürrlükdə yerləşən bu mineral bulaq üç bulağın ümumi adıdır. Şırlan mineral bulağı Şuşa şəhərindən 18 km qərbdə, Sarıbaba dağının ətəyində qərar tutmuşdur. Suyu turş və içməlidir. Bulaq suyun axma rejiminə (şırıltı ilə tökülməsinə) görə belə adlandırılmışdır. Şırlan Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.218.
Bulaq iyəsi
Venöz bucaq
Venöz bucaq (lat. angulus venosus) həmçinin Pirogov venoz bucağıda adlanır — körpücükaltı və daxili boyun venalarının birləşməsi. O, brakiosefalik damar əmələ gətirir. Torakal kanal sol venoz bucaqda, sağ limfa kanalı isə sağ venoz bucaqda axır. Venöz bucaqda, yuxu qişası və qoltuqaltı qişa bir-birinə qarışaraq davamlı neyrovaskulyar örtük əmələ gətirir.
Pir Budaq
Pirbudaq
Bucaq (tayfa)
Bucaq — Şanlıurfanın Sivərək və Hilvan rayonlarında məskunlaşmış zaza tayfası. 60 kənd var. Əhalisi 150 min nəfərdən ibarət olan tayfa XIX əsrin əvvəllərində Diyarbəkirdən Siverekə köçmüşdür. Şeyx Səid üsyanında dövlətin tərəfinə keçmişdilər. Onlar PKK ilə mübarizədə Türkiyənin yanında olmuşlar. Sədat Bucaq tayfanın tanınmış adları arasındadır.