İNCİTMƏK

1. İNCİTMƏK [Vahid:] Bilirəm ata, mən sizi çox incitmişəm (M.İbrahimov); BİDAD ELƏMƏK/ETMƏK ..Ağabala danışırdı ki, qolçomaq tayfası kənddə bidad eləyir (S.Rəhimov); ƏZİYYƏT VERMƏK Əmisinə gəldikdə, o da Məlahətə başqa cür əz iyyət verirdi (S.S.Axundov); GÖZÜMÇIXDIYA SALMAQ (dan.) Nazlı: İncidirlər də məni, salıblar gözümçıxdıya, bilirlər ki, dalımda adamın yoxdur (Anar); ÖLDÜRMƏK (məc.) Öldürür mən yazığı; Qəsdən qanım içir zalım.. (Aşıq Ələsgər); SİTƏM ETMƏK (ELƏMƏK) Dayə: Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri yazıq arvada sitəm eləyirmiş (Çəmənzəminli); ƏZAB VERMƏK, İZTİRAB VERMƏK, ZÜLM ELƏMƏK/ETMƏK.

2. İNCİTMƏK (yara haqqında) [Həmid:] Hər əlinə bir iki pudluq götürdü, yarası daha onu çox incitmirdi (H.Abbaszadə); AĞRITMAQ Çarpanaq yaralarının yeri.. ağrıtmırdı (Ə.Əbülhəsən); ƏZİYYƏT VERMƏK Pyotr Anisimoviç Həmidə: De görüm necəsən, yaran əziyyət vermir ki?.. (H.Abbaszadə).

3. incitmək bax küsdürmək

İNCİMƏK
İNDİ

Значение слова в других словарях