İNQİLABÇI

1. сущ. инкъилабчи, революционер, инкъилабдин иштиракчи; 2. инкъилабдин идеяяр гвай, инкъилабдин руьгьда авай (мес. фяле); 3. пер. илимдин са хиляй, техникада ва мс. цӀийивал, асаслу дегишвал авур кас.
İNQİLABBAZLIQ
İNQİLABÇILIQ
OBASTAN VİKİ
İnqilabçı
İnqilabçı — inqilabı hazırlayan, ona hazırlaşan və onda fəal iştirak edən şəxs. Dissidentlər kimi keyfiyyət dəyişiklikləri istəyirlər, ancaq dissidentlər onu dinc, qeyri-zorakılıq yolu ilə olmasına çalışırlar. Nechayev, Spartacus Educational website by John Simkin "Socialism and Man in Cuba" A letter to Carlos Quijano, editor of Marcha, a weekly published in Montevideo, Uruguay; published as "From Algiers, for Marcha: The Cuban Revolution Today" by Che Guevara on March 12, 1965 'Krant', M.L.Verma (1997). Sarfaroshi Ki Tamanna. Delhi India: Praveen Prakashan. p. 174.
İnqilabçı Hərəkat
İnqilabçı Hərəkat (türk. Devrimci Hareket) və ya tam adı ilə İmperializmə və Oliqarxiyaya Qarşı İnqilabi Hərəkat (türk. Emperyalizme ve Oligarşiye Karşı Devrimci Hareket) — İnqilab yolu ənənəsinin davamı olaraq nəşr olunan aylıq siyasi jurnaldır. Bu günə kimi 49 sayı işıq üzü görüb, ilk nömrəsi 1 fevral 1997-ci ildə çap olunub. 2004-cü ildə jurnalın yazarlarından olan Öndər Babatın öldürülməsi 2007-ci ildə THKP-C/Dev-Yol əməliyyatı zamanı jurnalla əlaqəsi olan bir çox adamın məhkəməsi, 2010-cu ildə isə baş redaktorunun məhkəməsi ilə gündəmə gəlmişdir. Derginin sitesi Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Twitter Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine Facebook Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine Dergi Sahibine "Anonim Örgüt Propagandası"ndan Ağır Ceza Devrimci Hareket Dergisi:Yazarımız Mehmet Yeşiltepe Bir Komployla Karşı Karşıya Yeşiltepe neden içeride?
Baba Əliyev (inqilabçı)
Baba Əliyev (Tam adı: Baba Əliyoldaş oğlu Əliyev; 1877, Mərdəkan, Bakı qəzası – 3 yanvar 1937) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Repressiya qurbanı. == Həyatı == Baba Əliyev 1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil almışdır. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905–1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda Hümmət Partiyasının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917–1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparmış, Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir.
Bünyad Sərdarov (inqilabçı)
Bünyad Mədət oğlu Sərdarov (əsl soyadı: İbrahimov; 1889, Qarğabazar, Cəbrayıl qəzası – aprel 1919, Xəzər dənizi) — Azərbaycan inqilabçısı, bolşevik. Azərbaycanda Sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, Hümmət təşkilatının üzvü. Azərbaycan SSR əməkdar memarı Sərdar Sərdarovun atasıdır. == Xatirəsi == Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.
Qasım İsmayılov (inqilabçı)
Qasım İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü. Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdır Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Rəhim Hüseynov (inqilabçı)
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Qardaşı Müseyib Hüseynov Azərbaycan SSR xalq səhiyyə komissarı və daha sonralar repressiya qurbanı olmuşdur. Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur. 1938-ci ildə ölmüşdür. Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir. Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur. Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir.
Sosialist İnqilabçı Partiyası
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Əli Bayramov (inqilabçı)
Əli Bayram oğlu Bayramov (1889, Lahıc, Şamaxı qəzası – 23 mart 1920) — Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim. Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olmuşdur. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirmişdir. 1920-ci il aprelin 7-də öldürülmüşdür. Birinci Fəxri Xiyabanda dəfn olunub. Əli Bayramov Ceyran xanımla ailə həyatı qurur. İki övladı doğulur. Sonralar Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun yoldaşı Ceyran Bayramovanı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri

Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi. Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi. YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
Xalq İnqilabçı Partiyası (Vyetnam)
Vyetnam Xalq İnqilabçı Partiyası (VXİP; vyet. Đảng Nhân dân Cách mạng Việt Nam) — Cənubi Vyetnamda 1962-ci ildə yaradılmış siyasi partiya. Partiya Vyetkonq üsyanı üçün liderlik etmişdir. 1976-cı ildə partiya Şimali Vyetnamda Vyetnam Fəhlə Partiyası ilə birləşərək Vyetnam Kommunist Partiyasını yaratmışdır. VXİP 1 yanvar 1962-ci ildə təsis edilmişdir. Onun əsası 18 yanvar 1962-ci ildə "Radio Hanoi" tərəfindən ictimai formada elan edilmişdir. Partiyanın bəyan etdiyi məqsədlər imperializm, feodalizm və müstəmləkəçiliklə mübarizə idi. VXİP açıq şəkildə kommunist partiyası deyildi, lakin 18 yanvar "Radio Hanoi"un yayımına görə Cənubi Vyetnamda marksist–leninistləri təmsil edirdi. VXİP-yə tez-tez Cənubi Vyetnam üzrə Mərkəzi İdarə adlandırılan mərkəzi komitə rəhbərlik edirdi. VXİP Vyetkonqun aparıcı qüvvəsi idi.
Türkiyə İnqilabçı Gənclik Federasiyası
Türkiyə İnqilabçı Gənclik Federasiyası (türk. Türkiye Devrimci Gençlik Federasyonu), tez-tez sadəcə olaraq İnqilabçı Gənclik (türk. Devrimci Gençlik , DEV-GENÇ) adlanır — 1965-ci ildə Türkiyədə təsis edilən və 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra fəaliyyəti qadağan edilmiş, bir müddət gizli təşkilat olaraq fəaliyyətini davam etdirən marksist–leninist təşkilat. 1965-ci ildə Debat Klubları Federasiyası kimi təsis edilmiş və 1969-cu ildə adı dəyişdirilmişdir. Dev-Genç üzvləri 1969-cu ildə Ankarada universitet şəhərciyini ziyarət edərkən ABŞ səfiri Robert Komerin avtomobilini yandırmışdılar. Dev-Genç üzvləri ABŞ-ın 6-cı donanmasının Türkiyədə lövbər salmasına qarşı etirazlarda iştirak etmiş, həmçinin 15–16 iyun 1970-ci ildə işçilərin aksiyalarında fəal rol oynamışdılar. 1971-ci il dövlət çevrilişindən sonra Dev-Genç üzvü olduğu iddia edilən 226 nəfər Ankara 1 saylı Hərbi Məhkəməsində, 154 nəfər İstanbul 2 saylı Hərbi Məhkəməsində, 34 nəfər isə Diyarbəkir Hərbi Məhkəməsində mühakimə olunmuşdur.
İnqilabçı Fəhlə Partiyası (Türkiyə)
İnqilabçı Fəhlə Partiyası (İFP; türk. Devrimci İşçi Partisi, DİP) — Türkiyədə trotskiçi və beynəlmiləlçi sosialist siyasi partiya. DİP Dördüncü İnternasionalın Yenidən Yaradılması üzrə Koordinasiya Komitəsinin bölməsidir. 2014-cü ilin fevralında DİP Antalyada üzvlərindən birinin siyasi müdafiəsini həyata keçirmişdir. 2014-cü ilin ortalarında digər CRFI təşkilatlarının nümayəndələri ilə konfrans keçirmişdir.
İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır. Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir. 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür. 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür. 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər. 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür. 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür. 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür. 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi

Türkiyə İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyası
Türkiyə Tərəqqi Həmkarlar İttifaqları Konfederasiyası (türk. Türkiye Devrimci İşçi Sendikaları Konfederasyonu, DİSK) — Türkiyənin dörd böyük milli həmkarlar ittifaqı mərkəzindən birid 1967-ci ildə Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasından ayrılan həmkarlar ittifaqı olaraq yaradılmışdır və 327,000 üzvü var. DİSK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Dünya Həmkarlar İttifaqları Federasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlıdır. ICTUR; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7. DİSK rəsmi saytı.
İnqilabçı Sosialist Fəhlə Partiyası (Türkiyə)
İnqilabçı Sosialist İşçi Partiyası (türk. Devrimci Sosyalist İşçi Partisi, DSİP) — Türkiyədə trotskiçi partiya. 1997-ci ildə trotskiçi "Sosyalist İşçi" jurnalından Şövkət Doğan Tarkan və dostları tərəfindən təsis edilmişdir. Qrupun 1980-ci ildə Türkiyədə dövlət çevrilişindən əvvəl ifrat solçu "Qurtuluş Hərəkatı" ilə əlaqələri var idi. DSİP Beynəlxalq Sosialist Tendensiyasının Türkiyə bölməsidir. DSİP "Altüst" siyasi jurnalını dəstəkləyir. Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalqların Demokratik Konqresinin iştirakçılarından biridir. Bir vaxtlar Gənc Mülki Şəxslər Təşəbbüsü ilə gündəmdə olan DSİP üzvü vəkil Müctəba Qılınc 2016-cı ildə "FETÖ" əməliyyatı çərçivəsində saxlanılmışdır.
İnqilabçı rus sosial-demokratlarının xarici cəmiyyəti
İnqilabçı rus sosial-demokratlarının xarici cəmiyyəti — V. İ. Leninin təşəbbüsü ilə 1901-ci ilin oktyabrında təsis edilmiş cəmiyyət. Cəmiyyətə "İskra" və "Zarya" təşkilatının xarici şöbəsi və ("Əmək azadlığı" qrupunu ehtiva edən) "Sosial-demokrat" təşkilatı daxil olmuşdu. Cəmiyyətin vəzifəsi inqilabçı sosial-demokratiya ideyalarını yaymaqdan və mübariz sosial-demokrat təşkilatı yaratmaqdan ibarət idi. Cəmiyyət (nizamnaməsinə görə) "İskra" təşkilatının xarici şöbəsi idi. O, xaricdəki rus sosial-demokratlarından "İskra" tərəfdarlarını öznə cəlb edir, maddi cəhətdən qəzetə kömək edir, qəzetin Rusiyaya çatdırılmasını təşkil edir və kütləvi marksizm ədəbiyyatı nəşr edirdi. RSDFP-nin II qurultayı Cəmiyyəti nizamnamə komitə hüququ olan vahid xarici partiya təşkilatı olaraq qərarlaşdırdı və ona bir vəzifə olaraq RSDFP MK-nın rəhbərliyi və nəzarəti altında işləməyi tapşırdı. RSDFP-nin II qurultayından sonra Xarici cəmiyyətdə menşeviklər möhkəm yer tutaraq, Leninə, bolşeviklərə qarşı mübarizə etməyə başladılar. 1903-cü ilin oktyabrında RSDFP-nin III qurultayında menşeviklər Cəmiyyətin yeni nizamnaməsini keçirdilər. Bu nizamnamə RSDFP-nin II qurultayında qəbul edilmiş partiya nizamnaməsinin əleyhinə idi. Həmin vaxtdan etibarən Cəmiyyət menşeviklərin istinadgahı olmuş və 1905-ci ilədək mövcud olmuşdur.
Azərbaycan Sosialist İnqilabçılar Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. == Tarixi == === Sələfi === 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918-ci il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.
Sosialist İnqilabçılar Partiyası
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
İnqilabçılıq
İnqilabçılıq və ya radikalizm — 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində liberalizmin nəzdnindəki tarixi bir siyasi hərəkat, sosial liberalizmin öncüsü. Radikal metodlardan istifadə edərək dəyərlər sistemi və inqilabi yollar çərçivəsində sosial dəyişikliyə və sosial strukturlara yönəlmiş siyasi prinsipləri müdafiə edir. Latınca "kök" mənasını verən radix sözündən götürülmüşdür. İstifadəsi sosial nizama çox böyük bir miqyasda təsir edən dəyişiklikləri ehtiva edən ifrat siyasi islahatlar etməyə cəhdlər etmək və ya dəstəkləməkdir. Radikalizm özü-özlüyündə ifrat bir siyasi görüşə inanmaq və ya ifrat bir siyasi baxışı dəstəkləmək ola biləcəyi kimi, ifrat olmayan və ya ifrat bir baxış kimi hələ doğulmamış bir siyasi düşüncəni ifrat elementlərlə dolduraraq onu yeniləmək ola bilər. Ekstremizm anlayışı subyektiv ola bildiyindən radikalizm anlayışı da subyektiv ola bilər. On doqquzuncu əsr Siyasi Elm Ensiklopediyası (1881, 1889) radikalizmi "radikalizm prinsiplərindən çox praktikaları ilə xarakterizə olunur" kimi təsvir edir.
Sosialist-inqilabçılar
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.

Digər lüğətlərdə