İNSİDENT

is. \[lat. incideens "baş verən"\] Toqquşma, hadisə, anlaşılmazlıq, münaqişə. Yasamal rayonu ərazisində silahlı insident baş verib.
İNSAYDER
İNSOLYASİYA
OBASTAN VİKİ
İnsident
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Aviasiya qəzaları və insidentləri
Aviasiya qəzası — bir təyyarənin, vertolyotun uçuşu əsnasında meydana gələn qəza. Aviation Safety Network Established in 1996. The ASN Safety Database contains descriptions of over 15800 airliner, military and corporate jet aircraft accidents/incidents since 1921. Bureau of Aircraft Accidents Archives Established in 2000. The B3A contains descriptions of over 22,000 airliner, military and corporate jet aircraft accidents since 1918. National Transportation Safety Board Accident Database & Synopses Aviation Statistics Arxivləşdirilib 2015-03-11 at the Wayback Machine Statistical and geospatial analysis of general aviation accidents.
Feterston insidenti
Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi. Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür. Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur. 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir. Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər. Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.
Kaba dağı insidenti
Kaba dağı insidenti (加波山事件, Kaba-san ciken) – 1884-cü ildə Yaponiyada Liberal partiyanın radikal üzvlərinin Meyci hökuməti üzvlərinə qarşı planlaşdırdıqları sui-qəsd cəhdi. 23 sentyabr 1884-cü ildə 16 üsyançı İbaraki prefekturasının Kaba dağı regionunun sakinləri üçün inqilab manifesti yaymışdırlar. 24 sentyabrda yerli polislər və Tokiodan göndərilmiş qoşunlar üsyançılarla toqquşmuş, nəticədə bir polis və bir üsyançı ölmüşdür. Kaba dağı insidenti 1880-ci illərin əvvəllərində Yaponiyada baş verən bir sıra insidentdən biri idi. Bu insidentlərin çoxu Kanto regionunda baş verirdi. Bu insidentlərin iki ümumi xarakteristikası var idi: azadlıq və insan hüquqları hərəkatı ilə əlaqədar olması; Meyci hökumətinin iqtisadi islahatlarının fermerləri yoxsullaşdırmasından sonra iqtisadi tələblər. Kaba dağı insidenti hər iki xarakteristikaya malik olmaqla yanaşı, 1882-ci ildə baş vermiş Fukuşima insidentinə də cavab xüsusiyyəti daşıyırdı. Kaba dağı üsyançılarının bəziləri Fukuşima insidentində iştirak etməklə yanaşı, sui-qəsd hədəflərindən biri Fukuşima insidentinin yatırılmasında rol oynamış, Fukuşima prefekturasının keçmiş meri Mişima Miçitsune idi. Kaba dağı üsyançıları arasında Liberal partiyanın lideri Kono Hiranakanın qohumu Kono Hiromi də var idi. Hər ikisi də Fukuşima insidentinə görə tutulsalar da, Hiromi həbs cəzasından qaça bilmişdi.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (digər adı ilə CERT. GOV. AZ / az. KİMM, en. Computer Emergency Response Team) Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmət göstərir. Mərkəz Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir. kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması; kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq edilməsinə dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi; kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək etmək; kompüter təhlükəsizliyinin təmin edilməsinə dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkar edildikdə proqram təminatı satıcıları ilə əməkdaşlıq; dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi; kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki "CERT" şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi; dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərmək və təlimat keçirmək. Mərkəz ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: kompüter insidentləri haqqında informasiyasını vaxtlı-vaxtında qəbul edir və kompüter insidentlərinin qarşısının alınması, belə hallara yol verilməməsi və onların təhqiqi məsələlərində informasiya sistemlərinin və İnternet şəbəkəsinin istifadəçilərinə kömək göstərir; Mərkəzin saytı vasitəsilə istifadəçilərlə qarşılıqlı informasiya fəaliyyətini təmin edir, saytda istifadə edilməsi tövsiyə olunan kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin siyahısını və sorğu informasiyasını yerləşdirir; Mərkəz kompüter insidentlərinin aradan qaldırılmasına dair işlərin gedişində ona məlum olmuş informasiyanın həmin insidentdən zərər çəkmiş istifadəçinin razılığı olmadan üçüncü tərəfə bildirməyəcəyinə zəmanət verir. Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə, təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır. Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq hüququna malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır. Mərkəz ondan alınmış informasiyanın düzgün başa düşülməməsi nəticəsində istifadəçilərin təqsiri üzündən baş verə biləcək səhvlərə, zərərə, birbaşa və ya dolayı itkilərin digər növlərinə görə məsuliyyət daşımır.
Kompüter İnsidentlәri üzrә Mәslәhәt Mәrkәzi
Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi Enerji Departamentində orijinal kompüter hadisələrini tədqiq edən qrupdur Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi ABŞ Energetika Nazirliyi yanında 1989-cu ildə yaradılmışdı və Lawrence Livermore Milli Laboratoriyasında yerləşir. Mərkəzin əsas məqsədi Energetika Nazirliyi əməkdaşlarının və podratçılarının kompüter təhlükəsiz-liyinin təmin edilməsidir. FIRST-in təşkilatçılarından biridir. Internet istifadəçilərinin boşluqlar haqqında dövri məlumatlandırılması üçün CIAC mərkəzi də CERT/CC-yə analoji olaraq öz veb serverində (http://llnl.ciac.gov) və göndəriş siyahılarında informasiya bülletenləri (Advisories) nəşr edir. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Maria Luz insidenti
Maria Luz insidenti (マリア・ルス号事件, Maria-Rusu go Jiken) – 1872-ci ildə çinli işçiləri daşıyan eyniadlı ticarət gəmisinə görə Yaponiya ilə Peru arasında yaşanmış siyasi böhran. Bu insident Yaponiyanın məhkəmə sisteminin müstəqilliyini sınayan ilk hadisə olmuşdur. 9 iyul 1972-ci ildə Makaodan Kalyao şəhərinə gedən və çinli işçiləri plantasiyalara aparmaqda olan Peruya məxsus Maria Luz yük gəmisi təmir məqsədilə Yaponiyanın Yokohama limanına yaxınlaşır. Gəmi Yokohamada lövbər atdıqdan sonra çinli işçilərdən biri göyərtədən tullaraq Britaniyaya məxsus Iron Duke gəmisinə üzür. İngilislər onu yapon rəsmilərinə təslim edəndə çinli fəhlə gəmidə ona çox pis davranıldığı barədə şikayət edir, o və digər 231 çinli işçinin qorunmasını xahiş edir. Gəminin kapitanı Rikardo Herrera yapon rəsmilər tərəfindən çağırılır və çinli fəhlələrə pis davrandığı üçün tənqid edilir. Buna baxmayaraq, başqa bir çinli işçi də gəmidən qaçır və hadisə Britaniyanın Yaponiyadakı konsulu Robert Qrant Uotsonun qulağına çatır. Uotson gəmini ətraflı şəkildə tədqiq edir və hadisənin həqiqiliyini təsdiq edir. O, çinli sərnişinlərə az qala qul kimi davranıldığını müəyyən edir. Uotson Yaponiyanın xarici işlər naziri Soecima Taneomiyə yaxınlaşaraq tədbir görməsini xahiş edir.
Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır. Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər. Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir: Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi.
Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur. İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir. 1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir. Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.
Qırmızı bayraq insidenti
Qırmızı bayraq insidenti (赤旗 事件, Akahata Ciken) – 1908-ci ildə Yaponiya hökumətinin ölkədəki sosializm hərəkatına qarşı represiya dalğası başlatmasına səbəb olan hadisə. 22 iyun 1908-ci ildə bir qrup parlament nümayəndəsi ilə Tokioda yerləşən Kandanın Kinkikan zalında sosialistlərlə görüşərək aktivist Yamaquçi Qizanın həbsxanadan buraxılmasını qeyd edirdilər. Görüş zamanı radikal sosialistlər üzərində "anarxizm" və "anarxo-kommunizm" şüarları olan qırmızı bayraqlar qaldıraraq görüş təşkilatçılarının sakit görüş istəyinə qarşı gəlmişdilər. Sosialistlər bayraqları endirməmiş və zalı tərk edərkən "anarxiya" şüarları səsləndirmişdilər. Polislərlə sosialistlər arasında dava düşmüş və sonda 16 nəfər həbs olunmuşdur. İnsidentlə bağlı mübahisə Sayonçi Kinmoçinin başçılıq etdiyi kabinetin dağılmasına səbəb olmuşdur. Onu əvəz edən və Katsuro Taronun başçılıq etdiyi hökumət 15 avqustda baş tutan məhkəmədə sərt cəzalar vermişdir. İki nəfər məsum hesab edilmiş, 2 nəfər müvəqqəti, 12 nəfər isə 1 ildən çox həbs cəzası vermişdir. Sosialist başçı Osuqi Sakae 2 il yarım, Sakai Toşihiko və Yamaka Hitoşi isə 2 illik həbs cəzası almışdır. Huffman, James.
Tençuqumi insidenti
Tençuqumi insidenti (天誅組の変, Tençuqumi no hen) və ya Tençuqumi üsyanı – 29 sentyabr 1863-cü ildə Yaponiyanın Yamato vilayətində baş vermiş və şoqunluğa qarşı yönəlmiş üsyan. Özlərini "Tençuqumi", yəni "Cənnətin qisas bandası" adlandıran və imperatorluğa sadiq qrup tərəfindən təşkil olunan üsyan şoqunun birbaşa idarə etdiyi ərazidə baş vermişdi. İkuno iğtişaşı kimi bu insident də həmin dövrün əhəmiyyətli hadisələrindən biri hesab olunur. Çoşu vilayətindən olan, imperatora sədaqətli olan aktivistlərin Kiotoda üstünlük ələ keçirməsi nəticəsində 1863-cü ildə Sonno Coi hərəkatı pik nöqtəsinə çatmışdı. Xarici qüvvələrlə döyüşmək üçün imperatorun orduya başçılıq etməsini istəyən aktivistlər uğur qazanmaq üçün Yamato məbədlərinə ziyarət planlaşdırmışdılar. Ziyarət 25 sentyabrda anons edilmişdi. Növbəti gün 75 aktivistdən ibarət Tençuqumi qruplaşması imperatorluq ordusu toplamaq, regiondakı şoqunluq hakimiyyətini sona çatdırmaq və imperatoru qarşılamaq üçün Yamato vilayətinə yola düşmüşdür. Tosa hanından olan kənd başçısı Yoşimura Toratora baş komandir, gənc saray əyanı Nakayama Todamitsu isə nominal lider idi. Bir çox ronin, eləcə də, yerli samuray bu hərəkata qoşulmuşdu. 29 sentyabrda qrup şoqunluq intendantının Qoco şəhərində yerləşən ofisinə hücum edərək onu və müavinlərini öldürmüşdür.
Toranomon insidenti
Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi. Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi. İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir. Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı. Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi. 1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi. Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir. Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərə və anarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir. Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir. Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı.
Uğurlu əjdaha insidenti
Uğurlu əjdaha insidenti və ya Daigo Fukuryu gəmisi insidenti (第五福龍丸事件, Dayqo Fukuryu maru ciken) – 1954-cü ildə baş vermiş nüvə sınağı insidenti. Hadisə Yaponiyada ABŞ-nin nüvə sınaqlarına qarşı kəskin etirazlara səbəb olmuşdur. İnsident İkinci dünya müharibəsinin atom irsi, balıqçılıq sənayesində fasilə, okeanlarda balıqçılıq hüquqlarının dəqiqləşdirilməsi, ABŞ-nin yapon xalqının hislərinə və narahatçılıqlarına qarşı bivec olması kimi həssas məsələlərə toxunmuşdur. Hadisə gəminin 135 kilometr qərbində yerləşən Bikini adasında ABŞ tərəfindən həyata keçirilən termonüvə sınağı səbəbi ilə baş vermişdi. İnsidentdən bir il öncə ABŞ Bikini ətrafındakı təhlükə zonası barədə ümumi xəbərdarlıq yayımlasa da, müxtəlif sınaqların vaxtı və yeri haqqında məlumat paylaşmamışdı. Gəminin heyəti xəbərdarlıq haqqında məlumatlı idi və onlar güman edirdilər ki, təhlükə zonasından uzaqda əməliyyat icra edirdilər. Gəmi həqiqətən də təhlükə zonasından 32 kilometr uzaqda idi. 1 mart 1954-cü ildə, səhər saatlarında gəminin heyəti qərb tərəfdə səmada parlaq işıq müşahidə edib, 6-7 dəqiqə sonra isə partlayış səsi eşidiblər. Üç saat sonra radioaktiv kül onların gəmisinə tökülməyə başlayıb. Tezliklə gəmi heyətinin 23 üzvü ürəkbulanma, ağrı və dəri iltihabından əziyyət çəkməyə başlayıb, lakin onlar bunu partlayışla əlaqələndirmədikləri üçün hadisəni bildirməyiblər.
Xarab qan insidenti
Xarab qan insidenti (ing. Corrupted Blood incident) və ya World of Warcraft pandemiyası – 13 sentyabr 2005-ci ildə "World of Warcraft" onlayn video oyununda başlayan virtual pandemiya. Pandemiya Zul'Qurub adlı yeni basqının və Ruhsoyan Hakkar adlı bosun oyuna gəlməsindən son başlamışdır. Hakkar onunla döyüşən oyunçulara "Xarab qan" adlı yoluxucu və öldürücü debaff sehri tətbiq edirdi. "Xarab qan" effekti oyunda ancaq bir neçə saniyə çəkməli və Zul'Qurubun bölgəsində davam etməli idi, lakin proqramlaşdırma diqqətsizliyi ucbatından bu yoluxucu debaff bütün "World of Warcraft" dünyasında oyunçular arasında yayılmağa başlamış və virtual pandemiyaya çevrilmişdir. "Xarab qan" aşağı səviyyəli oyunçuları dərhal öldürdüyü üçün oyunun normal geympleyi dəyişmişdir. Belə ki, oyunçular infeksiyadan qorunmaq üçün oyunçuların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa başlamışdırlar. Proqramlaşdırma karantinalarına və oyunçuların oyundakı şəhərləri tərk etmələrinə baxmayaraq pandemiya 1 ay davam etmişdir. Nəhayət tətbiq edilən yeniləmələrdən sonra pandemiya sona çatmışdır. Hadisənin səbəb olduğu vəziyyət və reaksiyalar epidemioloqların diqqətini cəlb etmiş, real həyatda baş verə biləcək mümkün pandemiyalar üçün araşdırma mövzusu olmuşdur.
Yeddi professor insidenti
Yeddi professor insidenti (七博士意見書, Şiçihakase ciken) – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident. Rus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır. Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər. Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər. Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır. Müharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər. Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir. Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir. Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə).
İnsidentlər
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Şiçihakase insidenti
Yeddi professor insidenti (七博士意見書, Şiçihakase ciken) – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident. Rus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır. Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər. Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər. Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır. Müharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər. Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir. Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir. Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Ən ölümcül aviasiya qəzaları və insidentlərinin siyahısı
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı — məqaləsinə ticari sərnişin və kargo uçuşları, hərbi sərnişin və kargo uçuşları, yaxud bir hadisədə ən azı 50 nəfərin həlak olduğu ümumi aviasiya qəzaları və insidentləri daxildir. Terorist və ya digər hücumlar da daxil olmaqla 539 belə hadisə baş verib. Bunlardan 198-i ən azı 100 ölüm, 33-ü ən azı 200 ölüm, 8 qəza ən azı 300 ölüm, 4 qəza isə ən azı 500 nəfərin ölümü ilə nəticələnib. 1923-cü ildən (ilk belə qəza və hadisəsi 50-dən çox adamın ölümü ilə nəticələnib) bu günə kimi, yeddi qitədə və üç böyük okeanda 571 təyyarə bu qəzalardan qaça bilməmiş və bütün qəzalarda ümumilikdə 56 min 669 nəfər həyatını itirmişdir. 17 dekabr 1903-cü ildə Rayt qardaşlarının qabaqcıl uçuşundan beş il sonra, 17 sentyabr 1908-ci il, Tomas Selfric, Virciniya ştatının Fort Myer şəhərində Rayt Model A-nın nümayişi zamanı Orville Rayt ilə sərnişin kimi uçarkən motorlu uçuşun ilk ölümü oldu. 1909-cu ildə Eugène Lefebvre motorlu bir təyyarəni idarə edərkən həlak olan ilk şəxs oldu, ilk ölümcül havada toqquşma isə 19 iyun 1912-ci ildə Fransanın Douai yaxınlığında baş verdi və hər bir təyyarənin pilotu öldü. Bu ilk aviasiya ölümlərindən sonra ölümcül təyyarə qəzalarının miqyası təyyarələrin ölçüsü və tutumu ilə mütənasib olaraq artmışdır. Bir ildə bir aviaşirkətin iştirakı ilə ən çox ölüm halı 2014-cü ildə baş verib, o zaman 537 nəfər (ehtimal ki, dağıntılar aşkar olunmayıb, ölənlərin sayı tam təsdiq edilməyib) Malaysia Airlines MH370 təyyarəsinin yoxa çıxması və dörd ay sonra Malaysia Airlines MH17 reysinin qəzaya uğraması nəticəsində baş verib. Tarixdə hər hansı aviasiya qəzasında ən çox ölüm hadisəsi 1977-ci ildə iki Boeing 747 təyyarəsinin uçuş-enmə zolağında toqquşması nəticəsində 583 nəfərin öldüyü Tenerife hava limanında baş vermiş qəzada baş verib. Havada toqquşma nəticəsində ölənlərin çoxu 12 noyabr 1996-cı ildə Hindistanın Yeni Dehli şəhərinin qərbində, Çarxi Dadridə havada toqquşma zamanı Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus Boeing 747–100B təyyarəsinin Dehlidən Səudiyyə Ərəbistanının Dhahran şəhərinə toqquşması nəticəsində baş verib.
Altmark insidenti
"Altmark" insidenti' 1940-cı il fevralın 16-da neytral Norveçin ərazi sularında Böyük Britaniya və Nasist Almaniyasının gəmiləri arasında İkinci Dünya Müharibəsinin ilkin mərhələlərində baş vermiş hərbi toqquşma idi. Bu, 1940-cı ilin aprelində Avropada aktiv hərbi əməliyyatların başlanğıcını qoyan Almanların Norveçi işğalına səbəb oldu. "Altmark"( alm. Altmark‎ ), ağır kreyser Admiral Graf Spee-ni ( alm. Admiral Graf Spee‎ ), müşaiyət edən və yanacaqla təmin edən köməkçi gəmi və tanker idi. Admiral Graf Spee ağır kreyserinin məhv edilməsindən sonra "Altmark" gəmisi Cənubi Atlantikadan vətənə döğru istiqamət götürdü. Gəminin göyərtəsində "Admiral Graf Spee" kreyseri tərəfindən batırılmış ingilis gəmilərindən götürülmüş 300-ə yaxın hərbi əsir var idi. İngilis esminesləri tərəfindən təqib edilən alman gəmisi Norveçin cənub-qərbindəki Yosingford'a sığınmağa cəhd etdi. "Kazak" (ing. HMS Cossack ) esminesin 1-ci dərəcəli kapitanı Filip Vianın komandanlığı altında "Altmark"-ın ardınca körfəzə girərək Çörçil tərəfindən verilən sanksiyaya uyğun olaraq güc tətbiq etdi.
Dyatlov keçidi insidenti
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Sudan keçi ilə evlilik insidenti
Sudan keçi ilə evlilik insidenti — 2006-cı ildə Sudanda Çarlz Tombe adlı şəxsin sekslə məşğul olduğu keçi ilə evlənməyə məcbur edildiyi hadisə. Hadisə bir sıra kütləvi informasiya vasitələrinin diqqətini çəkmişdir. 2006-cı ildə cənubi sudanlı Çarlz Tombe adlı bir kişi Cuba şəhərinin Hay Malakal bölgəsində bir keçi ilə seks fəaliyyəti ilə məşğul olarkən yaxalanmışdır. Keçinin sahibi təqsirkarı tutmuş və məsələyə baxılması üçün kənd böyüklərinə müraciət etmişdir. Ağsaqqalların birinin qeydinə görə keçinin sahibi təqsirkarı keçi tövləsinin qapısına bağlamışdır. Ağsaqqallar keçi sahibinə polisə müraciət etməməyi məsləhət görmüş, təqsirkar keçidən arvadı kimi istifadə etdiyi üçün ona başlıq pulu ödəməli olduğunu bildirmişdirlər. Təqsirkar keçi ilə "evlənməyə", eləcə də, keçinin pulunu və 15.000 Sudan dolları məbləğində başlıq pulunu ödəməyə məcbur edilmişdir. Ağsaqqallar müzakirələr zamanı keçiyə zarafatla "Rouz" adını vermişdirlər. Keçi 3 may 2007-ci ildə plastik torbada boğularaq ölmüşdür. Öləndə 4 aylıq erkək balası var idi.
Hərbi Akademiya insidenti
Hərbi Akademiya insidenti (士官学校事件, Şikan Qakko ciken) və ya Noyabr insidenti (十一月事件, Cuiçiqatsu ciken) – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi. 1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər. Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı. İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.
Noyabr insidenti
Hərbi Akademiya insidenti (士官学校事件, Şikan Qakko ciken) və ya Noyabr insidenti (十一月事件, Cuiçiqatsu ciken) – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi. 1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər. Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı. İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.
Naqasaki bayraq insidenti
Naqasaki bayraq insidenti (長崎国旗事件, Naqasaki kokki ciken) – 1958-ci ildə Yaponiyanın Naqasaki şəhərində baş verən, Yaponiya ilə Çin Xalq Respublikası arasında münasibətlərin gərginləşməsinə səbəb olan hadisə. == Zəmin == Yaponiya 1972-ci ilə qədər Çin Xalq Respublikasını, eləcə də, onun milli bayrağını tanımamışdır. Bu məsələ Çin ilə Yaponiya arasında diplomatik problem olmuşdur. İnsidentə qədər Çin Xalq Respublikası nümayəndələrinin Yaponiyada öz bayraqlarından istifadə etməsi məsələsi sadəcə Yaponiyanı deyil, həm də Tayvandakı Çin hökumətini də maraqlandırırdı. Yaponiya hökuməti Çin Xalq Respublikası ilə diplomatik əlaqələrinin olmadığını və ÇXR bayrağının Yaponiya qanunvericiliyinə əsasən qorunmadığını bildirirdi. == İnsident == 2 may 1958-ci ildə sağçı bir yapon gənc Yaponiya-Çin Dostluq Assosiasiyası tərəfindən təşkil olunan Çin poçt markaları sərgisinin keçirildiyi Naqasakidəki Hamaya alış-veriş mərkəzinin yaxınlığındakı ÇXR bayrağını endirmişdir. Şəxs həbs olunsa da, tezliklə azad edilmişdir. İnsident Yaponiyanın Çin Xalq Respublikasını tanımama məsələsini ön plana çıxarmışdır. İnsidentdən sonra Yaponiya ilə ÇXR arasındakı münasibətlər pisləşmişdir. Yaponiya rəsmilərinin məsul şəxsi cəzalandırmaması Çin hökuməti tərəfindən mənfi qəbul edilmişdir.

Digər lüğətlərdə