İrşad Əliyev
İrşad Nadir oğlu Əliyev (30 iyun 1944, Gürzalılar, Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (1991-1992), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985-1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983-1985).
İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.
Ailəlidir, üç övladı var.
Bəxtiyar İslamov 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.