isterika
isteriyalı
OBASTAN VİKİ
İsteriya xəstəliyi
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir. Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur. Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur.

Digər lüğətlərdə