İXLAS

[ər.] сущ. 1. михьи ва рикӀяй къвезвай муьгьуьббат, кӀанивал, вафалувал; рикӀин михьивал, сидкьи; 2. ixlasla, ixlas ilə нареч. рикӀин михьивилелди, вафалувилелди, рикӀин сидкьидивди, рикӀяй.
İHATƏ
İXLASKAR
OBASTAN VİKİ
İxlas
İxlas— Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq mənasını verir. İxlasla, ixlas ilə şəklində zərf kimi, ixlas göstərmək şəklində feil kimi istifadə olunur. İxlasla, ixlas ilə – sədaqətlə, səmimi qəlblə, ürəkdən, ixlas göstərmək – yaltaqlanmaq, kiminsə xeyrinə çıxış etmək deməkdir. İxlas sözü ərəb mənşəli alınma sözdür, Azərbaycan dilində sərbəst söz kimi işlənir; eləcə də, Azərbaycan dilinə fars dilindən keçmiş, əsasən sözdüzəldici şəkilçi - suffiks rolunu oynayan "kar", "keş" ilə birləşərək, yeni ixlaskar, ixlaskeş sözlərinin tərkibində də iştirak edir. İxlas sözü Azərbaycan klassik ədəbiyyatında, Mirzə Fətəli Axundovun (Axundzadə) ( Nuxalılar: Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz, ”Hekayəti Molla İbrahim-Xəlil Kimyagər“; Mirzə Möhsün: Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam, „Aldanmış kəbakib”), Nəcəf bəy Vəzirovun əsərlərində (Mirzə Həbib: Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var, "Təzə əsrin ibtidası") və s., eləcə də dini xarakterli mətnlərdə (İman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz, Emeli saleh olmasi ucun Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır) rast gəlinir.
İxlas məscidi
İxlas məscidi (rus. Мечеть Ихлас, başq. Ихлас мәсете) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən bir məscid. İxlas məscidi 1997-ci ildə, köhnə "Luç" kinoteatrının sahibliyi Ufa şəhəri, Kirov rayonu müsəlman dini təşkilatına köçürüldüyü zaman yaradılmışdır. Bina yenidən qurulmuş və 6 iyul 2001 tarixində məscid olaraq təntənəli şəkildə açılmışdır. Məscidin başçısı, açılmasında əhəmiyyətli bir rol oynayan imam-xətib Qəlliyamov Məhəmməd Mustafoviçdir. Hal-hazırda məscidin əsas binasını yenidən qurmaq üçün işlər aparılır. Məsciddə iki dənə 40 metrlik minarələr tikirilir. İslami kitabxananın açılışı üçün 6,000 kitab hazırlanır. Bu kitabların hazırlanmasında böyük rol oynayan "İxlas" nəşriyyat evi 2004-cü ildən etibarən fəaliyyət göstərir və indiyə kimi çoxlu dini kitablar çap etmişdir.
İxlas surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452]. Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.

Digər lüğətlərdə