Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
İfrat millətçilik
Ultranasionalizm — İfrat millətçilik "insanların maraqlarını bir dövlət və ya digərləri üzərində təşviq edən ifrat millətçilik" və ya "öz millətinə həddindən artıq sədaqət"dir.
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
İfrat Əliyeva
İfrat Əliyeva (İfrat Səlim qızı Əliyeva; 9 noyabr 1938, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor. İfrat Əliyeva 1938-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1946-1956-ci illərdə Hüseyn Cavid adına orta məktəbi bitirmişdir. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə «Bəxtiyar Vahabzadənin lirikası» mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adına layiq görülmüşdür. 1987-ci ildə «Məmməd Rəhimin yaradıcılıq yolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent (1980), daha sonra professor (1988) vəzifəsini tutmuşdur. ADU-nun filologiya fakültəsində dekan müavini (1979-1980; 1992-1994), universitetin qiyabi və orta ixtisas təhsili üzrə prorektoru (1994-1999) işləmişdir. Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
İfrat yeni ulduz
İfrat yeni ulduz — güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduzdur. Bu ulduzların alışması zamanı maksimum mərhələdə onların mütləq ulduz ölçüsü -19m, hətta -21m olur. Beləliklə bu dövrdə ifrat yeninin işıqlığı Günəşinkindən 1010 dəfə böyük olur. Başqa sözlə bu ulduz sistemində bir ifrat yeni alışarsa onun işıqlığı aid olduğu ulduz sisteminin işıqlığı tərtibində olur. İfrat yeni alışanda 1042-1044 coul enerji ayrılı r, bu enerji yeni ulduz alışanda ayrılan enerjidən 10000-100000 dəfələrlə böyükdür. Müşahidə əlamətlərinə görə yeni ulduza bənzəyir, lakin alışması daha güclüdür. Parlaqlığı kəskin artaraq 2-3 həftədə maksimuma çatır (bu vaxt o, Günəşdən milyard dəfə parlaq ola bilir) və 5-20 min km/san sürətlə genişlənən örtük (təbəqə) kənara atılır. Genişlənmə nəticəsində örtüyün sıxlığı, bu səbəbdən də şüalanması zəifləyir. İfrat yeni ulduzla ətrafdakı ulduzlararası mühitin qarşılıqlı təsiri nəticəsində örtüyün genişlənmə sürəti azalır, təqribən yüz min ildən sonra örtük ulduzlararası maddə ilə tamamilə qarışır və onun kinetik enerjisi 1051 erqə çatır (bu, Günəşin 10 milyard ildə şüalandırdığı enerji qədərdir). Qalaktikalarda ifrat yeni ulduz böyük parlaqlığına görə müşahidə edilir.
İfratkeçiricilik
İfratkeçiricilik — bəzi materialların müəyyən temperatur həddində (kritik temperatur) sıfır elektrik müqavimətinə malik olma xüsusiyyətidir. İfratkeçiricilik halına gələ bilən onlarla element, xəlitə və keramik materiallar məlumdur. İfratkeçiricilik kvant hadisəsidir və ifratkeçiricidən maqnit sahəsinin tam olaraq sıxışdırılıb çıxarılmasını nəzərdə tutan Meysner effekti ilə xaraketrizə olunur. Bu effektin mövcud olması onu göstərir ki, ifratkeçiricilik klassik mənada yalnız ideal keçiricilik kimi izah oluna bilməz. 1986–1993-cü illərdə bəzi yüksək temperaturlu ifratkeçiricilərin aşkar olunması ifratkeçiriciliyin temperatur sərhəddini kifayət qədər genişləndirdi və ifratkeçirici materialların yalnız maye heliumun temperaturunda deyil (4,2 K), həm də daha ucuz kriogen maye olan maye azotun qaynama temperaturunda da (77 K) praktiki tətbiqinə imkan yaratdı. İfratkeçiricilik 1911-ci ilin 8 aprelində Leyden Universitetinin Kriogen laboratoriyasındakı təcrübədə kəşf edilmişdir. Həmin gün holland təcrübi fizik Heyke Kamerlinq-Onnesin başçılığı altında təcrübəçilər sadəcə yeni kriostatın maye heliumla necə dolduğunu müşahidə etmək istəyirdilər və tədqiqat aparmaq fikirləri yox idi. Amma bununla belə cihaza qaz termometri və biri qızıl, biri civə olmaqla iki rezistor da yerləşdirirlər. Kriostatın doldurulması normal keçdiyindən, fiziklər təcrübə qoymağa qərar verirlər. Səhər saat 4-də, təcrübənin başlanmasından 9 saat sonra temperatur 3 Kelvinə düşəndə yenidən müqaviməti ölçən an məlum olur ki, civənin müqaviməti sıfırdır.
İfratkeçiricilər
İfratkeçiricilər İfratkeçirici – temperaturun Tc-nin müəyyən bir dəyərinə qədər azalması nəticəsində elektrik müqaviməti sıfıra bərabər olan (ifratkeçiricilik) materialdır. Bu zaman bildirilir ki, material "ifratkeçirici xüsusiyyətlər" əldə edir, və ya "ifratkeçirici vəziyyətə" keçir. Hal-yazırda ifratkeçiricilik sahəsində Tc temperaturunun otaq temperaturuna qədər artırılması məqsədilə araşdırmalar aparılır. 1911-ci ildə holland fiziki Kamerlinq-Onnes müəyyən etmişdir ki, civəni maye heliumda soyudan zaman onun müqaviməti əvvəlcə tədricən dəyişir, sonra isə 4.1 K temperaturda kəskin şəkildə sıfıra düşür. Ən kiçik ölçülü ifratkeçirici 2010-cu ildə üzvi ifratkeçirici (BETS)2GaCl4[1][2] əsasında yaradılmışdır ki, burada da "BETS" abbreviaturası bisetilenditiotetraselenafulvalen deməkdir. Yaradılmış ifratkeçirici, nümunənin ümumi uzunluğu təxminən 3,76 nm olmaqla bu maddənin cəmi dörd cüt molekulundan ibarətdir. Xüsusiyyətlərindən asılı olaraq ifratkeçiricilər üç qrupa bölünür: I (birinci) tip ifratkeçiricilər; 1,5 tipli ifratkeçiricilər; II (ikinci) tip ifratkeçiricilər. Maddələrin ifratkeçiricilik vəziyyətinə keçidi onun termal xüsusiyyətlərinin dəyişilməsi ilə müşayiət olunur. Lakin bu dəyişiklik nəzərdən keçirilən ifratkeçiricilərin tipindən asılıdır. Belə ki, I tip ifratkeçiricilər üçün maqnit sahəsi olmadıqda ifratkeçirici vəziyyətindən adi vəziyyətə keçidin (udulma və ya ayrılma) istiliyi sıfıra bərabərdir.
İfratnəhəng ulduzlar
İfratnəhəng ulduzlar — ən böyük ən parlaq ulduzlardır. İfratnəhəng ulduzlar Hersşprunq-Ressel diaqramında ən üstdə yerləşir, görünən ulduz ölçüləri -3 ÷ -8 aralığında, temperaturları isə 3500 K ÷ 20000K aralığında dəyişir. İfratnəhəng termini bir ulduza aid edildikdə konkret tərifə malik olmur. Nəhəng ulduz termini ilk dəfə Hersşpruq tərəfindən daxil edilmişdir, aydın olmuşdur ki, bu ulduzlar Hersşprunq-Ressel diaqramında iki ayrı hissədə yerləşir. Birinci hissə A spektral sinfindən M spektral sinfinə qədər olan geniş bir hissəni tutur və özündə daha parlaq ulduzları cəmləşdirir və nəhəng ulduzlar adlanır. Sonradan ölçüləbilən parallaks olmadığından, bu ulduzların bir hissəsinin digərlərindən həcmcə daha böyük və daha işıqlı olduğu müəyyən edildi və ifrat-nəhəng termini ortaya çıxdı və zamanla ifratnəhəng olaraq qəbul edildi. İfrat nəhənglər qrupuna məxsus ulduzlar ən böyük işıqlığa malik olan ulduzlardır; bu ulduzların işıqlığı 30000-100000 Lʘ. İfrat nəhənglər O-M siniflərini əhatə edirlər, xüsusilə ötgün siniflərə məxsus (G-M) ifrat nəhənglərin radiusu Günəşkindən daha böyükdür (1000 dəfə) və bunlar qırmızı ifratnəhənglərə aiddir. İfrat nəhənglərin fırlanmasında yəni ilkin spektral sinifdən ötgün spektral sinifə keçdikdə fırlanma sürəti azalır 100 km/san dən 10 km/san enir. İşıqlıq təsnifatına görə Ia ( olduqca parlaq ifrat nəhənglər) və Ib (parlaq nəhənglər) işıqlıq sinfinə ayrılır.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Şah Fırat
"Şah Fırat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı. Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi. Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb. Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb. Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fırat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub. Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
Əbdülilah Fırat
Əbdülilah Fırat 1946, Kırklareli – Türk siyasətçi, yazar, şeyx. Şeyx Səidin nəvəsi olan Əbdülilah Fırat XIX əsr Ərzurum Millət vəkili (RP) və XX əsr Ərzurum Millət vəkili (RP, AP) vəzifələrində çalışıb. Şeyx Səid Üsyanından sonra sürgün yeri olan Kırklareli vilayətinin Vize rayonunun Sergen qəsəbəsində 1946-cı ildə məcburi köçürmə zamanı dünyaya gəlib. İbtidai və orta təhsilini Hınısda alıb. 27 may 1960-cı ilin çevrilişindən sonra Milli Birlik Komitəsi tərəfindən Sivas Kabakyazıda 5-ci Şəxsi Təlim Briqadasında yaradılan toplama düşərgəsində 6 ay nəzarət altında qaldıqdan sonra (27 may çevrilişinin ən gənc məhbusu), 55 Şeyx və Ağa adı ilə ailəlikcə Türkiyənin müxtəlif vilayətlərinə sürgün ediliblər. Sürgün və əsarət həyatı içində, Şeyx Səidin böyük oğlu müdərris və alim olan babası Şeyx Əli Rza Əfəndi və Şeyx Əli Rzanın böyük oğlu olan atası Şeyx Məhəmməd Əminin yanında dini təhsil (mədrəsə təhsili) alıb. O, Əbdülilah Fırat sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1968-ci ildə Elazığda orta məktəbi bitirib. Ali təhsilini Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında davam edərkən akademiyanın rəhbəri və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının sədrliyini üstlənib. Daha sonra bu məktəbi tərk edərək Ankara Universitetinin Hüquq fakültəsinə başlayıb. Ancaq sonra bir çox problemlər səbəbindən təhsilini yarımçıq qoyub.
Cəlal Fırat
Cəlal Fırat (1975, Malatya ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cəlal Fırat 1975-ci ildə Malatya ilində anadan olub. İbtidai və orta təhsili Malatyada, lisey təhsilini isə İstanbulda alıb. Uzun illər ticarətlə məşğul olub. Ələvilər Dərnəyi Federasiyasının sədri, Avropa Ələvilər Dərnəyi Konfederasiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2012-ci ildən Qərib Dədələr cəm evinin prezidentidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir və 2 uşaq atasıdır.
Fırat Universiteti
Fırat Universiteti — Türkiyənin Elazığ şəhərində dövlət universiteti. Şərqi Türkiyənin ən böyük akademik qurumlarından biri olan universitetdə 11 Məktəb, 4 İnstitut, 1 Dövlət konservatoriyası, 3 Kollec və Elmi və Texnoloji irəliləyişlərə və Tədqiqatlara diqqət yetirən 21 Araşdırma mərkəzi var. == Tarixi == Universitet İlk olaraq 1967-ci ildə Elazığ Texniki Kolleci kimi açılmışdır. 1975-ci ildə adı dəyişdirilərək Elazığ Dövlət Universiteti oldu. Universitet xüsusilə Elazığ, Bingöl, Muş və Tunceli bölgələrindədə təhsil və təlim həyatında ali təhsil müəssisələri açaraq Şərqi və Cənub-Şərqi Anadoluda ali təhsilin inkişafına kömək edən bir qurumdur. Fırat Universiteti 14 dekabr 2021-ci ildə Araşdırma Universiteti oldu. == Fakültələri == Təhsil fakültəsi Əczaçılıq fakültəsi Elmlər fakültəsi Humanitar və Sosial elmlər fakültəsi İqtisadiyyat və İnzibati elmlər fakültəsi İlahiyyat fakültəsi Rabitə fakültəsi Mühəndislik fakültəsi Balıqçılıq fakültəsi Texniki Təhsil fakültəsi Texnologiya fakültəsi Memarlıq fakültəsi Stomatologiya fakültəsi Tibbi məktəb Sağlamlıq Elmləri fakültəsi Baytarlıq fakültəsi İdman elmləri fakültəsi == Kitabxanası, Muzeyi və Parkı == Universitetin kitabxanasında təxminən 105.000 kitab və 962 dövri nəşr var. Mühəndislik kampusunda Elazığ Arxeologiya və Etnoqrafiya Muzeyi və Atatürk Mədəniyyət Mərkəzi mövcuddur (kino, konsert, teatr, simpozium, konfrans zalı kimi istifadə olunur). Elm fakültəsinin qarşısında Fırat Mədəniyyət Parkı var və burada tədbirlər və konsertlər keçirilir. Buraya amfiteatr, qaçış yolu, basketbol meydançası, yeməkxana və açıq çay bağçası daxildir.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
İfikrat
İfikrat (ing. Iphikrates; e.ə V-ci əsrin sonu — e.ə IV-cü əsrin əvvəli) — qədim yunan (Afina) sərkərdəsi. İfikratın adı, orduda islahatların keçirilməsi və özündə həm ağır, həm yüngül piyadaların cəhətlərini birləşdirən piyadalar növünün — peltastların — yaradılması ilə bağlıdır. Onlar yüngül qalxanlarla, uzadılmış nizə və qılınclarla silahlanmışdılar, uzun məsafəli yürüşlər etməyi, həm sıx səfli, həm də səpələnmiş qaydada uğurla hərəkət etməyi və döyüş meydanında manevr etməyi bacarırdılar. E.ə 395–387 Korinf mühairbəsində İfikrat Afina ordusuna başçılıq edirdi. İlk dəfə müstəqil hərəkət edən İfikratın muzdlu peltastları Sparta hoplitləri üzərində qələbəyə nail oldular. Sonra İfikrat frakiyalı hakim Kotisin qoşunlarına başçılıq edirdi. E.ə 374–373-cü illərdə farsların Misirə yürüşündə, e.ə 357–355-ci illərdə Yunanıstanda Müttəfiq müharibəsində Afina strateqi kimi iştirak etmişdi. Xəyanətdə suçlanmış, lakin Afina məhkəməsi tərəfindən bəraət almışdı.
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Fraxt
Fraxt (alm. "Fracht", ingilis "freight") - Ölkədaxili və beynəlxalq yük daşımaları istənilən dövlətin iqtisadi fəaliyyətinin tərkib hissəsidir. Göndərən və daşıyıcı arasındakı münasibət müqavilə ilə tənzimlənir ki, onun mühüm məqamlarından biri də ödəniş şərtləridir. Əgər daşıma dəniz və ya hava yolu ilə həyata keçirilirsə, onda xidmətlərin dəyəri “fraxt” anlayışı ilə göstərilir. Əslində bu, malların daşınması üçün ödənişdir. Yükün miqdarı tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər arasında razılaşma olmadıqda, yükün məbləği yükün yükləndiyi yerdə və yükün yüklənməsi zamanı tətbiq edilən tariflər əsasında hesablanır. Əgər yük gəmiyə müqavilədə nəzərdə tutulduğundan artıq miqdarda yüklənərsə, fraxtın miqdarı müvafiq olaraq artır. Su ilə kommersiya daşınması sahəsində fraxt termini çox vaxt bir ton yükün daşınması xərclərini ifadə edir. Müvafiq olaraq, kirayəçi daşınma müqaviləsində nəzərdə tutulmuş minimum miqdarda yükün yüklənməsini təmin etmədikdə, gəmi sahibi itirilmiş mənfəəti kompensasiya etmək üçün kirayəçidən “ölü fraxt” almaq hüququna malikdir.
Fırat Qalxan Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Mehmet Korhan Fırat
Mehmet Korhan Fırat (d. 26 avqust 1988, Ərzincan, Ərzincan ili, Türkiyə) — Türkiyəli aktyor. Şefkat Tepe serialında 4 mövsüm canlandırdığı Şahin Bulut personajı ilə tanındı. == Həyatı və karyerası == 26 avqust 1988-ci ildə Ərzincanda doğulan Mehmet Korhan Fırat təhsilini Selçuk Universiteti Dövlət Konservatoriyasında tamamladı. İlk aktyorluq təcrübəsini 2010-cu ildə Şefkat Tepe serialında Şahin Bulut obrazı ilə qazandı. Daha sonra Ekip 1 serialında rol aldı və serialdakı Ali Babür obrazını canlandırdı. 2017-19 arasında yayımlanan Bizim Hikaye serialında Tufan obrazını canlandırdı. 2019-cu ilin dekabr ayında TV8-də yayım həyatına başlayan Doğduğun Ev Kaderindir serialının ilk mövsümündə Celal personajına həyat verdikdən sonra Paytaxt: Əbdülhəmid serialına Tatavlalı personajıyla daxil olmuşdur və ssenari gərəyi 133-cü bölümdə ölərək serialla vidalaşmışdır. Mavera serialında Şahsuvar personajına həyat verdikdən sonra Aşk Mantık İntikam serialında Ekrem Erten personajına həyat vermişdir.
İbray
İbray (Avurğazı)
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio ("imtahan", "təlim" və yaxud "bilik") sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384–322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
İflas
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
İfrazat
Maddələr mübadiləsinin son məhsulları ardıcıl olaraq qana, limfaya və toxumalararası mayeyə keçir. Bu maddələr qaz və maye halında olur. Karbon qazı ağciyərlər vasitəsilə bədənimizdən, çıxarıldığı halda, sidik cövhəri, fosfat turşusun duzları, suda həll olmuş xörək duzunun artığı bədənimizdən əsasən böyrəklər vasitəsilə çıxarılır. Bu maddələrin az bir hissəsi isə dəri vasitəsilə bədəndən xaric edilir. Bu maddələr orqanizmdə toplandıqda onu zəhərləyə bilir. Beləliklə, ifrazat prosesi nəticəsində orqanizmin daxili mühiti daima təmiz saxlanılır. Orqanizmdə olan artıq su və onda həll olmuş parçalanma məhsulları, əsasən sidik formasında böyrəklər vasitəsilə xaric olunur. İfrazat üzvlərinə dəri lat. cutis və sidik üzvləri lat. organa uropetica aiddir.
İfritə
İfritə — folklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var. Türk və fars mədəniyyətində iştirak edən bir cadugər fiqurudur. İnanışa görə Kaftar, buynuzlu bir qadın görünüşündədir. Cadu edər, ölüləri məzardan çıxarıb aparır. Çirkin bir görünüşü vardır.
İftar
İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər. Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əsəbləşmək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.