Bir neçə ehtimal söyləmək olar:
1. Geymək feili zəminində yaranıb. Əsli geynək kimi olub, sonra formasını dəyişərək köynək şəklinə düşüb. Keçmişdə paltar dəridən olub, onu bədənə geyiblər. Kürk həm dəri deməkdir, həm də üst paltarıdır. Bu mənada köynək də “dəri” (kürk) sözü ilə bağlı ola bilər. Rus dilindəki рубашка sözü də рубить feili ilə bağlıdır: dərini kəsib-tikmək deməkdir. Dilimizdə pərdə, örtük mənalarını əks etdirən kölö sözü mövcud olub. Kölgə, kalağay kəlmələri onun zəminində yaranıb. Güman etmək olar ki, köynək sözü də həmin kölö sözü ilə bağlıdır. Başqa yozum da mümkündür: köynək bədəni isidir, soyuqdan qoruyur. Bu mənada od, yanmaq anlamı ilə bağlı olan göy ismi ilə də əlaqədar ola bilər. Sonuncu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)