KÜLL

устар.
1. мест. весь, все
II
прил. полный (содержащий в себе все необходимое), исчерпывающий
KÜLQABI
KÜLLƏMƏ
OBASTAN VİKİ
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır. Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur.
Hunad xanım külliyəsi
Hunad xanım külliyəsi – Kayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə. Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir. Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi. Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir.
Küllü söyüd
Küllücə
Küllücə, Sindirella və ya Zoluşka (fr. Cendrillon, alm. Aschenputtel‎; rus. Золушка) — Qərbi Avropa nağıl personajı. Bu personaj mindən çox müxtəlif xalqın folklorunda öz əksini tapmışdır. == Şarl Perronun Zoluşka personajı == Bir varlı dul, eyni qızı olan iki qızı olan çox şişkin və təkəbbür dul qadınla evləndi. Ərin öz qızı vardı, çox mehriban və yumşaq idi. Ögey anası ögey qızını gözəlliyinə görə nifrət edirdi, çünki öz yanında qızları daha paxıl görünürdülər. Buna görə də, qıza damın altına mənzil qoyub, evdəki ən çirkin işləri görməsini istədi. Yazıq qız təvazökarlıqla bütün incikliyə dözdü və atasına şikayət etməyə cəsarət etmədi.
Küllücə (cizgi filmi, 1950)
Küllücə — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1950-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Şarl Perronun nağılına əsaslanan Küllücə, on ikinci Disney cizgi filmidir.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Küllük yaşayış yeri
Küllüklər yаşаyış yеri — Şərur rаyоnunun Kоsаcаn kəndindən şərqdə, hаzırdа mövcud оlаn su kаnаlının аlt tərəfində yеrləşir. Yаşаyış yеrinin sаhəsi düzənlik оlduğu üçün əkin sаhəsinə çеvrilmişdir. Hаzırdа аbidənin ərаzisində kül qаlıqlarına, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа pаrçаlаrınа rаstlаnır. Yаşаyış yеrinin ərаzisində аz miqdаrdа bişmiş kərpic pаrçаlаrı dа vardır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrləri üçün хаrаktеrikdir. Аrхеоlоji tаpıntılаrа əsаsən yаşаyış yеrini XV-XVIII əsrlərə аid еtmək оlаr.
Küllüklər yaşayış yeri

Küllülü
Külüllü — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Küllütəpə yaşayış yeri
Küllütəpə — Azərbaycanın Ağdam rayonundakı Miraşelli kəndinin yerləşən abidə. Kəndin şimal-şərqində və yaxınlıqdakı Şomulutəpə yaşayış yerindən 400 m cənub-qərbdə yerləşir. Təpənin diametri 115 metr və hündürlüyü 4 metrdir. Təpənin mərkəzi hissəsində 1960-ci illərdə kənd təsərrüfatı tikilisi inşa edilmişdir. Təpənin qərb yamacında Qarabağ müharibəsi dövründə 2 metr dərinliyində olan səngərlər və blindaj qazılıb. Ərazidən toplanılmış saxsı kolleksiyası neolit və orta əsrlər dövrlərinə aid edilir.
Külləsər (Nəmin)
Külləsər (fars. كله سر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,176 nəfər yaşayır (280 ailə).
Kürəkən İbrahim Paşa külliyəsi
Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir. == Tarixi == Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir. Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir. == Strukturu == === Məscid === Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir.
Kürəkən İbrahim Paşa külliyəsi (I)

Mehrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır. Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır.
Mihrimah Sultan Külliyəsi (Ədirnəqapı)

Muradiyə Külliyəsi (Bursa)
Muradiyə külliyəsi — Bursada XV əsrin ilk yarısında inşa olunan külliyə. Osmanlı sultanı II Murad tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, hamam, imarət, çeşmə və banisinin türbəsindən ibarətdir. Külliyənin həyətində bir çox şahzadə və saray mənsubu şəxslərin dəfn edildiyi türbələr var. Külliyənin əsas binası olan məscid arxa arxaya iki böyük qübbəli harim (namaz qılmaq üçün ayrılmış hissə) bölümündən və hər iki tərəfində bir qübbədən ibarətdir. Divarlar üç sıra kərpic və bir sıra çay daşından hörülmüşdür. Giriş qapısının üzərindəki ərəbcə yazılan kitabəyə görə məscidin inşa tarixi 1425-ci ilin mayında başlamış və 1426-cı ilin noyabr ayında başa çatmışdır. İçərisi müxtəlif rəngli çinilərlə bəzədilən məscidin daxili divarı üzərinə dövrün məşhur xəttatları Quran ayələri həkk etmişdir. 1855-ci ildə baş verən zəlzələ səbəbilə məscidin minarəsi dağılmış, divarları zədələnmiş və bu səbəblə rokoko üslubunda yenidən bərpa edilmişdir. Məscidin qərbində yerləşən mədrəsə 16 hücrəsi və səkkizbucaqlı şadırvanı (qübbəli dəstəmaz yeri) olan həyəti ilə klassik orta çağ memarlığına aid əsərdir. Tamamilə çay daşı və kərpiclə inşa edilən mədrəsənin hər bir hücrəsində bir ocaq, bir pəncərə və üç niş (divar oyuqları) yerləşir.
Muradiyə külliyəsi

Pirаmidаl küllücə
Piramidal küllücə — (lat. Filago pyramidata) Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.
Qara Əhməd Paşa külliyəsi
Qara Əhməd Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın sədrəzəmlərindən Qara Əhməd Paşa tərəfindən inşası başladılan, ancaq paşanın edamından sonra sədarətə gələn Rüstəm Paşa tərəfindən tamamlanan külliyənın memarı Memar Sinandır. Külliyə məscid, mədrəsə, məktəb, çeşmə və türbədən ibarətdir. İnşaatı 21 iyul 1555 tarixində başlamış, ancaq çox keçmədən 29 sentyabrda Əhməd Paşa edam edilmişdir. Bu səbəbdən inşası bir müddət gecikmiş, ancaq 1558-ci ildə külliyənin inşası Rüstəm Paşanın sifarişi ilə davam etdirilmişdir. 25 mart 1565 tarixində külliyənin inşası tamamlanmışdır.
Rüstəm Paşa külliyəsi
Rüstəm Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid və onun altında yerləşən 2 karvansara, çeşmə və dükanlardan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə Hacı Xəlil ağa məscidi yerləşmiş, yeni külliyə bu məscid və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. 1555–1561 tarixlərində inşa olunan külliyənın yerləşdiyi bu səmt ticarət baxımından o illərdə olduqca qaynar nöqtə olmuşdur. Məscid düzbucaq planlı və tək gümbəzlidir. Yerləşdiyi səmt və 2 mərtəbəli strukturu ilə xüsusi önəm daşıyan bu külliyə eyni zamanda çinili bəzəmələri ilə də məşhurdur. Məscidin şimal cəbhəsində yerləşən nisbətən yüksək həyətə ikisi məscidin yanlarından, digər ikisi isə şərq və qərb künclərindən olmaqla 4 qapı açılır. Həyətin böyük bir qismi taxta tavanla örtülüdür. Tək şərəfəli minarəsi isə məscidin şimal qərb küncündə yerləşir. Rüstəm Paşa məscidi 1660 tarixli yanğında və 1766 tarixli zəlzələdə önəmli ölçüdə dağıntıya məruz qaldı.
Rüstəm Paşa külliyəsi (Təkirdağ)
Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa və 1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır. Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir.
Seyyid Battal Qazi Külliyəsi
Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207-1208-ci illərdə Səlcuqi sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur. Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər. 720-740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən və İslamiyyətin Anadoluya yayılmasında böyük töhfəsi olan, nəsildən nəslə qəhrəmanlıqı haqqında əfsanələr yayılan Seyyid Battal Qazi adına 1207-1208-ci illərdə Anadolu Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən türbə və məscid tikilmişdir. Daha sonra Ümmüxan Xatun burada əlavə iki mərtəbəli eyvan şəklində bir türbə inşa etdirmişdir. Osmanlı dövlətinin quruluş və inkişafı dövrlərində bu külliyə halını almışdır. Bugun Fondlar Baş İdarəsinin tabeliyində olan və 1954-cü ilə qədər dağıntılı bir formada olan bu məscid həmin tarixdə yenidən bərpa işləri aparılaraq düzəldilmişdir.
Sokollu Mehmed Paşa Külliyəsi
Sokollu Mehmed Paşa Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, dükanlar və çeşmələrdən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşa tərəfindən xanımı Əsməhan Sultana hədiyyə edilmişdir. Külliyənin yaxınlığında da cütlüyün günümüzə qədər gəlib çatmayan saraylarının olduğu və bütün xərclərinin Əsməhan Sultana 1568-ci ildə atası II Səlim tərəfindən hədiyyə edilmiş kəndlərin və əkin yerlərinin bütün gəlirləri hesabına ödənildiyi məlumdur. Eyni meydana baxan məscid və mədrəsə 1572-ci ildə inşa edilmişdir. a.mlf., Mimar Sinan’ın Hayatı ve Eserleri, Ankara 1988, s. 120-125; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 186, 190-193; Hasan Kâmil Yılmaz, Azîz Mahmûd Hüdâyî ve Celvetiyye Tarîkatı, İstanbul 1982, s. 281-283; Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 106-112, 296, 347, 360; a.mlf., "Mimar Sinan’ın Camileri", Mimarbaşı Koca Sinan: Yaşadığı Çağ ve Eserleri (nşr.
Sokollu Mehmed Paşa külliyəsi (Kırklareli)
Sokollu Mehmed Paşa Külliyəsi — Kırklarelində XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, karvansara, imarət, qoşa hamam, körpü, çeşmə və 59 dükandan ibarət bazar meydanından ibarətdir. Memar Sinan tərəfindən 1569-1570-ci illərdə inşa olunmuşdur. G. Goodwin, A History of Ottoman Architecture, London 1971, s. 295-298; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 178, 183, 222, 229, 232; a.mlf. - Sami Güner, Sinan: Architect of Ages (trc. M. Quigley-Pınar), İstanbul 1988, I, 230-235; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 90-91; a.mlf., Mimar Sinan Cami ve Külliyeleri, Ankara 1991, s. 87; Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s.
Sokollu Mehmed Paşa külliyəsi (İstanbul)
Sokollu Mehmed Paşa Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlimvə III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa və xanımı Əsməhan Sultan tərəfindən inşa etdirilən külliyə mədrəsə, darulkurra (Quran oxudulan yer), türbə və çeşmədən ibarətdir. Türbə, mədrəsə və çeşmə 1568-1569-cu illərdə, darulkurra isə 1579-cu ildə Memar Sinan tərəfindən inşa edilmişdir. İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 23-24; Cahid Baltacı, XV-XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 197-200; Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 130-133; Suphi Saatçi, Mimar Sinan Yapılarındaki Kitabeler, İstanbul 1988, s. 75-80; Yıldız Demiriz, Eyüp’teki Türbeler, Ankara 1989, s. 72-75; Mehmet Nermi Haskan, Eyüp Tarihi, İstanbul 1993, I, 257-260; Affan Egemen, İstanbul’un Çeşme ve Sebilleri, İstanbul 1993, s. 570-571; Engin Özdeniz, İstanbul’daki Kaptan-ı Deryâ Çeşmeleri ve Sebilleri, İstanbul 1995, s. 346-347; Yusuf Alemdar, XV-XVI. Asırlarda İstanbul Dâru’l-kurrâ’ları (yüksek lisans tezi, 1996), AÜ Sosyal Bilimler Enstitüsü, s.

Digər lüğətlərdə