kültə

kültə
külsüz
kültəmizləyən
OBASTAN VİKİ
Culfa kültəpəsi
Kültəpə yaşayış yeri (Gərgərtəpə) — Araz çayından təxminən 10 km cənubda, Hadişəhr şəhərində yerləşən İranın Culfa şəhristanında qədim arxeoloji abidə. Eneolit dövrünə aiddir (e.ə. 5000-e.ə. 4500) və 1968-ci ildə aşkarlanmışdır. Təbəqə son tunc dövrünə qədər davam edir. Tunc və Urartu dövrünə aid dulusçuluq məmulatları da tapılmışdır. Kültəpə 6 hektar genişlikdə və 19 metr yüksəklikdədir. Dəniz səviyyəsindən 967 metr yüksəklikdə yerləşir. Azərbaycandakı I Kültəpə abidəsindən təxminən 50 km məsafədə yerləşir.
II Kültəpə
II Kültəpə — Naxçıvanda Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə, üç hektara yaxın sahəni tutan arxeoloji abidə. II Kültəpə Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuşdur . Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır. Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. II Kültəpənin 7–10 qalınlığında olan ilk təbəqəsi erkən tunc dövrünə aiddir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunmuşdur. Radiokarbon (C 14)analizlərin nəticəsi bu təbəqənin e.ə. 3500–2400-cü illərə aid olduğunu göstərir. Bu çoxtəbəqəli abidənin orta tunc dövrünə aid təbəqəsinin qalınlığı 4 metrdən çoxdur.
II Kültəpə yaşayış yeri (Babək)

II Kültəpə yaşayış yeri (Maxta, Şərur)
II Kültəpə (və ya II Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə Qortçulu yeri adlanır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli gil qab sınıqları, ocaq qurğularının hissələri və dən daşlarından ibarət yerüstü materiallar toplanmışdır. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub I Maxta Kültəpəsi ilə eyniyyət təşkil edir. II Kültəpədə yalnız kəşfiyyat xarakterli tədqiqat aparılmışdır. Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli qab sınıqları, ocaq qurğularının hissələri toplanmışdır.
I Kültəpə
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
I Kültəpə yaşayış yeri (Babək)

I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
Kültəpə
Kültəpə (Babək) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Kültəpə (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kültəpə yaşayış yeri — Azərbaycan və İran ərazisində qədim yaşayış yerləri. Kültəpə yaşayış yeri (Beyləqan) — Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Füzuli) — Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Culfa, İran) — İranın Culfa şəhristanında qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Axura, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndi ərazisində qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri.
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kültəpə (Babək)
Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür.
Kültəpə (Pərsabad)
Kültəpə (fars. كل تپه‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (21 ailə).
Kültəpə (Soyuqbulaq)
Kültəpə (fars. كل تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (41 ailə).
Kültəpə yaşayış yeri
Kültəpə yaşayış yeri (Beyləqan) — Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Füzuli) — Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Culfa, İran) — İranın Culfa şəhristanında qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Axura, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndi ərazisində qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri.
Kültəpə yaşayış yeri (Axura, Şərur)
Kültəpə yaşayış yeri — Şərur rayonunda, Qoşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri. Sahəsi 7–8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20–25 sm qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir. Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür.
Kültəpə yaşayış yeri (Beyləqan)
Kültəpə yaşayış yeri - Beyləqan rayonu, Aşağı Çəmənli kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Beyləqan rayonunda orta əsrlərə aid yaşayış yeri. Aşağı Çəmənli kəndi yaxınlığında, kənddən 1,5 km qərbdədir. Araz çayının qədim yatağının sol sahilindəki Çardaxlı abidələrinə (e.ə. III minillik – eramızın IX-XIII əsrləri) daxildir. Hündürlüyü 3-3,5 m sahəsi təqribən 1,5 ha-dır. Axtarışlar zamanı müxtəlif saxsı qab nümunələri (bəsit, şirli), əmək alətləri, bəzək əşyaları, tikinti materialları (orta əsrlər üçün xarakterik olan bina bəzəkləri və bişmiş kərpiclər) və s. tapılmışdır. Yerlı məlumata görə, təbii yüksəkliklər olan təpələrin ətəyi yaşayış və əkin üçün əlverişli olduğu üçün burada yaşayış məskəni olmuşdur. Burada yaşayış monqolların yürüşü zamanı kəsilmişdir.
Kültəpə yaşayış yeri (Culfa, İran)
Kültəpə yaşayış yeri (Gərgərtəpə) — Araz çayından təxminən 10 km cənubda, Hadişəhr şəhərində yerləşən İranın Culfa şəhristanında qədim arxeoloji abidə. Eneolit dövrünə aiddir (e.ə. 5000-e.ə. 4500) və 1968-ci ildə aşkarlanmışdır. Təbəqə son tunc dövrünə qədər davam edir. Tunc və Urartu dövrünə aid dulusçuluq məmulatları da tapılmışdır. Kültəpə 6 hektar genişlikdə və 19 metr yüksəklikdədir. Dəniz səviyyəsindən 967 metr yüksəklikdə yerləşir. Azərbaycandakı I Kültəpə abidəsindən təxminən 50 km məsafədə yerləşir.
Kültəpə yaşayış yeri (Füzuli)
Kültəpə yaşayış yeri — Füzuli şəhərinin mərkəzindən 40 km şərqdə, Bala Bəhmənli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çоxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. 1965-ci ildə arxeoloji axtarışlar zamanı Kültəpədən Enоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, оx ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir. Kültəpə оrоnоmi kül və təpə kоmpоnentlərindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlardan əmələ gələn yanıcı оlmayan kül qalıqları оlduğu üçün tоpоnim güman ki, belə ad almışdır.

Digər lüğətlərdə