Kür çayı

coğ. le fleuve Kur

kür
kürd
OBASTAN VİKİ
Kür çayı
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Bala Kür
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Dəli Kür
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir. == Haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == Qısa məzmunu == Əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Kür (1963)
Kür (Bostanabad)
Kür (fars. كر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.367 nəfər yaşayır (554 ailə).
Kür (dəqiqləşdirmə)
Kür — Qafqazda çay. Uzunluğu 1515 km. Kür (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində qəsəbə. Kür (film, 1963) — Azərbaycan filmi.
Kür (Şəmkir)
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür Dili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir.
Kür Qarabucaq
Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir-birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Kür çayı sahilində yerləşir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. == Cografiyası == Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Kür kələmosu
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.
Kür kərtənkələsi
Kür kərtənkələsi (lat. Darevskia portschinskii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan daş kərtənkələsidir. Bədənində 43-62 pulcuq vardır. Dişilər və erkəklər boz, qəhvəyi-boz rəndə olurlar. Bədənin bel nahiyəsində yaşıl rəng yoxdur. Çoxalma zamanı erkəklərdə boğaz, sinə hissəsi parlaq-sarı, narıncı-sarı rəngdə olur. == Yayılması == Əsasən Kür çayının orta axarları boyunca, Gürcüstanın cənub hissəsi və Ermənistanın şimal hissələrini əhatə edir. Azərbaycan ərazisində kiçik və qapalı areala malikdir. Əsasən Azərbaycanın cənubunda Həkəri çayı boyunca yayılmışdı.
Kür qumlaqçısı
Kür qumlaqçısı (lat. Romanogobio persus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Az saylıdır. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Kür qəsəbəsi
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür çılpaqçası
Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Kür şəmayısı
Kür şəmayısı (lat. Alburnus chalcoides) — Çəkikimilər dəstəsinin nümayəndəsidir. == Yayılması == Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur. == Morfoloji əlamətləri == Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir.
Pınar Kür
Pınar Kür (15 aprel 1943 və ya 15 aprel 1945, Bursa) — yazıçı. Pınar Kür 15 aprel 1943-cü ildə Bursada dünyaya gəlib. Yazıçı Həvva Pınar Kür əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.
Əlisəmid Kür
Əlisəmid Kür — Azərbaycan şairi. Əlisəmid Kür 2 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
Kür döyüşü
Kür döyüşü (1405)