Azca iriləşmiş, hələ dəyməmiş yemişə bəzi dialektlərdə kəlik deyirlər. Sözün əsli farscadır və kalək şəklindədir. Kalək isə “kaltəhər” deməkdir (ka l“yetişməmiş” mənasını verir, -ək şəkilçisi isə kiçiltmə mənalı söz düzəldir. Məsələn, mixək sözü mıx və -ək hissələrindən ibarət olub “kiçik mıx” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)