kağızağacı

kağızağacı
kağız-sellüloz
kağızbadam 2021
OBASTAN VİKİ
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.
Kağız kağızağacı
Kağız kağızağacı (lat. Broussonetia papyrifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur.

Digər lüğətlərdə